Bəlqisin taxtının Yəməndən Qüdsə gəririlməsi kəramət deyilmi?
Müsəlmanlar > Fitvalar > Təsəvvüf-təriqət Tarix: 01 mart 2010 Tövsiyə et Çap et
Sual: Təsəvvüf təlimində deyilir ki, şeyxlərdə zamanın yoxa çevrilməsi, böüyk sürətlə dada çatmaq kimi fövqəltəbii xüsusiyyətlər var. Buna misal kimi Səba kraliçasının taxtını göz açıb yumana qədər Yəməndən Qüdsə gətirən mübarək bəndəni göstərirlər. Görəsən, həmin hadisə fövqəltəbii bir hadisə, yəni, kəramətdir? Bunu necə izah etmək olar?

Cavab: Bu hadisənin hər hansı bir fövqəltəbiilik və kəramətlə heç bir əlaqəsi yoxdur. Hadisə tamamilə elmlə əlaqədardır. Bu məsələ ilə əlaqədar olaraq Kur’an Işığında Doğru Bildiğimiz Yanlışlar adlı kitabımızın “Kur’an’ı Açıklamada Usul” fəslində belə deyilir:

“Süleyman peyğəmbərin dövründə kitaba dair elmi olan bir şəxs Bəlqisin taxtını göz açıb yumana qədər Yəməndən Qüdsə gətirib.

Süleyman quşların dilini bilirdi. Onun quşlar, cinlər, insanlar və bunlardan ibarət ordulara hökm edən böyük bir krallığı var idi. Səba kraliçası Bəlqis ona qarşı tab gətirə bilməyəcəyini başa düşmüş, Qüdsə gəlmək və Süleymana təslim olmaq üçün yola çıxmışdı. Bəlqisin böyük və cah-cəlallı bir taxtı var idi. Bunu eşidən Süleyman əyanlarını bir yerə toplayıb dedi:

“Ey əyanlar! Onlar gəlib təslim olmamışdan əvvəl hansınız onun taxtını mənə gətirə bilər?”.

Cinlərdən bir ifrit dedi:

“Sən məqamından (yerindən) qalxmamış mən onu sənə gətirərəm. Mənə etibar edə bilərsən. Mənim buna həqiqətən də, gücüm çatar!”.

O kitabdan xəbəri olan başqa bir nəfər isə belə dedi:

“Mən onu sənə (gözünü açıb yumana qədər) bir göz qırpımında gətirərəm”.

Və gətirdi. Süleyman taxtı yanında qurulmuş görən kimi dedi:

“Bu, məni sınağa çəkmək üçün Rəbbimin bir lütfüdür: Görək şükr edəcəyəm, yoxsa nankor olacağam? Kim şükr etsə, xeyrini görər. Nankorluq edən etsin. Rəbbimin heç kəsə ehtiyacı yoxdur. Onun səxavəti boldur”.1

Bəlqisin taxtını Süleyman peyğəmbərə bir göz qırpımında gətirən şəxsin xəbərdar olduğu kitab Tövratdır. İsrail peyğəmbərlərindən olan Süleymanın məqamında “O kitab = Əl-Kitab” kimi bəhs edilən kitab başqa bir kitab ola bilməz.

“Kitabı bilən” deyil, “Kitabdan biliyi olan” ifadəsi olduqca vacibdir. Deməli, o şəxsin kitabın hamısını bilməyi lazım olmamış, öz ixtisas sahəsi ilə əlaqədar ayələri bilməyi kifayət etmişdir. Bu, uzaqdakı əşyanı gətirmək biliyidir (bacarıq). İndiki dövrdə əşyaların şüalandırılması (teleportasiya, irradiasiya) ilə əlaqədar tədqiqatlar aparılır amma uzaqda olan bir əşyanı gətirmək barədə heç xəyal da qurulmur.

Qurani-Kərimi sadəcə olaraq din kitabı hesab edənlər yuxarıdakı ayəni başa düşə bilməzlər. Buna görə də təfsir alimləri bu məsələdə çətinlik çəkiblər. Bəziləri bu hadisəni kəramət, bəziləri də Süleyman peyğəmbərin möcüzəsi hesab etmiş və ziddiyyətə düşmüşlər.

Möcüzə bir peyğəmbərin peyğəmbərliyinə dair sənəd, kəramət isə Allahın bir bəndəsinə lütfüdür. Heç kim Allahın adından söz verə bilməz. Buna görə də kəramət məsələsində də, möcüzə məsələsində də iddiadan söhbət gedə bilməz. Allah Təala belə buyurur:

“Heç bir elçi Allahın icazəsi olmadan bir möcüzə gətirmək (göstərmək) səlahiyyətinə malik deyil”.2

Taxtın gətirilməsi məsələsində bir iddia var. Kitabdan bir biliyə malik olan şəxs Süleymana: “Mən onu sənə gözünü açıb yumana qədər gətirərəm”, – deyib. Başqa sözlə, bu hadisə nə möcüzəir, nə də kəramət. Ayədə deyildiyi kimi, Allahın kitabından əldə olunmuş bir elmdir. Bu elm Quranda da olmalıdır. Quranın göstərdiyi metoda əsasən hərəkət edilsə, o biliyi tapıb çıxartmaq mümkün olar”.3

Materiallardan istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.

  1. Nəml, 27/38-40. []
  2. Rəd, 13/38. []
  3. Abdulaziz Bayındır, Kur’an Işığında Doğru Bildiğimiz Yanlışlar, Süleymaniye Vakfı Yayınları, 2. Bs., İstanbul, 2007, s: 297-299. []
Facebook'ta PaylaşTwitter'da Paylaş
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Dara düşdüyümüz vaxt qəbirlərdən kömək diləməklə əlaqədar bir hədis var? 10.03.10 838 dəfə oxundu
2 Qurani-Kərimdə təriqətlə əlaqədar hər hansı bir ayə var? 26.07.09 543 dəfə oxundu
3 Allah dostları məsələsi 26.07.09 468 dəfə oxundu
4 Təriqətlərdə üstünlük təşkil edən əqidə və anlayışlar 26.07.09 321 dəfə oxundu
5 Bəlqisin taxtının Yəməndən Qüdsə gəririlməsi kəramət deyilmi? 01.03.10 292 dəfə oxundu
6 Dinin geyim-kecimdən ibarət olduğunu güman etmək 28.07.09 409 dəfə oxundu
7 Qurana müvafiq rəftar etmək 28.07.09 336 dəfə oxundu
8 “Ümmətimin alimləri İsrail oğullarının peyğəmbərləri kimidirlər” hədisi səhihdir? 28.07.09 416 dəfə oxundu
9 Təriqətlərdəki cəzbə halı nə deməkdir? 26.03.11 218 dəfə oxundu
10 Təriqətlərin rabitə inancı dini cəhətdən düzgündür? 12.02.10 298 dəfə oxundu
11 Təriqətlərdə mövcud olan tövbə almaq nə deməkdir? 12.02.10 462 dəfə oxundu
12 Zikrli ilahi və kollektiv zikr haqında fikriniz nədir? 11.02.10 366 dəfə oxundu
13 Səid Nursinin sözləri ilham ola bilməzmi? 11.02.10 374 dəfə oxundu
14 Feyz nə deməkdir? Şeyxlər feyz paylaya bilərlər? 12.03.10 355 dəfə oxundu
15 Nəfsin mərtəbələri nədən ibarətdir? 10.05.10 362 dəfə oxundu
16 Vəhy və ilhamın arasında fərq var? Vəhy hamıya gələ bilər? 14.05.10 313 dəfə oxundu
17 Nəfsimizi tərbiyə etmək üçün halal şeyləri özümüzə haram etməyimiz düzgündür? 18.06.10 337 dəfə oxundu
18 Din böyüklərini müqəddəs hesab etmək 22.07.10 516 dəfə oxundu
19 Peyğəmbəri tanrılaşdırmaq 30.03.10 765 dəfə oxundu
20 Din 31.03.10 733 dəfə oxundu
21 Ölüdən kömək gözləmək 28.03.10 663 dəfə oxundu
22 Şəfaət inancı 08.02.11 563 dəfə oxundu
23 Kəramət nə deməkdir? 15.02.11 446 dəfə oxundu
24 Təriqətlərdəki insani-kamil məfhumunun izahı 07.03.11 247 dəfə oxundu
25 Siz təsəvvüf əhlinə kafir deyirsiniz? 08.03.11 273 dəfə oxundu
26 18 min aləm söhbəti düzdür? 17.03.11 496 dəfə oxundu
27 Şəfa tapmaq üçün silsilə ilə dua və ibadət etmək olar? 12.04.11 240 dəfə oxundu
28 Təriqətçilər hansı məqsədlə rabitə ilə məşğul olurlar? 14.04.11 204 dəfə oxundu
29 Təriqətə daxil olan insanlar öz üsullarına əsasən zikr edə bilərlər? 20.05.11 197 dəfə oxundu
30 Rəvasi nə deməkdir? 21.06.11 207 dəfə oxundu
31 Təriqət dərsinə getmək lazımdır? 08.07.11 187 dəfə oxundu
32 Xəlifə Ömər yağış duasında həzrəti Abbasla təvəssül edib? 07.10.11 157 dəfə oxundu
33 Dini məsələlərdə bir alimə tabe olmaq səhvdir? 09.02.12 36 dəfə oxundu