Arada kəbin olmadığı halda, tərs cinsi əlaqədə olmaq da zinadır?
Müsəlmanlar > Fitvalar > Zina Tarix: 05 Mart 2010 Tövsiyə et Çap et
Sual: Bir kişi aralarında nikah olmadığı halda, bir qadınla tərs yoldan cinsi əlaqədə olub. Dində buna necə baxılır? İslam dini baxımından bu da zina hesab edilir?

Cavab: Allah müsəlman kişi və qadınlara əmr edib ki, namuslarını qorusunlar və baxışlarını yayındırsınlar. Yəni, harama baxmasınlar:

“(Rəsulum!) Mömin kişilərə de ki, gözlərini harama dikməsinlər, namuslarını (məhrəm yerlərini) qorusunlar. Çünki bu, onlar üçün daha təmiz bir rəftardır. Şübhəsiz ki, Allah onların nə etdiklərindən xəbərdardır.

Mömin qadınlara de ki, gözlərini haramdan çəkindirsinlər, iffətlərini qorusunlar, öz-özlüyünə görünən hissənin xaricində zinətlərini göstərməsinlər. Baş örtüklərini yaxalarının üstünü də əhatə edən formada taxsınlar. Ataları, qayınataları, oğulları, ərlərinin oğulları, qardaş-bacıları, qardaş-bacılarının oğulları, müsəlman qadınlar, cariyələr (kəniz), kişiliyi qalmamış tabelər (yəni, köməyə möhtac hala düşmüş və kişiliyi qalmamış yoxsul və düşkünlər) ya da qadınların məhrəm yerlərini hələ başa düşmək vaxtına gəlməmiş uşaqlardan başqasına zinətlərini göstərməsinlər. Gizli gözəlliklərinin aşkara çıxması üçün ayaqlarını yerə vurmasınlar”.1

Allah Təala həm zinanı, həm də tərs yolla cinsi əlaqədə (anal seks) olmağı fahişəlik hesab etmiş və qadağan etmişdir. Bir Quran ayəsində belə deyilir:

“Biz Lutu da peyğəmbər göndərdik. O qövmünə belə dedi: “Siz dünyada əvvəllər heç kəsin etmədiyi bir fahişəlik növü ilə (çox iyrənc bir əməllə) məşğul olursunuz?”.

“Siz qadınları qoyub kişilərə şəhvətlə yaxınlaşırsınız. Şübhə yoxdur ki, siz hər cür həddi aşan azğın bir cəmiyyətsiniz”.2

“Zinaya yaxınlaşmayın. Çünki o, olduqca pis bir işdir və çox pis bir yoldur”.3

Yuxarıdakı ayədən də məlum olduğu kimi, Allah: “Zina etməyin”, – deməyib. Əksinə, Allah: “Zinaya yaxınlaşmayın”, – deyə buyuruq verib. Yaxınlaşmamaq üçün aralarında kəbin olmayan bir qadınla kişinin bir-birlərindən uzaq durmaqları lazımdır.

Bi şəxsin öz arvadı ilə tərs cinsi əlaqədə olması haramdır. Bu iyrənc işi öz nikahında olmayan bir qadınla görmək isə iki ayrı haram əməli birdən həyata keçirmək deməkdir. Əlavə olaraq: “Zinaya yaxın durmayın” əmrinə zidd hərəkət etmək deməkdir.

Zinanın cəzası həqiqətən də, çox böyükdür. Quranda belə deyilir:

“Onlar Allahla bərabər başqa ilaha dua etməzlər. Haqlı bir səbəb olmadan Allahın toxunulmaz etdiyi cana qıyıb öldürməzlər, zina etməzlər. Kim bunları etsə, günaha batar. Qiyamət günündə onun əzabı qat-qat olur və orada etibarsız olaraq əbədi qalır”.4

Lakin əgər tövbə edilibsə və artıq düzgün əməllər yerinə yetirilirsə, Allah bu cəzanı bağışlayacaq. Yuxarıdakı ayə belə davam edir:

Amma tövbə edən, iman gətirən və saleh əməllər edən istisnadır. Allah onların pisliklərini yaxşılığa çevirir. Allah bağışlayandır, mərhəmət edəndir”.5

Materialdan istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.

  1. Nur, 24/30-31. []
  2. Əraf 7/80-81. []
  3. İsra, 17/32. []
  4. Furqan, 25/68. []
  5. Furqan, 25/69. []
Facebook'ta PaylaşTwitter'da Paylaş
9.510 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Əbu Hənifənin fikrincə Kütubi-sittədə Qurana zidd hədis var? 06.03.11 2.796 dəfə oxundu
2 İnsanların zina etmək hürriyyəti varmı? 25.11.16 840 dəfə oxundu
3 Arada kəbin olmadığı halda, tərs cinsi əlaqədə olmaq da zinadır? 05.03.10 9.510 dəfə oxundu
4 Zorlanan qadına günah yazılır? 26.03.11 5.395 dəfə oxundu
5 Zina etmiş adam, zina etməyən biri ilə evlənə bilərmi? 08.05.17 1.725 dəfə oxundu
6 Evlilikdən qabaq cinsi akt və zina 24.07.09 11.925 dəfə oxundu
7 Zina edən kafir olur? 02.05.11 6.687 dəfə oxundu
8 Zina edən adama cəzanı ailəsimi yoxsa dövlətmi verməlidir? 06.07.18 365 dəfə oxundu
9 Zina edən müsəlmanın cəzası Qurana əsasən nədir? 02.05.14 3.837 dəfə oxundu
10 Hazırkı dövrdə zina edənlərə nə cəzası verilməlidir? 19.01.11 3.240 dəfə oxundu
11 İslamda nə cür əlaqə zina sayılır? 25.04.16 3.703 dəfə oxundu
12 Zina günahı ən böyük günahlardandır, yoxsa yox? 26.10.11 8.231 dəfə oxundu
13 Subayların da intim münasibəti zina hesab olunur? 30.01.10 7.186 dəfə oxundu
14 Zina cəzasının qeyd edildiyi ayələrdəki əzab axirətdəki əzabdır? 04.01.12 3.684 dəfə oxundu
15 Qadınları aldadan kişilərin heç günahı yoxdur? 30.01.10 6.106 dəfə oxundu
16 Subay bir kişi ilə subay bir qadın eyni evdə qala bilər? 29.02.12 6.455 dəfə oxundu
17 Flirt də zinadır? 12.04.10 6.344 dəfə oxundu
18 Biz bir-birimizi sevirik. İndi nə etməliyik? 04.06.12 6.606 dəfə oxundu
19 Dodaq-dodağa öpüşmək də zinadır? 12.04.10 11.297 dəfə oxundu
20 Rəfiqə ilə yaxınlıq da zina hesab olunur? 04.06.12 4.407 dəfə oxundu
21 Zina etmədiyim halda başqalarına etdiyimi desəm, günahdır? 13.04.10 3.945 dəfə oxundu
22 Evlənməmişdən qabaqkı günahımız evlənəndə bağışlanır? 22.07.12 8.878 dəfə oxundu
23 Eyni vaxtda iki kişi ilə kəbin kəsdirmək olar? 13.04.10 10.251 dəfə oxundu
24 Ailə daxilində zorlanan uşaq vələdüzzina hesab olunur? 16.11.12 2.817 dəfə oxundu
25 Tövratda zina edənlər üçün nəzərdə tutulan bir cəza var? 28.04.10 3.197 dəfə oxundu
26 Quranda zina günahına nəzərdə tutlunan cəza həqiqidir, yoxsa xəyali? 10.12.12 6.535 dəfə oxundu
27 Quranda deyilir ki, zinanın cəzasından başqa cəza yoxdur? 11.06.10 4.883 dəfə oxundu
28 Zorlanan qadını zorlayan kişiyə ərə vermək lazımdır? 06.08.13 3.673 dəfə oxundu
29 Zina kəbini pozur? 30.11.10 10.490 dəfə oxundu
30 Zina edən siyasətçilərin videosunu yaymaq düzgündür? 10.08.13 1.940 dəfə oxundu
31 İslamda zorlamağın cəzası 19.01.11 4.560 dəfə oxundu
32 Evlənmədən qabaq yeznə olacaq adamın hansı xüsusiyyətinə diqqət edilməlidir? 05.10.15 2.267 dəfə oxundu
33 Təcavüz edən bir şəxsə nə cür cəza verilir? 21.08.15 1.375 dəfə oxundu
34 Zinadan törəyən uşağın hökmü nədir? 22.10.16 2.572 dəfə oxundu