Qara daşa bu qədər hörmət qoymaq ifrata varmaq deyilmi?
Müsəlmanlar > Fitvalar > Həcc-ömrə Tarix: 23 fevral 2010 Tövsiyə et Çap et
Sual: Mən səhv etmirəmsə, həcərul-əsvədə (qara daş) göstərilən hörmət və təzimin İslam dininin başqa heç bir sahəsində oxşarı yoxdur. (Bir daşa göstərilən ehtiram baxımından) İslamın bütləri və şirki (Allaha şərik qoşmaq) rədd etməyi də açıq-aydın olduğu halda bu təzim və hörməti sırf sünnə (müstəhəb əməl) olduğu üçün göstərmək nə dərəcədə doğrudur? Daha doğrusu, həcərul-əsvədə göstərilən ehtiram həqiqətən də, peyğəmbərimizdən qalıb?

Cavab: Həcərul-əsvədə verilən qiymətin bütlərlə bir əlaqəsi yoxdur. Bütpərəstlər bütlərini Allahla öz aralarında vasitəçi tutur, bütlərin onları Allaha daha çox yaxınlaşdıracağına və şəfaət edəcəklərinə inanırdılar. Amma həcərul-əsvədə belə bir xüsusiyyət şamil edilmir. Həmin daş sadəcə olaraq təvafın başlanğıcını göstərir. Bizim onu öpməyimiz peyğəmbərimizin də öpməyindən ötrüdür. Başqa sözlə desək, biz o daşı ona görə öpürük ki, onu peyğəmbərimiz də öpüb. Xəlifə Ömərin həcərul-əsvəd haqqında dediyi bu söz məşhurdur:

“Bilirəm ki, sən bir daşsan. Nə bir faydan, nə də zərərin var. Mən rəsulullahı səni öpərkən görməsəydim, səni əsla öpməzdim”.1

Hənzələ deyib: “Tavus (tabeindən Tavus ibn Keysan) mərhumu (təvaf edərkən) gördüm. Rüknə gəldikdə, (həcərul-əsvəd) onun ətrafında izdiham olduğunu görsə, keçib gedirdi.  Boş və münasib görsə, üç dəfə öpürdü. Xəlifə Ömər: “Mən rəsulullahı  belə edərkən gördüm”, – demişdir”.2

Peyğəmbərimiz (s. a. v.) xəlifə Ömərə belə demişdir:

“Ey Əbu Həfs, səndə çox güc-qüvvə var, zəifə əziyyət vermə. Küncü boş görsən, yanaşıb öp, əgər (boş) deyilsə, təkbir gətirib keç”.3

İndiki dövrdə həccə gedənlərin bir hissəsi həcərul-əsvədi öpməyi təvafın sünnəsi (müstəhəb) kimi yox, özləri üçün ən vacib ibadət kimi qəbul edirlər. Elə səhv olan da budur. Bu məsələdə insanları maarifləndirmək lazımdır.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

  1. Buxari, Həcc, 50, 57, 60; Müslim, Həcc, 248, 120; Muvatta, Həcc, 36 (1367). []
  2. Nəsai, Həcc, 148. []
  3. Əhməd ibn Hənbəl, 1/23. []
Facebook'ta PaylaşTwitter'da Paylaş
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Peyğəmbərin Həcc və Ömrə ziyarətləri 06.11.09 620 dəfə oxundu
2 Bir qəzet öz oxucularını kupon və püşkatma ilə Ömrə ziyarətinə apara bilər? 08.03.10 499 dəfə oxundu
3 Müsəlmanlar çətin vəziyyətdə olduqları halda, Həcc üçün pul yığmaq düzdür? 05.03.10 234 dəfə oxundu
4 Peyğəmbər məscidində 40 vaxt namaz qılmaq 03.04.11 278 dəfə oxundu
5 Həcc ibadətini 3 aya yaymaq mümkündür? 13.03.10 303 dəfə oxundu
6 Həccə necə niyyət edirlər? 06.11.09 304 dəfə oxundu
7 Həccə gedərkən xəstələnmək, yaxud da ölmək barədə 06.11.09 323 dəfə oxundu
8 Həccə gedənin evli olub olmamasına dində necə baxılır? 06.11.09 291 dəfə oxundu
9 Həccə qəssab kimi getmək və Həccin yerinə yetirilməsi 06.11.09 254 dəfə oxundu
10 Həccin insanın boynuna gəlməsi 11.11.09 325 dəfə oxundu
11 Qara daşa bu qədər hörmət qoymaq ifrata varmaq deyilmi? 23.02.10 277 dəfə oxundu
12 Bunlar həcc ziyarətində yol verilən nöqsanlardan hesab olunur? 11.11.09 274 dəfə oxundu
13 Bir neçə dəfə həccə getmək və ömrə ziyarəti dini cəhətdən düzgündür? 11.11.09 287 dəfə oxundu
14 Həcc ziyarəti vaxtı Müzdəlifə vəqfəsini yerinə yetirməmək olar? 11.11.09 257 dəfə oxundu
15 Deyirlər ki, həcc qapının ağzındadır. Bunun mənası nədir? 11.11.09 286 dəfə oxundu
16 Birlikdə işləyən imkanlı ər-arvad bir yerdə həccə getməlidirlər? 11.11.09 304 dəfə oxundu
17 Həcc məsələsində kişi ilə qadının arasında nə fərq var? 11.12.09 270 dəfə oxundu
18 Heyzli qadın Kəbəni təvaf edə bilər? 13.02.10 365 dəfə oxundu
19 Həccə görə toyu gecikdirmək 13.03.10 393 dəfə oxundu
20 Həcc üçün kredit 13.03.10 319 dəfə oxundu
21 Hilalın görünməsi və Ərəfat vəqfəsi 14.03.10 275 dəfə oxundu
22 Həcc mövsümündə kəsilən qurbanların ətini nə edirlər? 14.03.10 239 dəfə oxundu
23 Deyirlər ki, ömrəyə gedənə Həcc də vacib olur. Bu düzdür? 14.03.10 226 dəfə oxundu
24 Həcc ibadətində təraş olmaq nəyin rəmzidir? 14.03.10 225 dəfə oxundu
25 Bir qadın Həccə getmək üçün mütləq ərindən icazə almalıdır? 14.03.10 230 dəfə oxundu
26 Həcdə şeytan daşlamaq 14.03.10 529 dəfə oxundu
27 Kəbəni görən insana Həcc ziyarəti vacib olur? 14.03.10 261 dəfə oxundu
28 İfrad həcci və həcdə qurban kəsməyə gücü çatmayanlar 15.03.10 243 dəfə oxundu
29 Adəm peyğəmbərdən üzü bəri peyğəmbərlərin hamısı Həccə gediblər? 14.05.10 345 dəfə oxundu
30 Ərəbistan nə üçün az kvota müəyyən edir və müsəlmanlara problem yaradır? 14.06.10 252 dəfə oxundu
31 Zəmzəm suyu 25.07.10 2.116 dəfə oxundu
32 Subay bir qadın təkbaşına ömrəyə gedə bilər? 10.12.10 396 dəfə oxundu
33 Həccdə ticarət və ictimai fəaliyyət 01.07.09 579 dəfə oxundu
34 Kəbənin içində nə var? 06.04.11 2.092 dəfə oxundu
35 Xaçpərəst və yəhudilər də Kəbəni müqəddəs hesab edirlər? 25.04.11 211 dəfə oxundu
36 Kəbənin örtüyü niyə qaradır? 04.05.11 279 dəfə oxundu
37 Ömrəyə gedənlər qurban kəsib oruc tutmalıdırlar? 31.05.11 232 dəfə oxundu
38 Həcc ziyarətini müxtəlif səbəblərlə gecikdirmək olar? 09.07.11 178 dəfə oxundu
39 Ehramın qadağaları nədən ibarətdir? 12.07.11 202 dəfə oxundu
40 Həcc vaxtı başqasının əvəzinə təvaf etmək olar? 02.10.11 185 dəfə oxundu
41 İfrad həcci edən bir şəxs ömrə ziyarətini ən tez nə vaxt yerinə yetirə bilər? 21.10.11 108 dəfə oxundu