Sübh namazı gecə namazıdır, yoxsa gündüz namazı?
Müsəlmanlar > Fitvalar > Namaz vaxtları Tarix: 09 Mart 2010 Tövsiyə et Çap et
Sual: Sübh namazı gecə namazıdır, yoxsa gündüz namazı? Allah bir ayədə deyir: “Gündüzün hissələrində namaz qıl, əsas da sübh namazına diqqət yetir, əhəmiyyət ver”. Siz bu ayəyə əsasən gündüzün bölmələrindəki namazlardan danışarkən nəzərdə tutulan şeyin “gündüzün namazlarını qılmaq, xüsusilə də onlardan biri olan sübh namazını qılmaq” olduğunu başa düşmürsünüz? Buna baxmayaraq müəllim sübh namazını “gecələri cəmdir, cəm də ən azı üçdür” deyib gecə qılınan namaz kimi səciyyələndirdi. Bu məsələ Qurani-Kərimdə necə izah olunur?

Cavab: Sizin qeyd etdiyiniz mənada bir Quran ayəsi yoxdur. “Namazı qıl! = ”أَقِمِ الصَّلاَة” deyə başlayan aşağıdakı ayədə gündüz 2 vaxt, gecə də 3 vaxt namaz qılmaq buyurulub. Həmin ayə belədir:

وَأَقِمِ الصَّلَاةَ طَرَفَيِ النَّهَارِ وَزُلَفًا مِنَ اللَّيْلِ إِنَّ الْحَسَنَاتِ يُذْهِبْنَ السَّيِّئَاتِ ذَلِكَ ذِكْرَى لِلذَّاكِرِينَ

“Gündüzün iki tərəfində və gecənin gündüzə yaxın saatlarında namazı qıl. Yaxşılıqlar pislikləri aradan qaldırır. Bu, bilənlər üçün doğru bilikdir”.1

Ərəb dilində tərəf sözü sərhəd, uc, yan, böyür və bir şeyin bir hissəsi mənaları verir. Yuxarıdakı ayə gündüzün iki tərəfində – yəni, iki hissəsində namaz qılmağı əmr edir.

GÜNORTA (ZÖHR) VƏ İKİNDİ (ƏSR) NAMAZLARI

Gündüzün iki hissəsi günorta və ikindi vaxtlarıdır. Günorta vaxtı günəşin zenit nöqtəsini keçməsi ilə başlayır. Allah deyir:

“Günəşin düluku vaxtında o namazı qıl”.2

أَقِمِ الصَّلَاةَ لِدُلُوكِ الشَّمْسِ

Günəşin düluku onun qərbə tərəf meyl etməyi deməkdir. Peyğəmbər (s. a. v.) günorta namazını günəşın qərbə meyl etdiyi vaxtda qılırdı.

Gün çıxdığı vaxtdan zenit nöqtəsinə qələnə qədər olduğunuz yerin şərq tərəfində olur. Kölgələr isə qərbə tərəf durur. Zenit nöqtəsinə gəlib çatdıqda kölgələrin boyu ən qısa səviyyəyə enir. Sonra günəş qərbə, kölgələr isə şərqə tərəf meyl edir və günorta namazının vaxtı daxil olur. Bu vaxtda ibadət etməklə əlaqədar ikinci əmr budur:

“Günortaya yetişdiyiniz vaxt Allaha ibadət edin”.3

İkindi namazı günün ikinci namazıdır. Mələk Cəbrail Beytullahın yanında peyğəmbərimizə 2 dəfə imamlıq (pişnamaz) etmiş, birinci dəfədə ikindi namazını hər şeyin kölgəsi öz boyu qədər olduğu vaxtda, ikinci dəfədə isə hər şeyin kölgəsi özünün 2 qatı qədər olduğu vaxtda qıldırmışdır.

Günəş zenit nöqtəsindən qərbə tərəf əyildikcə istiliyi və şüaları get-gedə azalır və nəhayət, gün batır. Günəş batdıqda gecə başlayır. Buna görə də ikindi namazını günəş batmamışdan qabaq qılmaq lazımdır. Biz bu məsələni aşağıdakı ayədən öyrənirik:

“Günəş batmazdan əvvəl hər şeyi gözəl edən Rəbbinə ibadət et”.4

Bu ayənin də ikindi namazının göstərdiyini demək mümkündür:

“Şüalar azaldıqda Allaha ibadət edin”.5

Günorta vaxtının ardınca dan yerinin ağarmağına qədər şüalar azaldığına görə aşiyyən kəlməsi Ərəb dilində günəşin qərbə tərəf əyilməyindən səhərə qədər davam edən vaxtı ifadə edir.

GECƏ QILINAN NAMAZLAR

Gecə günəşin batmağı ilə başlayır. Allah bunu bizə oruc tutan şəxs haqqında: “Sonra orucu gecəyə qədər tamamlayın”, – deyib öyrətmişdir. Günəş çıxdığı vaxt gecə başa çatır.

Ayədəki züləf (زلف) sözü zülfə (زلفة) kəlməsinin cəmidir və bir şeyə yaxın olmaq, yaxınlıq mənaları daşıyır. زُلَفًا مِّنَ اللَّيْل = gecənin zülfələri” gecənin gündüzə yaxın ən azı üç vaxtı deməkdir.

Axşam vaxtında həm gecə qaranlığı, həm də gündüzdən qalan aydınlıq olur. Axşam vaxtı iki yerə bölünür: Biri günəşin batmağından qərb üfüqündə qızartının gözdən itməyinə qədər çəkən vaxtdır. Axşam namaz bu vaxt qılınır.

Xüftən vaxtı isə qərb üfüqündə qızartının gözdən itməsindən üfüqün tamamilə qaralmağına qədər olan vaxtdır. “Namazı günəşin qərbə meyl etməsindən gecənin qaralmağına qədər qıl”6 ayəsində gecənin qaralmağı kimi tərcümə olunan (غسق الليل = ğasaq’ul-leyl) xüftən namazının başa çatdığı vaxtı göstərir. Bu vaxt daxil olduqda qərb üfüqü tamamilə qaralır və həmin qaranlıq dan yerinin ağarmağına qədər davam edir. Bu, vitr namazının vaxtıdır. Buna baxmayaraq bu vaxtda xüftən namazını qılmaq da caiz hesab olunur.

Gecənin gündüzə yaxın olan üçüncü hissəsi isə səhər vaxtı (sübh çağı) göylə yerin birləşdiyi yerə günəşdən əks olunan şüaların get-gedə artaraq açıq-aydın surətdə müşahidə olunmağa başladığı sübh namazı vaxtıdır. Beləliklə, züləf kəlməsinin 3 vaxtı göstərməsi dəqiqlik kəsb edir. Gecə qılınmalı olan namazların 3 vaxt olması da dəqiqlik qazanır.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

  1. Hud, 11/114. []
  2. İsra, 17/78. []
  3. Rum, 30/17-18. []
  4. Qaf, 50/39. []
  5. Rum, 30/17-18. []
  6. İsra, 17/78. []
Facebook'ta PaylaşTwitter'da Paylaş
4.001 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Quranda namazların səsli ya da səssiz oxunması barədə ayə var? 30.12.14 3.668 dəfə oxundu
2 Namazda əlin vəziyyəti (!) 07.02.15 5.224 dəfə oxundu
3 Rəsulullaha namaz qılmağı Cəbrayıl öyrədib? 27.04.18 182 dəfə oxundu
4 Namaz üstündə vaxt çıxsa, namaz batil olur? 01.05.10 3.453 dəfə oxundu
5 Bilə-bilə namazlarını tərk edən adamın hökmü nədir? 07.10.15 2.730 dəfə oxundu
6 Quranda namaz vaxtları 10.09.14 12.990 dəfə oxundu
7 İşlədiyim yerdə namaz qılmağa, oruc tutmağa şərait olmur. Mən nə etməliyəm? 07.07.15 2.220 dəfə oxundu
8 Namazı əzan oxunan kimi qılmaq lazımdır? 21.12.10 13.084 dəfə oxundu
9 Hal-hazırda qıldığımız namaz Adəmdən bu yana eyni namazdır? 19.07.17 480 dəfə oxundu
10 Xüftən namazının vaxtı nə vaxt çıxır? 11.01.11 4.091 dəfə oxundu
11 Heçbir bəhanə olmadan namazların birləşdirilməsi caizdirmi? 19.08.16 1.544 dəfə oxundu
12 Quranda sübh namazının vaxtı 11.01.11 51.952 dəfə oxundu
13 Qəza namazı yoxdursa, vaxtında qılmadığımız namazlar necə olacaq? 14.10.16 3.621 dəfə oxundu
14 Sübh namazını imsakdan əvvəl qılmaq olar? 12.01.11 4.384 dəfə oxundu
15 Pilot və stüardessa (sahibə) hər uçuşda səfəri hökmündədir? 31.10.16 570 dəfə oxundu
16 Sübh namazını əzan oxunan kimi qılmaq olar? 12.01.11 6.842 dəfə oxundu
17 Səfəri olan biri 2-ci rükətin axırında muqim imamdan ayrıla bilərmi 07.11.16 583 dəfə oxundu
18 Keçirdiyimiz sübh namazını məkruh vaxtda qıla bilərik? 26.05.11 4.028 dəfə oxundu
19 Qorxu halında axşam namazı qısaltılaraq necə qılınır? 11.11.16 764 dəfə oxundu
20 Cümə gecəsi 4-cü gündən 5-ci günə keçən gecədir? 05.07.11 3.137 dəfə oxundu
21 Sünnət namazları bəzi hallarda tərk edilə bilər? 20.02.17 582 dəfə oxundu
22 Vitr namazının vaxtı 09.09.11 3.902 dəfə oxundu
23 Fərzdən əvvəl ya da sonra qılınan sünnət namazlarının Quranda dəlili varmı? 22.02.17 635 dəfə oxundu
24 Fərz namazlarının 3 və 4-cü rükətlərində niyə zəmmi surə oxunmur? 02.01.16 1.224 dəfə oxundu
25 Qütblərdə namaz vaxtları: elmi sübut 31.01.11 5.476 dəfə oxundu
26 Namazı istəməyərək, tənbəllik edərək qılmaq münafiqlik əlamətidirmi? 07.04.17 1.027 dəfə oxundu
27 Sübh namazı gecə namazıdır, yoxsa gündüz namazı? 09.03.10 4.001 dəfə oxundu
28 Fey-i-zaval 03.03.12 1.583 dəfə oxundu
29 Namaz vaxtları Təqvimi 23.12.17 201 dəfə oxundu
30 Nisə surəsinin 102-ci ayəsi namazların birləşdirilməsinə mane deyilmi? 09.10.15 1.979 dəfə oxundu
31 Xüftən namazının vaxtı 29.07.12 6.014 dəfə oxundu
32 Hamının bildiyi Namaz. 26.01.18 331 dəfə oxundu
33 Quranda Cümə namazının zöhr vaxtında qılınmalı olduğuna dair dəlil-sübut var? 04.05.14 1.638 dəfə oxundu
34 Namaz vaxtıyla əlaqədar Fəcr və Fələq sözləri eyni mənanı daşıyır? 13.09.12 3.233 dəfə oxundu
35 Rəsulullah (ə.s.), “namaz qılmayan uşağı döyün” demişmi? 02.04.18 258 dəfə oxundu
36 Qaranlıq düşdüyü vaxt xüftən namazının vaxtı çıxır? 08.04.10 6.127 dəfə oxundu
37 Axşam namazını xüftənin vaxtında birləşdirmək olar? 09.11.13 3.407 dəfə oxundu
38 “Namazı tam doğru qılın!” ayəsi bizə nəyi çatdırır? 20.04.18 599 dəfə oxundu