Biz Cənnətdə Allahı görə biləcəyik?
Müsəlmanlar > Fitvalar > Ölümdən sonrakı həyat Tarix: 10 mart 2010 Tövsiyə et Çap et
Sual: Cənnətdə Allahı görmək barədə deyilənlər düzdür? Əgər Allahı görəcəyiksə, bu “görmək” necə olacaq? Yəni, arada hər hansı bir vasitə və pərdə olmadan birbaşa görəcəyik?

Cavab: Aşağıdakı Quran ayələri və hədislərə əsasən Cənnətə düşən möminlərə verilən nemətlərdən biri də Allah Təalanın camalını görmək olacaq:

“Üzlər var ki, həmin gün par-par parıldayacaq. Rəblərinə baxacaqlar (Onu görəcəklər)”.1

Cərir ibn Abdullah Əl-Bəcəlinin (r. a.) rəvayətinə əsasən o, belə demişdir:

“Rəsulullahın (s. a. v.) hüzurunda oturmuşduq. Rəsulullah (s. a. v.) bədrlənmiş aya baxdı və belə dedi”:

“Siz Rəbbinizin hüzuruna gedəcəksiniz və bu ayı gördüyünüz kimi, onu da görəcəksiniz. Görməkdə bir çətinlik və sıxıntı çəkməyəcəksiniz. Elə isə günəş doğmamışdan əvvəlki namaza və gün batmadan qabaq qılınan namaza gücünüz çatdıqca davam edin”.

Peyğəmbər (s. a. v.) sonra bu ayəni oxudu:

“Günəşin doğmasından və batmasından əvvəl Rəbbinin qüdrət və ucalığını bütün həmdi ilə zikr et”.2

Əbu Hüreyrənin (r. a.) rəvayətinə əsasən peyğəmbər (s. a. v. ) belə demişdir:

“Siz bədrlənmiş gecədə ayı görməkdə çətinlik çəkirsiniz? Ya da həmişə günəşi görməkdə bir çətinliklə üzləşirsiniz?”.

Əshabələr cavab verdilər:

“Xeyr”.

Bunun üstündən rəsulullah (s. a. v.) sözlərinə belə davam etdi:

“Siz Rəbbinizi bədrlənmiş gecədə ayı gördüyünüz kimi rahatlıqla görəcək və heç bir çətinlik çəkməyəcəksiniz”.3

Suheybin rəvayətinə görə peyğəmbər belə demişdir:

“Yaxşı və faydalı işlər görməkdə davamlı və qərarlı olanlara bunun əvəzində yaxşısı və ondan çoxu var”.4

Peyğəmbər sözlərinə davam edib həmin ayə barədə belə dedi:

Cənnətliklər Cənnətə girdikləri vaxt bir dəllal qışqıraraq deyəcək: “Allah sizə bir şey söz verib”. Cənnətliklər deyəcəklər: “Məgər bizim üzümüzü ağ etmədi? Bizi atəşdən xilas etmədimi? Bizi Cənnətə daxil etmədimi?”. Mələklər: “Bəli”, – deyə cavab verəcəklər. Bundan sonra pərdə açılacaq”.

Rəsulullah (s. a. v. ) sözlərinə davam etdi:

“And olsun Allaha, Allah həmin gün cənnətliklərə Özünün görülməyindən daha yaxşı bir şey verməmişdir”.5

İndi isə Allahı görməyin nə cür olacağı məsələsinə gələk:

“Biz yer kürəsinə oxşayan ayı və dünyadan bir milyon dəfə böyük olan günəşi necə görürüksə, Allahın camalını (gözəlliyini) də o dərəcədə görəcəyik. Sevgili peyğəmbərimiz belə, Allahı bir nurun təcəllisi halında görə bilib. Ondan: “Rəbbini gördünmü”, – deyə soruşulduqda: “O bir nurdur, Onu necə görə bilərəm?”, – deyə cavab verib. Üstəlik ay və günəş yer kürəsindən görüldüyü kimi, laməkan olan Allah da Cənnətdə deyil, məhz Cənnətdən görüləcək. Qaldı ki, Quranda “görmək” deyil, “nəzər salmaq-baxmaq” ifadəsi işlədilib. Əlavə olaraq, Quranda “Gözlər onu dərk edə bilməz”6 – deyilir.7

Yuxarıda verilən izahdan da məlum olduğu kimi, Cənnətə daxil olan möminlər Allahı görə biləcəklər. Təbii ki, bu görmək məsələsi onu tam mənada dərk etmək formasında olmayacaq. Ali Rıza Demircanın günəşin görülməsi ilə əlaqədar olaraq verdiyi misal yerinə düşən bir təsbitdir.

Saytımızın materiallarından istifadə zamanı mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.

  1. Qiyamət, 75/22-23. []
  2. Tirmizi, Cənnət, 16. []
  3. Tirmizi, Cənnət, 17. []
  4. Yunus surəsi, 26-cı ayə. Ayənin tam mətni: Yaxşı iş görənlər üçün ən yaxşısı (Cənnət) və bundan da üstünü (Allahı görmək) vardır. Onların üzünü nə bir qubar, nə də bir zillət bürüyər. Onlar Cənnət sakinləridirlər və orada əbədi qalacaqlar. Ə. Musayevin tərcüməsi. []
  5. Tirmizi, Cənnət, 16. []
  6. Ənam, 6/103. []
  7. Ali Rıza Demircan, Kur’an ve Sünnet Işığında Cennet Hayatı, İstanbul, 2009, s. 88. []
Facebook'ta PaylaşTwitter'da Paylaş
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Biz Cənnətdə Allahı görə biləcəyik? 10.03.10 902 dəfə oxundu
2 Ölüyə Quran tapşırmaq 11.03.11 1.161 dəfə oxundu
3 Üç aylarda vəfat edənlər həqiqətən də, haqq-hesaba çəkilmirlər? 07.01.10 648 dəfə oxundu
4 Axirətdə günahkar möminlərin vəziyyəti necə olacaq? 22.01.10 547 dəfə oxundu
5 Bizim bu dünyada qayəmiz Cənnəti qazanmaqdır yoxsa Allah rizasını? 07.08.09 420 dəfə oxundu
6 Cənnət və Cəhənnəm əbədidir? 16.04.10 510 dəfə oxundu
7 Bəqərə surəsinin 62-ci ayəsi 26.04.10 531 dəfə oxundu
8 Axirət günü ilə Qiyamət günü eyni gündür, yoxsa ayrı? 27.04.10 697 dəfə oxundu
9 Ölüm qorxusu 16.12.10 813 dəfə oxundu
10 Deyirlər ki, dünya axirətin tarlasıdır. Bunu necə izah etmək olar? 04.08.09 390 dəfə oxundu
11 İnsan ürəyindən keçən şeylərə görə cavabdehdir? 11.02.11 450 dəfə oxundu
12 Tövbə edə bilmədən ölən insanın halı necə olacaq? 21.02.11 403 dəfə oxundu
13 Bir kişi ölən arvadının meyyitini yuya bilər? 03.03.11 482 dəfə oxundu
14 Cənnətdə hamı Allahı görəcək? 04.03.11 367 dəfə oxundu
15 Ölünün dalınca Quran oxumağın nə mənası var? 20.03.11 428 dəfə oxundu
16 Günahkarlar Qiyamət günü kor vəziyyətdə həşr olunacaqlar? 18.04.11 279 dəfə oxundu
17 Ölünün dalınca verilən nəzirin savabı ölüyə çatır? 27.04.11 358 dəfə oxundu
18 Ölüyə Quran tapşırmaqla əlaqədar hədislər səhihdir? 01.07.11 272 dəfə oxundu
19 Ana bətnində ölən körpələr Cənnətə daxil olacaqlar? 27.10.11 243 dəfə oxundu