Necə oldu ki, Süleyman peyğəmbərin öldüyünü heç kəs başa düşmədi?
Müsəlmanlar > Fitvalar > Peyğəmbərlər Tarix: 08 mart 2010 Tövsiyə et Çap et
Sual: Süleyman peyğəmbər Beyti-Məqdisin tikintisində cinləri də işlətmişdi. Lakin o, həmin vaxt vəfat etmiş, əsasını (çəlik) qurd gəmirib yıxılana qədər eləcə qalmış və onun öldüyünü heç kəs başa düşməmişdi. Burada belə bir sual yaranır: O qədər vaxt ərzində onunla maraqlanan, danışan və bir şeyə ehtiyacı olub olmadığını soruşan bir kimsə yox idi? Necə oldu ki, onun ölümü bilinmədi? Məni bu şübhələrdən xilas edə bilərsinizmi?

Cavab: Bu məsələ ilə əlaqədar ayə belədir:

“Süleymanın ölümünə qərar verdiyimiz vaxt onun öldüyünü yıxılmağını gecikdirən şeyi  (minsəə) gəmirən bir quru dabbəsi üzə çıxartdı. Süleyman yerə yıxıldıqda məlum oldu ki, əgər cinlər qeybi bilsəydilər, o alçaldıcı əzabın içində qalmağa davam etməzdilər”. (Səba, 34/14. Bu ayə Azərbaycan dilinə aşağıdakı kimi tərcümə edilmişdir:

V. Məmmədəliyev və mərhum akademik Z. Bünyadovun tərcüməsi:

“Sonra (Süleymanın) ölümünü hökm etdiyimiz zaman onun öldüyünü onlara (cinlərə) ancaq (Süleymanın) əsasını yeyən bir ağac qurdu xəbər verdi. (Süleymanın əlini dayayıb durduğu əsa sınandan sonra) o (ölmüş vəziyyətdə) yerə yıxıldıqda cinlərə bəlli oldu ki, əgər onlar qeybi bilsəydilər, alçaldıcı əzab (məşəqqətli iş) içində qalmazdılar”.

Ə. Musayevin tərcüməsi:

“Süleymanın ölümünə hökm verdiyimiz zaman onun öldüyünü cinlərə ancaq onun əsasını yeyən bir ağac qurdu göstərdi. Süleyman yerə yıxıldıqda cinlərə bəlli oldu ki, əgər onlar qeybi bilsəydilər, alçaldıcı əzaba məruz qalmazdılar”. Ayənin Ərəbcə orijinalı belədir:

فَلَمَّا قَضَيْنَا عَلَيْهِ الْمَوْتَ مَا دَلَّهُمْ عَلَى مَوْتِهِ إِلَّا دَابَّةُ الْأَرْضِ تَأْكُلُ مِنْسَأَتَهُ فَلَمَّا خَرَّ تَبَيَّنَتِ الْجِنُّ أَنْ لَوْ كَانُوا يَعْلَمُونَ الْغَيْبَ مَا لَبِثُوا فِي الْعَذَابِ الْمُهِينِ)

Ayədəki “minsəə” kəlməsi Quran məal-tərcümələrində “dəyənək-əsa” kimi tərcümə edilsə də, bu, düz deyil. Çünki ölən insan əsaya söykənib ayaq üstə dura bilməz. Bu, ancaq və ancaq üstünə tamamilə yerləşdiyi bir “taxt” ola bilər.

Quru dabbəsi də “ağac qurdu” ola bilməz. Çünki onun belə bir şeyi gəmirməyi uzun müddət tələb edir. Bu müddət ərzində Süleyman peyğəmbərin cəsədi iylənərdi. Bu, köstəbək və yaxud qunduz kimi böyük bir gəmirgən heyvan ola bilər.

Facebook'ta PaylaşTwitter'da Paylaş
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Necə oldu ki, Süleyman peyğəmbərin öldüyünü heç kəs başa düşmədi? 08.03.10 652 dəfə oxundu
2 Yunus peyğəmbər tövbə etməsəydi, nə baş verəcəkdi? 26.02.10 532 dəfə oxundu
3 Peyğəmbər haqqında “kainatın əfəndisi” demək olar? 24.03.11 272 dəfə oxundu
4 Nuh peyğəmbər əslində nə qədər yaşayıb? 05.07.09 554 dəfə oxundu
5 Azər İbrahim peyğəmbərin atası idi, yoxsa əmisi? 16.02.10 357 dəfə oxundu
6 Həzrəti Yaqubun qızı var idi? Var idisə, adı nə idi? 15.03.10 702 dəfə oxundu
7 Peyğəmbərlərin hamısı çobanlıq ediblər? 17.03.10 493 dəfə oxundu
8 Həzrəti Musa Məryəm ananın qardaşı və İsa peyğəmbərin dayısı idi? 17.03.10 351 dəfə oxundu
9 Muhəmməd peyğəmbərə o biri peyğəmbərlər kimi möcüzə verilib? 28.04.10 485 dəfə oxundu
10 Həzrəti İsa həzrəti İshaqın nəslindəndir? 05.07.09 539 dəfə oxundu
11 İbrahim peyğəmbər Allahın varlığını sübut edib? 28.04.10 335 dəfə oxundu
12 Nuh peyğəmbərin gəmisini həqiqətən də, tapmaq olar? 29.04.10 344 dəfə oxundu
13 Əshabi-hicr hansı peyğəmbərin qövmüdür? 26.01.11 288 dəfə oxundu
14 Muhəmməd peyğəmbərin anadan olma və vəfat tarixləri 04.08.09 410 dəfə oxundu
15 Davud peyğəmbər hansı səhvinə görə Allaha tövbə etdi? 29.10.11 134 dəfə oxundu
16 Peyğəmbərin nəvələri və nəslinin davam etməsi 13.08.09 448 dəfə oxundu
17 Peyğəmbərin Qurandan başqa möcüzəsi yoxdursa, merac nədir? 09.07.10 634 dəfə oxundu
18 Göyün hər qatında bir peyğəmbər var? 09.07.10 348 dəfə oxundu
19 Qadınlardan peyğəmbər olub? 03.12.10 364 dəfə oxundu
20 Adəm peyğəmbər 26.06.09 817 dəfə oxundu
21 Davud peyğəmbər 26.06.09 788 dəfə oxundu
22 Eyyub peyğəmbər 26.06.09 571 dəfə oxundu
23 Hud peyğəmbər 26.06.09 781 dəfə oxundu
24 İbrahim peyğəmbər 12.04.10 852 dəfə oxundu
25 İshaq peyğəmbər 26.06.09 603 dəfə oxundu
26 İsmail peyğəmbər 26.06.09 768 dəfə oxundu
27 Lut peyğəmbər 26.06.09 669 dəfə oxundu
28 Saleh peyğəmbər 26.06.09 562 dəfə oxundu
29 Yaqub peyğəmbər 26.06.09 645 dəfə oxundu
30 Hazırkı İncil həzrəti İsaya endirilən İncillə eyni kitabdır? 10.05.10 427 dəfə oxundu
31 Nisa surəsinin 159-cu ayəsinin izahı 27.11.10 414 dəfə oxundu
32 Musa peyğəmbərin anasının adı nə olub? 26.02.11 525 dəfə oxundu
33 Məgər Allah Uhud döyüşündə peyğəmbəri qorumadı? 05.03.11 283 dəfə oxundu
34 İbrahim peyğəmbərin sınağa çəkildiyi kəlmələr nədir? 11.03.11 598 dəfə oxundu
35 Həzrəti Nuhun gəmisi Türkiyədəki Cudi dağına çıxdı? 31.03.11 221 dəfə oxundu
36 Peyğəmbərlərin möcüzələrindən elm təhsil etmək olar? 21.04.11 256 dəfə oxundu
37 Yaqub peyğəmbər İbrahim peyğəmbərin oğludur, yoxsa nəvəsi? 26.04.11 254 dəfə oxundu
38 Zəkəriyya peyğəmbər 3 gün ərzində danışmadı, yoxsa danışa bilmədi? 08.05.11 202 dəfə oxundu
39 Heç Allaha şərik qoşan peyğəmbər olub? 12.05.11 232 dəfə oxundu
40 Adəm peyğəmbərin ilk uşaqlarının adı nə olub? 29.05.11 665 dəfə oxundu
41 Qövmlərin həlakı hansısa bir nizam-intizam daxilində baş verib? 10.07.11 176 dəfə oxundu
42 Peyğəmbərlər və ilahi kitablar nə üçün eyni yerə göndərilib? 16.09.11 213 dəfə oxundu
43 Həzrəti İsa beşikdə danışıb? 22.12.11 144 dəfə oxundu
44 Zuxruf surəsinin 61-ci ayəsində İsa nəzərdə tutulur? 03.08.11 230 dəfə oxundu
45 Adəm peyğəmbərdən üzü bəri peyğəmbərlərin hamısı Həccə gediblər? 14.05.10 343 dəfə oxundu
46 İnsan peyğəmbər 06.07.09 728 dəfə oxundu