Bir qadın yad kişilərin qabağında oynasa, kəbini batil olur?
Müsəlmanlar > Boşanmaq > Fitvalar > Toy Tarix: 04 mart 2010 Tövsiyə et Çap et
Sual: Ərdə olan bir qadın yad kişilərin olduğu bir yerdə oynasa, onun molla kəbini öz hökmünü itirib qüvvədən düşər?

Cavab: Qadınların yad kişilərin qabağında oynamağı kəbinin batil olmağına səbəb olmur. Bu, düzgün bir məlumat deyil. Lakin müsəlman bir qadının özünə dini cəhətdən yad olan kişilərin qabağında oynamağı əsla caiz deyil. Yəni, bu, qətiyyən düzgün deyil. Çünki Allah Təala: “Zina etməyin”, – deməyib. Allah: “Zinaya yaxın durmayın” (İsra, 17/32), – deyə buyurub. Məlumdur ki, bu kimi şeylər insanı zinaya yaxınlaşdırır. Əgər bir qadın yad kişilərin qabağında oynayıbsa, tövbə etməli və bir də belə bir iş görməməlidir.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

Facebook'ta PaylaşTwitter'da Paylaş
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Bir qadın yad kişilərin qabağında oynasa, kəbini batil olur? 04.03.10 708 dəfə oxundu
2 İslamda toy etmək və toyda çalğı çalmağa necə baxılır? 06.07.09 827 dəfə oxundu
3 İslama uyğun toyu necə keçirmək lazımdır? 11.03.10 642 dəfə oxundu