Belə demək olar. Günah deyil. Muhəmməd peyğəmbərdən belə bir hədis nəql edilir:
“Ərəblərin ən yaxşıları Cahiliyyə dövründə yaxşı olduqları kimi, İslam dövründə də yaxşı olanlarıdır”.1
Buna görə də Allah əhli-kitab (kitab verilənlər) olan yəhudi və xristianlardan bəhs etdikdən sonra: “Hər kəsin bir hədəfi var. O, ona üz tutur. Siz yaxşı işlərdə yarışın. Harada olursunuzsa, olun, Allah sizi bir yerə cəm edəcək. Allah gücü hər şeyə yetəndir!”,2 – deyə, buyurmuşdur. Beləliklə, Allah müsəlmanlara onlarla yaxşı olan hər işdə yarışmağı əmr edib.
Əlavə olaraq, Yusuf peyğəmbər hələ müsəlman olmayan ağasından söz açdığı vaxt: “O, mənim ağamdır, mənə yaxşı baxmışdır”3 , – deyərək onu təqdir etmişdir.
Bütün bunlar göstərir ki, müsəlman olmasalar da, işlərini yaxşı görən insanlar müsəlmanlar tərəfindən təqdir edilə bilər. Bunun hər hansı bir eybi olmaz. Günah filan deyil.
Etiketlər: müsəlman olmayanları mədh etmək, xristianları tərifləmək, yaxşı işlərdə yarışmaq, yəhudi və xristianlarla yarışmaq, yəhudiləri bəyənmək, əhli-kitab, əhli-kitabı sevmək