Cavab: Allah Qurani-Kərimdə belə buyurur:
“Möminlər möminləri qoyub kafirləri dost tutmasınlar! Bunu edən kimsə Allahdan bir şey gözləməsin. Amma onlardan qorunmaq üçün etməyiniz istisnadır. Allah sizə Özündən çəkinməyiniz üçün xəbərdarlıq edir. Dönüşünüz də ancaq Allahadır”.1
Siz möminlərin vəlayətini bir kənara qoyub kafirlərin vəlayətinə keçmirsiniz. Əlavə olaraq, sizin bu cür hərəkət etməyiniz özünüz üçün bir mühafizə yaradır.
Allah kafirlərin vəlayətini qəbul etmək məsələsini belə izah edir:
“Allah din barəsində sizinlə müharibə etməyən və sizi yurd-yuvanızdan çıxartmayan kəslərə yaxşılıq etməyinizi və onlara qiymət verməyinizi qadağan etməz; düzü, Allah qədir-qiymət bilənləri (ədalətli olanları) sevər.
Allah yalnız sizinlə din yolunda vuruşanları, sizi yurd-yuvanızdan çıxardanları və çıxartmaqlarına kömək edənləri özünüzə dost tutmağınızı qadağan edər. Onlarla dostluq quranlar əsl zalımlardır”.2
Həmin ölkələr sizin dininizə qarışmazlar. O ölkələrdə qüvvədə olan hüquq sistemi hamının öz dini etiqadını yaşamağına şərait yaradır. Onlar ayələrdə bildirilən digər qadağaları da pozmayıblar. Başqa sözlə, yuxarıda qeyd etdiyiniz bütün iddialar yersizdir.
Əgər yaşadığınız ölkələr sizin dininizi ələ salıb lağa qoyursa, onların vətəndaşlığına keçə bilməzsiniz. Alah bu barədə belə deyir:
“Ey iman gətirənlər! Sizdən əvvəl kitab verilənlərdən dininizi ələ salıb oyuncaq hesab edənləri və digər kafirləri özünüzə dost tutmayın. Əgər inanırsınızsa, Allahdan qorxun”.3
Etiketlər: Ali-İmran, and içmək, Avropa ölkələrinin vətəndaşlığını qəbul etmək, Avropa vətəndaşlığı, dini lağa qoymaq, kafirlərlə dostluq, Mumtəhinə, müsəlman olmayanlarla münasibətlər, vətəndaş andı, vətəndaşlığa müraciət, vətəndaşlığı qəbul etmək, yaşayış icazəsi
| Sıra     | Sərlövhə | Tarix    | Oxunma     |
|---|---|---|---|
| 1 | Qeyri-müsəlman bir ölkədə rüşvət verməyin hökmü nədir? | 20.02.10 | 350 dəfə oxundu |
| 2 | Avropa ölkələrinin vətəndaşlığını qəbul etmək kafirlikdir? | 19.02.10 | 351 dəfə oxundu |
| 3 | Qeyri-müsəlman ölkələrdə məhkəməyə müraciət etmək kafirlikdir? | 20.02.10 | 319 dəfə oxundu |