Əbu Hüreyrədən (r. a.) nəql olunan bir hədisə əsasən Muhəmməd peyğəmbər (s. a. v.) belə buyurub:
“Allah Təala elə bir peyğəmbər göndərməyib ki, davar çobanlığı etməmiş olsun”.
Bu sözün üstündən əsabələr soruşdular ki, sən də çobanlıq etmisənmi ey peyğəmbər?
Peyğəmbərimiz: “Bəli, mən də Məkkə əhalisi üçün qərarit hesabı ilə (müəyən məbləğ müqabilində) qoyun otarırdım”, – deyə cavab verdi.1
Məlum olduğu kimi, bu hədis Buxarinin külliyatında mövcuddur; yəni, səhih hədisdir. Hədisdə hər hansı bir peyğəmbərin bu məsələdə istisna təşkil etdiyinə dair bir qeyd yoxdur. Hətta Buxarinin nəql etdiyi hədisləri şərh edən İbn Həcərin Fəthul-Bari adlı əsərində Nəsaiyə əsasən təqdim olunan bir rəvayətdə açıq-aydın surətdə bildirilib ki, Musa və Davud peyğəmbər də çobanlıq ediblər.2
Etiketlər: çoban, çobanlıq etmək, davar, davar çobanlığı, Davud, heyvan otarmaq, mötəbər hədis, peyğəmbərlər və çobanlıq peşəsi, qoyun otarmaq, Süleyman, səhih hədis