Cavab: Tövbə edildiyi təqdirdə bağışlanmayan günah yoxdur. Buna şirk, yəni, Allaha şərik qoşmaq günahı da daxildir. Allahın heç vaxt bağışlamadığı şirk günahı tövbə etmədən ölənlərin şirkidir:
“Allah Özünə şərik qoşulmağını əsla bağışlamaz. Onun xaricindəkiləri (günahları) istədiyi şəxs üçün bağışlayar. Kim Allaha şərik qoşsa, dərin bir zəlalətə düşər”. (Nisa, 4/116)
Bu ayə tövbə etməmiş ölənlər haqqındadır. Çünki aşağıdakı ayəyə əsasən şirk də daxil olmaqla tövbə edilən hər bir günah bağışlanacaq:
“De: “Ey özlərinin əleyhinə hədd-hüdud tanımayan (həddini aşmış) bəndələrim! Allahın rəhmətindən ümidinizi kəsməyin. Çünki Allah bütün günahları bağışlayar. Heç şübhə yoxdur ki, O, çox bağışlayan, çox mərhəmət edəndir”. (Zumər, 39/53)
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.
Etiketlər: Allaha şərik qoşmaq, bağışlanmayan günah, günah, günaha batmaq, günahlardan tövbə, şirk günahı, şirkə düşmək, toba, tova, tövbə, tövbə etmək, tövbə etməmiş ölmək