Həcc ibadətini 3 aya yaymaq mümkündür?
Müsəlmanlar > Fitvalar > Həcc-ömrə Tarix: 13 mart 2010 Tövsiyə et Çap et
Sual: Belə bir fikir irəli sürülür ki, həcci 3 ay içərisində yerinə yetirmək mümkündür. Siz bu barədə nə deyərdiniz?

Həcc aylarında sadəcə olaraq ibadət deyil, ticarət və ictimai fəaliyyətlə də məşğul olmaq mümkündür. Bütün bunlar əvvəldən bəri bilinən aylarda – zilqədə, zilhiccə və məhərrəm aylarında, həcc ibadəti isə sadəcə olaraq həcc ayı mənası verən zilhiccədə, yəni, bu ayın müəyyən günlərində – 9-undan 13-ünədək olur. Allah Təala İbrahim peyğəmbərə (s. a. v.) belə əmr etmişdi:

“Həcc üçün insanları dəvət et ki, (onlar) piyada və yorğun-arğın miniklər üzərində dərin vadilərdən adlayıb sənə (tərəf) gəlsinlər. Gəlsinlər ki, özləri üçün bir sıra mənfəətlər görsünlər və onlara ruzi kimi verdiyi kiçik və böyük baş heyvanların üzərində müəyyən günlərdə Allahın adını ansınlar. Onlardan yeyin, darda qalmış yoxsula da yedizdirin. Sonra Ərəfat vəqfəsini tamamlasınlar. Nəzirlərini yerinə yetirsinlər və beyti-ətiqi (Kəbə) təvaf etsinlər”.1

Bu ayədə də buna oxşar bir məqam var:

“(Həcc mövsümündə) Rəbbinizdən ruzi diləməyiniz sizin üçün günah deyildir. Ərəfatdan qayıdıb, axın etdiyiniz zaman Məşərul-Haramın yanında Allahı xatırlayın. Sizə necə göstəribsə, Onu o cür xatırlayın. Siz bundan əvvəl həqiqətən, yanlış yolda idiniz!”.2

Ərəfatdan axın etmək və Məşərul-Haramın yanında Allahı xatırlamaq (zikr edib anmaq) qurban bayramının birinci günündə olur. İki, üç və dördüncü günlərdə şeytan daşlama işi görülür. Bununla əlaqədar ayə belədir:

“Sayı məlum olan günlərdə Allahı xatırlayın! Kim tələsərək (Minadan) iki gündə qayıtsa, ona heç bir günah gəlməz. Kim geciksə, ona da bir günah yoxdur. Bu, müttəqilərə aiddir. Allahdan qorxun və bilin ki, siz onun hüzurunda toplanacaqsınız!”.3

Qurban bayramının birinci günü hacılar şeytan daşlar, qurban kəsər və Məkkəyə enib Kəbəni təvaf edərlər. İkinci gün, yəni, əyyami-təşriq başlar. Bundan sonra Minada dalbadal iki gün şeytan daşlamaq ibadəti yerinə yetirilir. İstəyən şəxs üçüncü gün də qalıb eyni işi görər. Şeytana daş atdıqda: “Bismillahi, Allahu Əkbər (Allahın adı ilə! Allah böyükdür!)”, – deyilir. Bu günlərin zikri bundan ibarətdir. Bunu peyğəmbərimiz (s. a. v.) göstərib.

Həcc mövsümü təkcə ibadət deyil, eyni zamanda möhkəm ticarət və ictimai fəaliyyət mövsümüdür. Sizə vebsaytımızda bu məsələ ilə əlaqədar olan HƏCCDƏ TİCARƏT VƏ İCTİMAİ FƏALİYYƏT başlıqlı yazını oxumağınızı məsləhət bilirik. Həmin yazını aşağıdakı keçidə daxil olmaqla oxuya bilərsiniz:

http://www.muselmanlar.com/arasdirmalar/445.html

  1. Həcc, 22/27-28. []
  2. Bəqərə, 2/198. []
  3. Bəqərə, 2/203. []
Facebook'ta PaylaşTwitter'da Paylaş
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Peyğəmbərin Həcc və Ömrə ziyarətləri 06.11.09 620 dəfə oxundu
2 Bir qəzet öz oxucularını kupon və püşkatma ilə Ömrə ziyarətinə apara bilər? 08.03.10 499 dəfə oxundu
3 Müsəlmanlar çətin vəziyyətdə olduqları halda, Həcc üçün pul yığmaq düzdür? 05.03.10 234 dəfə oxundu
4 Peyğəmbər məscidində 40 vaxt namaz qılmaq 03.04.11 278 dəfə oxundu
5 Həcc ibadətini 3 aya yaymaq mümkündür? 13.03.10 303 dəfə oxundu
6 Həccə necə niyyət edirlər? 06.11.09 304 dəfə oxundu
7 Həccə gedərkən xəstələnmək, yaxud da ölmək barədə 06.11.09 323 dəfə oxundu
8 Həccə gedənin evli olub olmamasına dində necə baxılır? 06.11.09 291 dəfə oxundu
9 Həccə qəssab kimi getmək və Həccin yerinə yetirilməsi 06.11.09 254 dəfə oxundu
10 Həccin insanın boynuna gəlməsi 11.11.09 325 dəfə oxundu
11 Qara daşa bu qədər hörmət qoymaq ifrata varmaq deyilmi? 23.02.10 276 dəfə oxundu
12 Bunlar həcc ziyarətində yol verilən nöqsanlardan hesab olunur? 11.11.09 274 dəfə oxundu
13 Bir neçə dəfə həccə getmək və ömrə ziyarəti dini cəhətdən düzgündür? 11.11.09 287 dəfə oxundu
14 Həcc ziyarəti vaxtı Müzdəlifə vəqfəsini yerinə yetirməmək olar? 11.11.09 257 dəfə oxundu
15 Deyirlər ki, həcc qapının ağzındadır. Bunun mənası nədir? 11.11.09 286 dəfə oxundu
16 Birlikdə işləyən imkanlı ər-arvad bir yerdə həccə getməlidirlər? 11.11.09 304 dəfə oxundu
17 Həcc məsələsində kişi ilə qadının arasında nə fərq var? 11.12.09 270 dəfə oxundu
18 Heyzli qadın Kəbəni təvaf edə bilər? 13.02.10 365 dəfə oxundu
19 Həccə görə toyu gecikdirmək 13.03.10 393 dəfə oxundu
20 Həcc üçün kredit 13.03.10 319 dəfə oxundu
21 Hilalın görünməsi və Ərəfat vəqfəsi 14.03.10 275 dəfə oxundu
22 Həcc mövsümündə kəsilən qurbanların ətini nə edirlər? 14.03.10 239 dəfə oxundu
23 Deyirlər ki, ömrəyə gedənə Həcc də vacib olur. Bu düzdür? 14.03.10 226 dəfə oxundu
24 Həcc ibadətində təraş olmaq nəyin rəmzidir? 14.03.10 225 dəfə oxundu
25 Bir qadın Həccə getmək üçün mütləq ərindən icazə almalıdır? 14.03.10 230 dəfə oxundu
26 Həcdə şeytan daşlamaq 14.03.10 529 dəfə oxundu
27 Kəbəni görən insana Həcc ziyarəti vacib olur? 14.03.10 261 dəfə oxundu
28 İfrad həcci və həcdə qurban kəsməyə gücü çatmayanlar 15.03.10 243 dəfə oxundu
29 Adəm peyğəmbərdən üzü bəri peyğəmbərlərin hamısı Həccə gediblər? 14.05.10 345 dəfə oxundu
30 Ərəbistan nə üçün az kvota müəyyən edir və müsəlmanlara problem yaradır? 14.06.10 252 dəfə oxundu
31 Zəmzəm suyu 25.07.10 2.116 dəfə oxundu
32 Subay bir qadın təkbaşına ömrəyə gedə bilər? 10.12.10 396 dəfə oxundu
33 Həccdə ticarət və ictimai fəaliyyət 01.07.09 579 dəfə oxundu
34 Kəbənin içində nə var? 06.04.11 2.092 dəfə oxundu
35 Xaçpərəst və yəhudilər də Kəbəni müqəddəs hesab edirlər? 25.04.11 211 dəfə oxundu
36 Kəbənin örtüyü niyə qaradır? 04.05.11 279 dəfə oxundu
37 Ömrəyə gedənlər qurban kəsib oruc tutmalıdırlar? 31.05.11 232 dəfə oxundu
38 Həcc ziyarətini müxtəlif səbəblərlə gecikdirmək olar? 09.07.11 178 dəfə oxundu
39 Ehramın qadağaları nədən ibarətdir? 12.07.11 202 dəfə oxundu
40 Həcc vaxtı başqasının əvəzinə təvaf etmək olar? 02.10.11 185 dəfə oxundu
41 İfrad həcci edən bir şəxs ömrə ziyarətini ən tez nə vaxt yerinə yetirə bilər? 21.10.11 108 dəfə oxundu