Heyzli qadın Kəbəni təvaf edə bilər?
Müsəlmanlar > Aybaşı > Fitvalar > Həcc-ömrə Tarix: 13 fevral 2010 Tövsiyə et Çap et
Sual: Heyzli (aybaşı halında olan, menstruasiya periodunda olan) qadın o halda ziyarət təvafı edə bilərmi?

Cavab: Heyzli bir qadın təmizlənib qurtarana qədər həcc və ömrə ibadətlərinin hamısını yerinə yetirə bilər, amma təvaf edə bilməz. Bununla əlaqədar hədislər var:

Həzrəti Aişədən rəvayət edilmişdir:

Mən heyzli olduğum bir halda Məkkəyə gəldim. Kəbəni təvaf etmədim. Səfa və Mərvə arasında da gedib-gəlmədim. Bu vəziyyəti peyğəmbərimizə bildirdim. O belə buyurdu: “Digər hacılar nə edirlərsə, sən də elə et. Amma təmizlənib qurtarana qədər Kəbəni təvaf etmə!”.1

“Heyzli və nifaslı qadınlar qüsl edər, ehrama daxil olar və beytullahı təvaf etmək xaricində həccin bütün ədəvatını icra edərlər”.2

Bu məsələdə alimlərdən İbn Qayyim Əl-Cövziyyə xülasə ilə belə bir şey təsbit edib: “Həcc ibadətinin yerinə yetirildiyi ilk vaxtlarda həccə gələn dəstələr o dəstədə olan üzvlərin hamısı öz işini başa vurmadıqca ölkəsinə qayıtmırdı. Misal üçün, dəstədən bir qadın heyz dövrünə daxil olub təvaf edə bilmirdisə, dəstə həmin qadının heyzdən təmizlənib qurtarmağını gözləyər, qadın təmizlənib təvaf edər, ondan sonra öz məmləkətlərinə qayıdardılar. Amma vəziyyət indi belə deyil. Dünyanın bir tərəfindən ibadət üçün həccə gələn bir qadın təvaf günlərində heyzli olsa, təvaf edə bilməz. Amma öz dəstəsi o heyzdən təmizlənənə qədər onu gözləməyib ölkəsinə qayıda bilər. Qadın da öz növbəsində onlardan ayrı düşə bilməyəcəyinə görə təvaf etmədən ölkəsinə qayıtmaq təhlükəsi ilə üz-üzə qalır. Elə isə bu məsələdə bir zərurət halı var. Və zərurətlər haramları mübah edir. Əgər dəstə qadının təmizlənib qurtaracağı günə qədər Məkkədə qalacaqsa, qadın təmizlənənə qədər həccin bütün lazımi hissələrini yerinə yetirər amma təvaf etməz. Təmizləndiyi vaxt təvafını yerinə yetirər. Amma əgər dəstə qadının heyzdən təmizlənəcəyi vaxtadək Məkkədə qalmayacaqsa, o vaxt qadın heyzli ola-ola ziyarət təvafını yerinə yetirər”.3

Bizim fikrimizcə ən münasib rəy budur.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

  1. Buxari, Həcc, 81; Müslim, Həcc, 120; Əhməd ibn Hənbəl, 6/39, 219, 273. []
  2. Tirmizi, Həcc, 98; Əbu Davud, Mənasik, 9; Əhməd ibn Hənbəl, 1/364. []
  3. İbn Qayyim Əl-Cövziyyə, İ’lamul-muvaqqiin, Beyrut, 1986, 3-cü cild, s. 25-40. []
Facebook'ta PaylaşTwitter'da Paylaş
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Peyğəmbərin Həcc və Ömrə ziyarətləri 06.11.09 620 dəfə oxundu
2 Bir qəzet öz oxucularını kupon və püşkatma ilə Ömrə ziyarətinə apara bilər? 08.03.10 499 dəfə oxundu
3 Müsəlmanlar çətin vəziyyətdə olduqları halda, Həcc üçün pul yığmaq düzdür? 05.03.10 233 dəfə oxundu
4 Peyğəmbər məscidində 40 vaxt namaz qılmaq 03.04.11 278 dəfə oxundu
5 Həcc ibadətini 3 aya yaymaq mümkündür? 13.03.10 302 dəfə oxundu
6 Həccə necə niyyət edirlər? 06.11.09 304 dəfə oxundu
7 Həccə gedərkən xəstələnmək, yaxud da ölmək barədə 06.11.09 323 dəfə oxundu
8 Həccə gedənin evli olub olmamasına dində necə baxılır? 06.11.09 291 dəfə oxundu
9 Həccə qəssab kimi getmək və Həccin yerinə yetirilməsi 06.11.09 254 dəfə oxundu
10 Həccin insanın boynuna gəlməsi 11.11.09 325 dəfə oxundu
11 Qara daşa bu qədər hörmət qoymaq ifrata varmaq deyilmi? 23.02.10 276 dəfə oxundu
12 Bunlar həcc ziyarətində yol verilən nöqsanlardan hesab olunur? 11.11.09 274 dəfə oxundu
13 Bir neçə dəfə həccə getmək və ömrə ziyarəti dini cəhətdən düzgündür? 11.11.09 287 dəfə oxundu
14 Həcc ziyarəti vaxtı Müzdəlifə vəqfəsini yerinə yetirməmək olar? 11.11.09 257 dəfə oxundu
15 Deyirlər ki, həcc qapının ağzındadır. Bunun mənası nədir? 11.11.09 286 dəfə oxundu
16 Birlikdə işləyən imkanlı ər-arvad bir yerdə həccə getməlidirlər? 11.11.09 304 dəfə oxundu
17 Həcc məsələsində kişi ilə qadının arasında nə fərq var? 11.12.09 270 dəfə oxundu
18 Heyzli qadın Kəbəni təvaf edə bilər? 13.02.10 365 dəfə oxundu
19 Həccə görə toyu gecikdirmək 13.03.10 393 dəfə oxundu
20 Həcc üçün kredit 13.03.10 318 dəfə oxundu
21 Hilalın görünməsi və Ərəfat vəqfəsi 14.03.10 275 dəfə oxundu
22 Həcc mövsümündə kəsilən qurbanların ətini nə edirlər? 14.03.10 239 dəfə oxundu
23 Deyirlər ki, ömrəyə gedənə Həcc də vacib olur. Bu düzdür? 14.03.10 226 dəfə oxundu
24 Həcc ibadətində təraş olmaq nəyin rəmzidir? 14.03.10 225 dəfə oxundu
25 Bir qadın Həccə getmək üçün mütləq ərindən icazə almalıdır? 14.03.10 230 dəfə oxundu
26 Həcdə şeytan daşlamaq 14.03.10 529 dəfə oxundu
27 Kəbəni görən insana Həcc ziyarəti vacib olur? 14.03.10 261 dəfə oxundu
28 İfrad həcci və həcdə qurban kəsməyə gücü çatmayanlar 15.03.10 243 dəfə oxundu
29 Adəm peyğəmbərdən üzü bəri peyğəmbərlərin hamısı Həccə gediblər? 14.05.10 345 dəfə oxundu
30 Ərəbistan nə üçün az kvota müəyyən edir və müsəlmanlara problem yaradır? 14.06.10 252 dəfə oxundu
31 Zəmzəm suyu 25.07.10 2.116 dəfə oxundu
32 Subay bir qadın təkbaşına ömrəyə gedə bilər? 10.12.10 396 dəfə oxundu
33 Həccdə ticarət və ictimai fəaliyyət 01.07.09 579 dəfə oxundu
34 Kəbənin içində nə var? 06.04.11 2.092 dəfə oxundu
35 Xaçpərəst və yəhudilər də Kəbəni müqəddəs hesab edirlər? 25.04.11 211 dəfə oxundu
36 Kəbənin örtüyü niyə qaradır? 04.05.11 279 dəfə oxundu
37 Ömrəyə gedənlər qurban kəsib oruc tutmalıdırlar? 31.05.11 232 dəfə oxundu
38 Həcc ziyarətini müxtəlif səbəblərlə gecikdirmək olar? 09.07.11 178 dəfə oxundu
39 Ehramın qadağaları nədən ibarətdir? 12.07.11 202 dəfə oxundu
40 Həcc vaxtı başqasının əvəzinə təvaf etmək olar? 02.10.11 185 dəfə oxundu
41 İfrad həcci edən bir şəxs ömrə ziyarətini ən tez nə vaxt yerinə yetirə bilər? 21.10.11 108 dəfə oxundu