Cavab: Təbərani kimi bəzi mənbələrdə rəvayət edilir ki, Muhəmməd peyğəmbər (s. a. v.) Cənnətdə Məryəm anamız, Fironun möminə arvadı Asiyə və Musa peyğəmbərin bacısı Gülsüm ilə evlənəcək. Hədis alimləri bu hədisin dəlil kimi götürülməyəcək, yəni, əsas tutulmayacaq qədər zəif olduğunu bildiriblər.1
Cənnət və Cəhənnəm kimi axirət məsələlərindən bəhs edən bu kimi rəvayətlər mütləq səhih (mötəbər) hədislərə əsaslanmalıdır. Çünki belə məsələlərdə bu kimi zəif hədislərə etibar etmək olmaz.
Etiketlər: Asiyə, axirətlə əlaqədar hədislər, cənnətdə evlənmək, din xadimi, Fironun arvadı, Muhəmməd peyğəmbər və Məryəm ana, zəif hədislər