Yunus peyğəmbər tövbə etməsəydi, nə baş verəcəkdi?
Müsəlmanlar > Fitvalar > Peyğəmbərlər > Quran > Tövbə Tarix: 26 fevral 2010 Tövsiyə et Çap et
Sual: Mən Qurani-Kərimdə Yunus peyğəmbərdən bəhs edən bu iki ayəni heç cür başa düşə bilmədim: 1) “Əgər o çox təsbeh edənlərdən olmasaydı, təzədən diriləcəkləri günədək onun (balığın) qarnında qalacaqdı”. (Saffat, 37/143-144) 2) “Əgər ona Rəbbindən bir nemət gəlməsəydi, əlbəttə ki, qınanmış bir halda boş bir diyara atılacaqdı”. (Qələm, 68/49) Birinci ayəyə əsasən Yunus peyğəmbər tövbə və təsbeh etməsəydi, Qiyamət gününə qədər balığın qarnında qalacaqdı. Amma o, tövbə etdi və balıq onu quruya çıxartdı. İkinci ayədən isə belə çıxır ki, əgər Allahın neməti ona gəlməsəydi, yəni, o, tövbə etməsəydi və yaxud tövbəsi qəbul edilməsəydi, qınanmış bir halda boş bir əraziyə, yəni, quruya atılacaqdı. Belə olan halda, Yunus peyğəmbər təsbeh etməsəydi, balığın qarnında ölüb gedəcəkdi? Yoxsa qınanmış bir halda quruya atılacaqdı?

Cavab: Balina və delfinlər dəniz məməliləri fəsiləsinə daxildir. Bu heyvanların bir çoxu quruya çıxıb ölür. Həqiqətən də, kütləvi informasiya vasitələrində bu cür xəbərlərə tez-tez təsadüf etmək mümkündür. Axtarış mühərriklərinə “Balinaların intiharı”, “Quruya çıxan balinalar” və bu kimi ifadələri daxil edib axtarsanız, siz özünüz də buna şahid ola bilərsiniz. Çünki bu məsələ ilə əlaqədar yüzlərlə şəkil və videoçarx var.

Yunus peyğəmbəri udan balıq ya balina, ya da delfin olub. Deməli, əgər balıq Yunusu bayıra atmasaydı, o, balığın mədəsində öləcək (Saffat, 37/143-144), ikisi də birdən dənizdən quruya atılacaq (Qələm, 68/49) və balığın qarnı Yunus peyğəmbərin qəbri olacaqdı. Yuxarıdakı iki ayəni birlikdə götür-qoy etdikdə alınan nəticə budur.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

Facebook'ta PaylaşTwitter'da Paylaş
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Allah şirk günahını insan tövbə etsə də, heç vaxt bağışlamır? 01.03.10 616 dəfə oxundu
2 Yunus peyğəmbər tövbə etməsəydi, nə baş verəcəkdi? 26.02.10 534 dəfə oxundu
3 Evlilikdən qabaq cinsi akt və zina 24.07.09 1.208 dəfə oxundu
4 İnsan nəyə görə günah edir? Hər günahın tövbəsi var? 19.04.10 556 dəfə oxundu
5 Təriqətlərdə mövcud olan tövbə almaq nə deməkdir? 12.02.10 462 dəfə oxundu
6 Tövbə edə bilmədən ölən insanın halı necə olacaq? 21.02.11 403 dəfə oxundu
7 Bizim savablarımız puç ola bilər? 09.03.11 201 dəfə oxundu
8 Kiçik günahlar əfv olunacaqsa, Allaha yalvarmağın nə mənası var? 08.09.11 220 dəfə oxundu
9 Allah hər günahkar insana tövbə üçün möhlət verir? 02.01.12 143 dəfə oxundu