Müsəlmanlar

Mən hamilə idim. Uşaq düşdü. Nə vaxt cinsi əlaqədə ola bilərəm?

Sual: Mən 2,5 həftəlik hamilə idim. Uşaq düşdü. Ərimlə nə vaxt cinsi əlaqədə ola bilərəm? Buna dində necə qiymət verilir?

Cavab: “Əl və ayaq kimi bədən üzvləri formalaşan bir uşağın ana bətnindən düşməsi nəticəsində zahılıq halı baş verir və əksər hallarda qadından gələn qan 10 və ya 15 gün davam edir. Lakin üzvləri formalaşmamış düşən bir uşağa görə zahılıq halı meydana gəlmir. Bu halda qadından gələn qan heyz qanı hesab edilir. Qan kəsildikdən sonra yuyunub ər-arvadlıq həyatınızı davam etdirə bilərsiniz. Əgər qan öz normal müddəti ərzində kəsilməsə, istihazə qanı, yəni, aybaşı xaricində qan kimi götürülür”. ((Ömer Nasuhi Bilmen, Büyük İslam İlmihali, “Nifas Haline Ait Meseleler”, 118-ci paraqraf.))

Heyz xaricində qanaması olan bir qadın təmizlik günlərinə təsadüf edən günlərdə əri ilə cinsi əlaqədə ola bilər.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.