Cavab: Mənbələrdə qeyd edilir ki, Sara adı Fars mənşəli olub xalis, qarışığı olmayan və təmiz kimi mənalar daşıyır. İslam dininə əsasən uşağa ad qoyulduğu vaxt həmin adın mənasının dinə zidd olub olmadığını nəzərə almaq lazımdır. Çünki həqiqətən də, mənasına görə dinə zidd olan adlar var. Sara adı o adlardan deyil. İbrahim peyğəmbərin (ə. s.) xanımının da adı Sara olub. Deməli, bu gözəl adı dəyişdirməyinizə ehtiyac yoxdur.
Sara adı uşaqlara əsasən əcnəbi ölkələrdə çox qoyulur. Ona görə bəzi insanlar buna pis baxırlar. Siz bu cür şeylərə əhəmiyyət verməyin. Əcnəbi məmləkətlərlə müştərək cəhətlərimizin olması olduqca təbii bir haldır.
Etiketlər: ad dəyişdirmək, ad qoymaq, gözəl adlar, Sara, Sara adı, Sara adının mənası