Oğurluq işıq işlədənlərdən lazımi yerə şikayət etmək lazımdır?
Müsəlmanlar > Bəndənin haqqı > Fitvalar Tarix: 24 fevral 2010 Tövsiyə et Çap et
Sual: Bizim bəzi qohumlarımız və qonşularımız oğurluq işıq işlədirlər. Biz bunu bildiyimiz halda, lazımi yerə şikayət etməsək, günah qazanarıq? Ümumiyyətlə, bilmək istəyirəm, İslam dini bu kimi məsələlərə necə baxır?

Cavab: Elektrik enerjisindən qeyri-qanuni istifadə etmək düzgün deyil. Çünki bu, haqq-hüququ tapdamaq deməkdir. Su, işıq, təbii qaz və sairə kimi ximətlərdən oğurluq istifadə etmək İslam dini baxımından qətiyyən düzgün deyil. Bu cür şeylər dində əsla caiz deyil; yolverilməzdir və ola da bilməz.

Əgər kimsə sizin sualınızda qeyd etdiyiniz kimi oğurluq işıq işlədirsə, bu o deməkdir ki, o oğurluq işıq işlətməyə başladığı andan etibarən kimsə onun işlətdiyi enerji miqdarına görə pul ödəyir, daha doğrusu, ödəməli olur. Sizcə bu nədir? Digər insanların hüququnu tapdamaq deyilmi? Şübhəsiz ki, bu açıq-aydın bəndə haqqıdır. Bu cür insanlara xəbərdarlıq etmək lazımdır. Əgər sizə qulaq asmayıb davam etsələr, onlardan lazımi yerə (əlaqədar dövlət orqanı, müvafiq təşkilat və sairə) şikayət etmək sizin həm bir vətəndaş kimi, həm də bir müsəlman olaraq borcunuzdur.

Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.

Facebook'ta PaylaşTwitter'da Paylaş
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Bəndə haqqı 07.07.09 402 dəfə oxundu
2 Oğurluq işıq işlədənlərdən lazımi yerə şikayət etmək lazımdır? 24.02.10 321 dəfə oxundu
3 Bəndənin haqqı və halallıq almaq dini cəhətdən necə olmalıdır? 24.02.10 372 dəfə oxundu
4 Yiyəsindən icazə almamış simsiz internet işlətmək olar? 22.01.10 459 dəfə oxundu
5 Qonşu ilə küsülü qalmaq düzgündür? 19.03.10 298 dəfə oxundu
6 Oğurluq elektrik enerjisi ilə qızdırılan suyu işlətmək düzdür? 22.04.10 327 dəfə oxundu
7 Könülsüz halallaşmaq düzdür? 23.11.10 243 dəfə oxundu
8 Müsəlman olmayanın haqqını yemək 20.12.10 404 dəfə oxundu
9 Turistlərlə alverdən sonra halallaşmaq olar? 24.06.09 394 dəfə oxundu
10 Bəndənin haqqı heç vaxt bağışlanmır? 21.03.11 233 dəfə oxundu
11 İnternetdən kitab yükləmək olar? 29.05.11 268 dəfə oxundu
12 Həmişə bağışlamaq mənfi nəticələr verir? 07.04.11 267 dəfə oxundu
13 Yetimin malını yemək 04.08.09 319 dəfə oxundu