Qurani-Kərimdə Cümə namazı ilə əlaqədar ayədə belə deyilir:
“Ey iman gətirənlər! Cümə günü namaza çağırıldıqda dərhal Allahı yad (zikr) etməyə tələsin və al-veri (ticarət) saxlayın! Bilsəniz, bu sizin üçün daha xeyirlidir. Namaz qurtardıqda dərhal yer üzünə dağılışın və Allahın lütfündən istəyin. Allahı çox zikr edin ki, bəlkə, umduğunuza qovuşasınız (nicat tapasınız)”.1
Qurani-Kərimdə heç bir namaz haqqında: “Daha yaxşıdır, daha xeyirlidir”, – deyilmir. Çünki 5 vaxt namaz hər bir halda qılınmalıdır. Lakin Cümə namazını bəzi hallarda qılmamaq olar. Abdulla ibn Abbas (r. a.) yağışlı bir gündə müəzzinə dedi ki, azan oxuduğun vaxt: “Əşhədu ənnə Muhəmmədən Rəsulullah”, – dedikdən sonra: “Hayyə Alə-s-Saləəh”, – demə. De ki, namazlarınızı evlərinizdə qılın.
İnsanlar Abdulla ibn Abbasın bu hərəkətini qəribsədilər. O da bunun müqabilində cavab verdi ki, bunu mən yox, məndən daha yaxşı və xeyirli olan (Muhəmməd peyğəmbər) belə edib. Cümə namazını qılmaq fərz (vacib) olduğuna görə mən sizə çətinlik törətmək istəmədim. Əgər elə olsaydı, palçıqlı və sürüşkən bir yerdə yeriməli olacaqdınız.2
Peyğəmbərin xanımı Aişə belə nəql etmişdir:
“Camaat öz yerlərindən və Əvalidən növbə ilə Cümə namazına gəlirdi. Gəldikləri vaxt toz-torpaq içində olurdular; toz-torpağa və qan-tərə batırdılar. Onlardan elə hey tər axırdı. Peyğəmbər mənim yanımda olduğu vaxt həmin adamlardan bir nəfər gəlmişdi. Peyğəmbər buyurdu ki, kaş ki, bu gün üçün təmizlənmiş olaydınız.3
Bu rəvayətlər göstərir ki, bəzi məcburi hallarda Cümə namazı tərk edilə bilər. Müəllimlik də bu məcburi hallardan biridir. Belə hallarda o günün günorta (zöhr) namazını qılmaq lazımdır.
Etiketlər: 5-ci gün, beşinci gün, cümə, cümə ayəsi, cümə namazına getməmək, cümə namazını hansı hallarda qılmamaq olar?, cümə namazını tərk etmək, məscidə getmək
| Sıra     | Sərlövhə | Tarix    | Oxunma     |
|---|---|---|---|
| 1 | Cümə namazına getmək üçün müdirdən icazə almaq lazımdır? | 09.03.10 | 79 dəfə oxundu |
| 2 | Bəzi hallarda Cümə namazını tərk etmək olar? | 09.03.10 | 91 dəfə oxundu |
| 3 | Cümə namazından sonra başqa namaz qılmaq lazımdır? | 06.07.09 | 305 dəfə oxundu |
| 4 | İşim çox olduğuna görə Cümə namazına getməsəm, olar? | 05.02.10 | 134 dəfə oxundu |
| 5 | Qadınların Cümə Namazında İştirakı Məsələsi | 26.03.10 | 191 dəfə oxundu |
| 6 | Cümə namazı qadınlara fərzdir? | 26.03.10 | 87 dəfə oxundu |
| 7 | Cümə namazını xütbə oxuyan pişnamaz qıldırmalı deyilmi? | 09.04.10 | 71 dəfə oxundu |
| 8 | Cümə namazında dəstəmazı pozulan adam nə etməlidir? | 09.04.10 | 78 dəfə oxundu |
| 9 | Cümə günü xütbə verildiyi vaxt müstəhəb namaz qılmaq olar? | 05.05.10 | 113 dəfə oxundu |