Cavab: Muhəmməd peyğəmbər (s. a. v.) bütün məsələlərdə bizim üçün ən yaxşı nümunədir. Allah Təala bu barədə belə buyurur:
“And olsun ki, Rəsulullah sizin üçün, Allaha və Axirət gününə qovuşmağa ümid edənlər və Allahı çox zikr edənlər üçün gözəl bir nümunədir”. (Əhzab, 33/21)
Haqqında danışdığınız hədisi yuxarıdakı ayə ilə birlikdə mütaliə etdiyimiz vaxt məlum olur ki, bizim üçün qadınlarla yaxşı rəftar etmək məsələsində də ən yaxşı nümunə peyğəmbərimizdir. Beləliklə, peyğəmbərimiz bu hədislə bütün müsəlmanlar haqqında bir ümumiləşdirmə aparmış, ancaq: “Qadınlarla necə yaxşı rəftar edəcəyinizi də məndən öyrənin”, – demişdir.
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.
Etiketlər: arvadla yola getmək, hədislər, peyğəmbər gözəl nümunədir, qadınlara qarşı mehriban olmaq, xanımlarla yaxşı rəftar etmək, Əhzab