Cavab: Fitva dini və yaxud hüquqi bir məsələdə (məsələyə dair) fikir bildirmək deməkdir. Bunun üçün bir İslam dövlətinə ehtiyac yoxdur. Fitva verənlər (müftilər, axundlar) bir müəllimdirlər. Onlar öz fikirlərini bildirirlər. Onların fikirlərini tutarlı və məntiqli fikir kimi qəbul edənlər bu fikirlərə əsasən əməl edirlər. Qəbul etməyənlər isə başqa bir müftidən soruşub onun verdiyi fitva ilə əməl edirlər.
Süleymaniye Vakfı-na hər gün telefon və internet şəbəkəsi vasitəsilə onlarla sual daxil olur. Bu suallara mövzu və məzmunundan asılı olaraq hər biri ayrı-ayrılıqda öz ixtisas sahələrində mütəxəssis olan 8 nəfər elm adamı heyəti tərəfindən cavab verilir.
Bu vakıf (fond) əslində bir tədqiqat mərkəzidir və buraya ehtiyac olduqca elmin müxtəlif sahələrində ixtisaslaşmış (ilahiyyat elmləri, astronomiya, iqtisad, təbiət elmləri, tarix və sairə) insanlar, eləcə də müxtəlif dinlərin nümayəndələri dəvət edilirlər. Almaniya və Rusiya kimi ölkələrin qabaqcıl universitet və jurnalları ilə də elmi əməkdaşlıq həyata keçirilir. Hazırlanan cavablar 21 il İstanbul müftülüyünün nəzdindəki fitva heyətinə rəhbərlik edən professor Abdulaziz Bayındır tərəfindən nəzərdən keçirilir və müvafiq şəxslərə göndərilir.
Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.
Etiketlər: alimlər, dini suallara cavab vermək, Fitva, fitva heyəti, fitva vermək, Fitvalar, fətva, fətvalar, İslam alimi, sual-cavab
| Sıra     | Sərlövhə | Tarix    | Oxunma     |
|---|---|---|---|
| 1 | Kim dini məsələlərə dair fitva verə bilər? | 09.03.10 | 251 dəfə oxundu |
| 2 | Dini məsələləri bilmədiyi halda fitva vermək düzdür? | 09.03.10 | 272 dəfə oxundu |
| 3 | Fitva nə deməkdir? | 09.03.10 | 383 dəfə oxundu |
| 4 | Səlahiyyəti olmayan insanlar fitva versələr, nə olar? | 02.04.10 | 257 dəfə oxundu |
| 5 | Dini müasir dövrün tələbinə “uyğunlaşdırmaq” düzgündür? | 02.04.10 | 275 dəfə oxundu |
| 6 | Fitva ilə təqvanın arasında dini yaşamaq baxımından fərq var? | 02.04.10 | 248 dəfə oxundu |
| 7 | Biz hansı fitvanı qəbul edəcəyimizi bilmirik. Nə etmək lazımdır? | 02.04.10 | 267 dəfə oxundu |
| 8 | Dünya müsəlmanlarının fitva məsələsində ortaq bir məxrəci var? | 20.01.11 | 217 dəfə oxundu |
| 9 | Din xadimlərinin fitvaları nəyə görə bir-birindən fərqlənir? | 24.04.11 | 169 dəfə oxundu |