Müsəlmanlar
İfrad həcci və həcdə qurban kəsməyə gücü çatmayanlar

İfrad həcci və həcdə qurban kəsməyə gücü çatmayanlar

Cavab: Bəqərə surəsinin 196-cı ayəsinin əlaqədar hissəsi tərcümə-məal olaraq belədir:

“Əmin-amanlıqda olsanız, həcc vaxtına qədər ömrə ziyarətindən istifadə edən şəxs ona asan gələn bir qurban kəsməlidir. Qurbanlıq tapmayan isə üç gün həcc ziyarəti günlərində, yeddi gün də geri qayıdandan sonra oruc tutmalıdır ki, bu da tam on gün edər. Bu, ailəsi Məscidi-Haramda yaşamayanlara aiddir. Allahdan qorxun və bilin ki, Allahın cəzası çox ağırdır”.

Bu ayəyə əsasən ifrad həcci, yəni, ömrə etmədən sadəcə olaraq həcc ibadətini yerinə yetirən şəxslər qurban kəsməzlər. Amma həccə qədər ömrə edən şəxslər (təməttu və ya qiran həcci edənlər) qurban kəsməlidirlər. Əgər həmin şəxslər pul tapa bilməmək və sairə kimi müxtəlif səbəblərə görə bu qurbanı kəsə bilməsələr, 3 günü həccdə, 7 günü də həccdən qayıtdıqdan sonra ümumilikdə 10 gün oruc tutmalıdırlar.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.