Oral seks
Müsəlmanlar > Cinsi Həyat-İntim Münasibətlər > Fitvalar Tarix: 08 Fevral 2010 Tövsiyə et Çap et
Sual: Dində oral əlaqə (ağız yoluyla seksual münasibət) barədə nə deyilir?

İslam dinində bu məsələ ilə əlaqədar bir hökm yoxdur. Lakin bu cür bir əlaqə korlanmamış olan insan təbiətinə ziddir. Başqa sözlə, məkruhdur.1

Bəqərə surəsinin 222 və 223-cü ayələrini oxusanız, anal seksin (tərs yoldan cinsi əlaqə, anus dəliyindən istifadə etməklə qurulan cinsi münasibət) dini cəhətdən düzgün olmadığını başa düşərsiniz. Peyğəmbərin (s. a. v.) anal cinsi əlaqəni qadağan edən hədislərini bu cür qiymətləndirmək lazımdır. Oral yolla əlaqə isə məsləhət görülməsə də, qabaq və arxa hissədən həyata keçirilən bir cinsi əlaqə növü deyil. Əgər elə olsaydı, anal əlaqəni qadağan edən hədislər varid olduğu kimi, bu məsələdə də mütləq bir qadağan xəbəri gələrdi.

Bunu yaxşı hesab etməyən alimlərin dəlilləri xəstəlik tutmaq və yoluxmaq qorxusudur.

Bu məsələ ilə əlaqədar nass (ayə və hədis kimi qəti bir dəlil) olmadığına görə də məkruh hökmü verilir.

Məkruh əməl haram əməl kimi deyil. Haram əməl haqqında qadağan olduğuna dair qəti bir hökm olan əməldir.

ƏLAVƏ MƏLUMAT

“Qurani-Kərimdə və həzrəti peyğəmbərin Sünnəsində haram olduğuna dair bir izahat olmayan bütün sözlər, davranışlar və işlər halaldır. Bu işləri görmək olar. Haram olan şeyləri halallaşdırmaq kimi, halal olan şeyləri haramlaşdırmaq da ilahlaşmaq-ilahlaşdırmaq deməkdir. Bu, ən böyük günahlardandır. Biz də məsələyə bu cür bir həssaslıqla toxunacağıq.

Partnyorların bir-birinin cinsiyyət üzvünü əmmək mənasını daşıyan oral seks həzrəti peyğəmbərin dövründə bilinən bir seks tərzi idi. Biz bunu həzrəti Əbu Bəkrin (r. a.) Hüdeybiyyə danışıqları vaxtı Qüreyş qəbiləsinin nümayəndəsi olan Urvə ibn Məsuda Ərəb cəmiyyətində bir adət halını almış bir söyüşlə: “(Dişi) Lat bütünün bızırını2 əməsən səni, ey adam!”, – deyib sərt cavab verməyindən öyrənirik.3

Sevişmə növlərindən biri kimi bilinən oral seks haqqında Qurani-Kərim və Sünnədə açıq bir hökm yoxdur. Amma ümumi qaydalar mövcuddur.

Oral cinsi əlaqəni iki fəsil halında tədqiq etmək lazımdır:

1) Cinsi əlaqənin başlanğıc mərhələsində – şəhvət hissinə görə gələn axıntı və məzi dil və dodaqlara bulaşdırılmadan yerinə yetirilən və psixi sarsıntı yaratmayan oral əlaqə bir icazə kimi təsdiq oluna bilər.

Lakin fitri bir hislə və ya psixi və mədəni inkişaf səbəblərinə görə oral əlaqəyə maraq göstərməyən, hətta ona mənfi münasibət bəsləyən yoldaşı buna məcbur etmək psixi sarsıntı və cinsi cəhətdən doyumsuzluğa səbəb olduğuna görə zülmdür. Şübhəsiz ki, sadizm kimi bu cür zülm də haramdır. Biz məsləhət bilirik ki, oral seksin icazə verilən qismindən də uzaq durulsun.  Çünki bu (yuxarıda qeyd etdiyimiz harama istiqamətləndirici hərəkətlər edilməsə də), təbii bir sevişmə üsulu deyil. Elə buna görə də oral cinsi münasibət bir müddətdən sonra nifrətamiz hislər yarada bilər. Beləliklə də, cinsi cəhətdən xoşbəxt olmağa mənfi təsir göstərə bilər. Həqiqətən də, heç bir örtük olmadan çılpaqlıq və cinsiyyət üzvlərinə baxmaq fəslində təqdim etdiyimiz çəkindirici nəsihətlər xəttində bundan uzaq durmağı tövsiyə edən İslam alimləri də var.

2) Ağzı cinsiyyət üzvünə çevirən və ağza boşalmağı da əhatə edən oral cinsi əlaqə isə – Allah bilir – haramdır. Qurani-Kərim və Sünnə arxa üzvdən (anus dəliyi) istifadə etməklə qurulan cinsi əlaqəni haram edir və halal hesab edib bu cür münasibətlər qurmağı əzaba düçar olmağın səbəbi kimi bildirir. Elə isə məlum olur ki, ağzı cinsiyyət üzvünə çevirərək qurulan oral cinsi əlaqə Quran və Sünnə tərəfindən daha çox haram qılınardı.

Bu mənada oral seksə gəldikdə, bu, korlanmamış insan təbiəti tərəfindən diksindirici və murdar bir iş kimi qəbul olunur. Quranın ifadəsilə desək, fəhşaxəbisədir. Cinsi məzmunlu murdarlıq olan fəhşaxəbisə isə öz növbəsində Quranda haram edilib.

Düzgün olan şeyləri ən yaxşı bilən Allahdır. Bizim öhdəmizə düşən bəndəlik borcu isə budur ki, içində hətta haramlıq şübhəsi belə olan işlərdən uzaq duraq.

Bu məsələ mühüm bir məsələ olduğuna görə onu bir az da püxtələşdirək:

“Caiz ola bilər” kimi sözlər öpmək və əmmək formasında olan oral cinsi münasibətlə əlaqədardır. Ağza boşalmaq formaslndakı oral cinsi əlaqənin isə haram olduğunu deyə bilərik. Çünki bu, Quranın qadağan etdiyi fəhşa (çox iyrənc) və xəbisi (murdar) təşkil edir”.4

  1. Allahın qəti olmayan bir dillə etməməyimizi əmr etdiyi hərəkət. []
  2. Klitoris, qadın cinsiyyət üzvünün dilciyi. Buna xalq arasında “dıllaq” da deyilir. []
  3. Təcrid, 8/176. []
  4. Ali Rıza Demircan, İslam’a Göre Cinsel Hayat, Beyan nəşriyyatı, İstanbul 2008, s. 186-187. []
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Süni mayalanma yolu ilə övlad sahibi olmaq dini cəhətdən qadağandır? 08.03.10 54 dəfə oxundu
2 Hamiləlik vaxtı cinsi əlaqədə olmaq dini cəhətdən düzgündür? 25.02.10 150 dəfə oxundu
3 Masturbasiya 20.01.10 935 dəfə oxundu
4 Masturbasiya məkruh, yoxsa haramdır? 20.01.10 253 dəfə oxundu
5 Masturbasiyada evli və subay arasında bir fərq var? 20.01.10 209 dəfə oxundu
6 Masturbasiya məkruhdursa, niyə əzab verir? 20.01.10 167 dəfə oxundu
7 Ər-arvad bir-birinin cinsiyyət üzvünü görə bilər? 20.01.10 284 dəfə oxundu
8 Anal seks 20.01.10 1.465 dəfə oxundu
9 Aybaşı dövründə cinsi əlaqədə olmağın cəzası nədir? 21.01.10 161 dəfə oxundu
10 Cinsi əlaqədən sonra aybaşı olan qadın qüsl etməlidir? 21.01.10 153 dəfə oxundu
11 Oral seks 08.02.10 948 dəfə oxundu