Cavab: Səfər ayının uğursuz bir ay olduğuna dair deyilən sözlərin hamısının mənbəyi Cahiliyyə dövrüdür. Yəni, belə şeylər o vaxtdan qalıb. Bunlar batil inanclardır və İslam dinində heç bir yeri yoxdur.
“Səfər ayı Cahiliyyə dövründə uğursuz bir ay kimi qəbul oldunduğuna görə həmin ayda ömrə ziyarətinə getmək böyük günahlardan hesab edilirdi. Bu ayda qurulan ailələrin ömrünün az olacağı və başlanan işlərin nəticə verməyəcəyinə və yaxud da pis qurtaracağına dair batil inanclar İslamda da varlığını davam etdirib. Səfər ayə barəsindəki Cahiliyyə anlayışını rədd edən hədis1 daha çox nəsi tətbiq edilməklə Səfər ayının haram ay kimi qəbul edilməsinin qadağan olunması formasına izah edilib. Lakin kontekst bu ayla əlaqədar batil inancların qeyri-mötəbərliyi kimi izah edilməsinə də əlverişlidir”.2
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.
Etiketlər: batil inanclar, batil əqidə, Cahiliyyə dövrü, kontekst, mövhumat, Səfər ayı, Səfər ayında evlənmək, Səfər ayında toy etmək, xurafat