Zəmanənin imamına beyət etmək
Müsəlmanlar > Fitvalar > Hədis > Mehdi > Siyasət Tarix: 03 mart 2010 Tövsiyə et Çap et
Sual: Deyirlər ki, zəmanənin imamına beyət etməmiş ölənlər cahiliyyə ölümü ilə ölürlər. Bu söz düzdür? Bununla əlaqədar bir hədis var?

Cavab: Bəli, belə bir hədis var. Həmin hədis Müslimin Səhih adlı kitabında: “Kim boynunda bir beyət olmadığı halda ölsə, cahiliyyə ölümü kimi (bir ölümlə) ölür”.1 kimi nəql edilib. Bu da öz növbəsində “Müsəlmanların həmrəyliyi ilə” İslam ümmətinin başında duran şəxsi (xəlifə, dövlət başçısı) tanımayanlar (qəbul etməyənlər) haqqında deyilib. Əksinə, bu, bir neçə nəfərin, yaxud da dini, siyasi bir qrupun öz aralarında seçdikləri və “əmir”, “xəlifə”, “əmirəl-möminin” kimi tərif verib tanıtdıqları şəxslərə şamil edilmir.

Bu hədis müsəlmanlara təfriqəyə düşməmək məsələsində xəbərdarlıq etmək üçün deyilmişdir. Təfriqədən xilas olmağın yeganə yolu isə Qurani-Kərimin ətrafında birləşməkdir. Allah Təala belə buyurur:

“Biz onların zidd iddialarını lap yaxşı bilirik. Amma sən onları güc tətbiq edərək imana gətirəcək bir zorba (despot) deyilsən. Sən sadəcə olaraq xəbərdarlıq edən bir elçisən. Sənin görəcəyin iş sadəcə olaraq mənim təhdidimdən çəkinən kəsləri Quran ilə irşad etməkdir (öyüd-nəsihət verməkdir)”. (Qaf, 50/45)

“Hamınız Allahın ipindən (Quran) möhkəmcə yapışın. Dağılıb ayrılmayın”. (Ali-İmran, 3/103)

“Şübhəsiz ki, bu, mənim doğru yolumdur. Bu yola tabe olun. (Başqa) yollara uymayın. Çünki o yollar sizi Allahın yolundan ayırır. Allah bunları sizə çəkinəsiniz deyə əmr edir”. (Ənam, 6/153)

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

  1. Müslim, İmarət, 58 (1851). []
Facebook'ta PaylaşTwitter'da Paylaş
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Zəmanənin imamına beyət etmək 03.03.10 594 dəfə oxundu
2 Mitinqlərdə əl çalmaq, şüar səsləndirmək və fit çalmaq dində necə qiymətləndirilir? 27.02.10 337 dəfə oxundu
3 İslama əsasən millət, ümmət, millətçilik, ümmətçilik kimi anlayışların mövqeyi 12.08.09 376 dəfə oxundu
4 İslam dininin zorakı millətçilik anlayışına baxışı 13.08.09 317 dəfə oxundu
5 Qəzzafiyə qarşı hərəkətləri İslama əsasən necə qiymətləndirmək olar? 31.10.11 112 dəfə oxundu
6 Müaviyə barədə qısa sual-cavab 04.08.09 659 dəfə oxundu
7 Səs vermək kafirlikdir? 28.12.10 367 dəfə oxundu
8 Səs verdiyimiz insan səhv edirsə, buna biz də cavabdehik? 28.12.10 370 dəfə oxundu
9 Nə üçün demokratiya barədə qeyri-ciddi cavablar verirsiniz? 29.12.10 330 dəfə oxundu
10 Demokratiya məsələləri 29.12.10 385 dəfə oxundu
11 Peyğəmbər vəfat edib. Biz kimə beyət etməliyik? Əhli-beytə? 04.01.11 380 dəfə oxundu
12 Hər yerdə müsəlmanlara zülm edilir. Nə edək? 20.03.11 272 dəfə oxundu
13 Nə üçün dünyada həmişə müsəlmanlar əzilir? 28.03.11 221 dəfə oxundu
14 Müsəlmanlar Liviya məsələsində nə etməlidirlər? 22.03.11 290 dəfə oxundu
15 Dövlətin davamiyyəti məqsədilə qardaş öldürməyin hökmü nədir? 11.10.11 142 dəfə oxundu
16 Bir adamın öz qardaşını qətlə yetirməsi nə cür izah oluna bilər? 24.10.11 177 dəfə oxundu
17 Təəssüb nə deməkdir? 17.01.12 72 dəfə oxundu