Hilalın görünməsi və Ərəfat vəqfəsi
Müsəlmanlar > Fitvalar > Həcc-ömrə Tarix: 14 mart 2010 Tövsiyə et Çap et
Sual: Əvvəlki illərdə Türkiyədə aparılan müşahidələrə əsasən zilhiccə ayının 10-u, yəni, qurban bayramının ilk günü filan günə təsadüf edirdi. O illərdə Səudiyyə Ərəbistanı qurban bayramını bir gün qabağa çəkmişdi. Buna görə də hacılar Ərəfata bir gün qabaq çıxdılar. Türk hacıları da bunu əsas götürdülər. Görəsən, həcc Ərəfatdan ibarət olduğuna görə və öz vaxtında yerinə yetirilməyən vəqfə etibarsız sayıldığı üçün bunun məsuliyyəti kimə düşür?

Cavab: Ərəfat vəqfəsi zilhiccə ayının 9-cu günü günortadan başlayıb günəş batanadək davam edir. Vəqfəni ertəsi gün dan yeri ağarana qədər də yerinə yetirmək olar. Zilhiccə ayı qəməri aylardandır. Ondan əvvəlki ay zilqədə ayıdır. Hər bir qəməri ay kimi zilqədə də 29 və ya 30 gündən ibarət olur. Əgər zilqədə ayının 29-cu günü günəşin qürubundan sonra qərb tərəfdəki üfüqdə batmaqda olan hilal (aypara) görülsə, bu, zilhiccə ayının başlandığını göstərir. Əgər hilal müşahidə edilməsə, belə qəbul olunur ki, zilqədə ayı 30 gün davam edib və ondan sonrakı gün zilhiccənin 1-ci günüdür.

Dünyanın (yer kürəsi) coğrafi vəziyyətinə görə hilalı hər yerdə eyni gündə görmək olmur. Buna görə də yeni ayın başlanması günü ta əvvəldən bəri ixtilaflı məsələ olub. Bu ixtilafa son qoymaq məqsədilə Türkiyənin rəhbərliyi altında tədqiqatlar aparılmış və İslam ölkələri təqvim komissiyası qurulmuşdur. Artıq hilal yer kürəsinin harasında birinci müşahidə edilsə, o andan başlayaraq yeni ay girmiş hesab edilir. Təqvim komissiyası müşahidə aparmır. Təzə ayın görülməsi məsələsi burada əvvəlcədən aparılmış hesablama ilə müəyyənləşdirilir. Amma qədim dövrün alimlərinin əksəriyyəti təzə ayın hesablama vasitəsilə müəyyən edilməsini düzgün hesab etməyiblər. Onlar belə bir şərt irəli sürüblər ki, bu məsələdə yalın gözlə aparılan müşahidə əsas götürülsün. Türkiyə Respublikasının din işləri yüksək şurası dini dairə məntəqələrindən müşahidə aparmalarını tələb edib təqvim komissiyasının hesablamalarını müşahidə ilə də təsdiq edir.

Səudiyyə Ərəbistanı qəməri ayların başlamasını hesablamayla müəyyənləşdirmə prinsipinə uymur. Onlar hilalı gördüyünü deyib səlahiyyətli şəxslərə müraciət edənlərin şahidliyinə əsasən təzə ayı elan edirlər. Bəzən hilalı görməyin qeyri-mümkün olduğu hallarda belə, təzə ayın elan edilməsi müşahidə aparanların səhvə yol vermiş yaxud da yalan demiş ola biləcəkləri qənaətini doğurur. Türkiyənin Səudiyyə Ərəbistanının səlahiyyətli xadimlərini bu məsələdə qane etmək cəhdləri bu günədək bir nəticə verməyib. Elə buna görə də bu məsələ ətrafında əvvəldən bəri var olan ixtilaf və fikir ayrılığı hələ də davam edir.

Amma bu ixtilaf Ərəfat vəqfəsinin heç vaxt iki ayrı gündə yerinə yetirilməsinə səbəb olmayıb. Çünki peyğəmbər (s. a. v.) bir həcc əmirliyi vəzifəsi qoyub. Buna əsasən hacılar həcc əmirinin müəyyənləşdirdiyi gündə Ərəfat vəqfəsi etməlidirlər. Çünki onun ixtilaflı bir məsələdə verdiyi qərar ixtilafı aradan qaldırır.

Həzrəti Muhəmməddən (s. a. v.) belə bir hədis nəql edilmişdir:

“Orucunuz oruc tutduğunuz gündə, ramazan bayramınız bayramı qeyd etdiyiniz gündə, Ərəfatınız Ərəfata çıxdığınız gündə, qurban bayramınız da qurban kəsdiyiniz gündədir”.1

Yuxarıdakı hədisə əsasən Ərəfat vəqfəsinin vaxtı insanların Ərəfə günü olması qənaətinə gələrək vəqfəyə durduqları gündür.

İmam Muhəmmədin belə dediyi nəql olunur: “Hilalı şəxsən görən şəxs öz təsbitinə əsasən Ərəfə günü olan gündə vəqfə etsə, vəqfəsi düzgün olmaz. O, həcc əmiri ilə birlikdə yenidən vəqfə etməlidir. Çünki hamılıqla vəqfə edilən gün həqiqətdə bayram günü də olsa, dəstə haqqında həcc günü, yəni, Ərəfə günü hesab olunur. Vəqfə vaxtında ixtilafa düşmək düzgün olmaz. Buna görə də həmin şəxsin təkbaşına etdiyi vəqfənin bir əhəmiyyəti qalmaz. Fikir və qənaət bildirilməsini caiz qılan bir səbəbə görə həcc əmiri vəqfəni bir gün gecikdirsə, ondan əvvəl vəqfə edənin vəqfəsi düzgün olmaz”.2

Nəticə olaraq qeyd edək ki, hacıların Ərəfatda yerinə yetirdikləri vəqfə xüsusi şərtləri baxımından tam və yerindədir. Din işləri şurasının Ərəfat vəqfəsi ilə əlaqədar fərqli bir şey tətbiq etməsindən söhbət gedə bilməz.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

  1. Kəmaləddin ibn Əl-Hümam, Şərhu Fəthil-qadir, Beyrut, 3-cü cild, s. 169. []
  2. Yenə orada. []
Facebook'ta PaylaşTwitter'da Paylaş
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Peyğəmbərin Həcc və Ömrə ziyarətləri 06.11.09 620 dəfə oxundu
2 Bir qəzet öz oxucularını kupon və püşkatma ilə Ömrə ziyarətinə apara bilər? 08.03.10 499 dəfə oxundu
3 Müsəlmanlar çətin vəziyyətdə olduqları halda, Həcc üçün pul yığmaq düzdür? 05.03.10 234 dəfə oxundu
4 Peyğəmbər məscidində 40 vaxt namaz qılmaq 03.04.11 278 dəfə oxundu
5 Həcc ibadətini 3 aya yaymaq mümkündür? 13.03.10 303 dəfə oxundu
6 Həccə necə niyyət edirlər? 06.11.09 304 dəfə oxundu
7 Həccə gedərkən xəstələnmək, yaxud da ölmək barədə 06.11.09 323 dəfə oxundu
8 Həccə gedənin evli olub olmamasına dində necə baxılır? 06.11.09 291 dəfə oxundu
9 Həccə qəssab kimi getmək və Həccin yerinə yetirilməsi 06.11.09 254 dəfə oxundu
10 Həccin insanın boynuna gəlməsi 11.11.09 325 dəfə oxundu
11 Qara daşa bu qədər hörmət qoymaq ifrata varmaq deyilmi? 23.02.10 277 dəfə oxundu
12 Bunlar həcc ziyarətində yol verilən nöqsanlardan hesab olunur? 11.11.09 274 dəfə oxundu
13 Bir neçə dəfə həccə getmək və ömrə ziyarəti dini cəhətdən düzgündür? 11.11.09 287 dəfə oxundu
14 Həcc ziyarəti vaxtı Müzdəlifə vəqfəsini yerinə yetirməmək olar? 11.11.09 257 dəfə oxundu
15 Deyirlər ki, həcc qapının ağzındadır. Bunun mənası nədir? 11.11.09 286 dəfə oxundu
16 Birlikdə işləyən imkanlı ər-arvad bir yerdə həccə getməlidirlər? 11.11.09 304 dəfə oxundu
17 Həcc məsələsində kişi ilə qadının arasında nə fərq var? 11.12.09 270 dəfə oxundu
18 Heyzli qadın Kəbəni təvaf edə bilər? 13.02.10 365 dəfə oxundu
19 Həccə görə toyu gecikdirmək 13.03.10 393 dəfə oxundu
20 Həcc üçün kredit 13.03.10 319 dəfə oxundu
21 Hilalın görünməsi və Ərəfat vəqfəsi 14.03.10 276 dəfə oxundu
22 Həcc mövsümündə kəsilən qurbanların ətini nə edirlər? 14.03.10 239 dəfə oxundu
23 Deyirlər ki, ömrəyə gedənə Həcc də vacib olur. Bu düzdür? 14.03.10 226 dəfə oxundu
24 Həcc ibadətində təraş olmaq nəyin rəmzidir? 14.03.10 225 dəfə oxundu
25 Bir qadın Həccə getmək üçün mütləq ərindən icazə almalıdır? 14.03.10 230 dəfə oxundu
26 Həcdə şeytan daşlamaq 14.03.10 529 dəfə oxundu
27 Kəbəni görən insana Həcc ziyarəti vacib olur? 14.03.10 261 dəfə oxundu
28 İfrad həcci və həcdə qurban kəsməyə gücü çatmayanlar 15.03.10 243 dəfə oxundu
29 Adəm peyğəmbərdən üzü bəri peyğəmbərlərin hamısı Həccə gediblər? 14.05.10 345 dəfə oxundu
30 Ərəbistan nə üçün az kvota müəyyən edir və müsəlmanlara problem yaradır? 14.06.10 252 dəfə oxundu
31 Zəmzəm suyu 25.07.10 2.116 dəfə oxundu
32 Subay bir qadın təkbaşına ömrəyə gedə bilər? 10.12.10 396 dəfə oxundu
33 Həccdə ticarət və ictimai fəaliyyət 01.07.09 579 dəfə oxundu
34 Kəbənin içində nə var? 06.04.11 2.092 dəfə oxundu
35 Xaçpərəst və yəhudilər də Kəbəni müqəddəs hesab edirlər? 25.04.11 211 dəfə oxundu
36 Kəbənin örtüyü niyə qaradır? 04.05.11 279 dəfə oxundu
37 Ömrəyə gedənlər qurban kəsib oruc tutmalıdırlar? 31.05.11 232 dəfə oxundu
38 Həcc ziyarətini müxtəlif səbəblərlə gecikdirmək olar? 09.07.11 178 dəfə oxundu
39 Ehramın qadağaları nədən ibarətdir? 12.07.11 202 dəfə oxundu
40 Həcc vaxtı başqasının əvəzinə təvaf etmək olar? 02.10.11 185 dəfə oxundu
41 İfrad həcci edən bir şəxs ömrə ziyarətini ən tez nə vaxt yerinə yetirə bilər? 21.10.11 108 dəfə oxundu