Müselmanlar
Həcc mövsümündə kəsilən qurbanların ətini nə edirlər?

Həcc mövsümündə kəsilən qurbanların ətini nə edirlər?

Sual: Bir telekanalda verilən xəbərə əsasən həccdə kəsilən qurbanlar video-kameraların qadağan olunduğu bir yerdə toplanırmış. Guya bunlar nə kasıblara paylanır, nə də ətlərin xarab olmasının qarşısı alınırmış. Bu məsələ məni yaman düşündürür. Belə ki, bizim dinimizdə israf etməyə icazə verilmir. Əgər belə bir iş həqiqətən də, görülürsə, bu nə dərəcədə düzgündür?

Cavab: Təəssüf ki, əvvəlki illərdə bu kimi hadisələrin baş verməsi məsələsi düzdür. Belə şeylər vaxtilə olub. Təbii ki, bunu qəbul etmək qeyri-mümkündür. Lakin qeyd edilməlidir ki, son illərdə xüsusilə böyük təşkilatların sayəsində orada kəsilən heyvanların ətləri kasıb ölkələrə çatdırılır. Odur ki, verilən xəbərlərin hamısına inanmamaq lazımdır.

Bizi izləyin