Gəlinlər qayınana və qayınataya baxmağa məcburdurlar?
Müsəlmanlar > Evlilik-Ailə > Fitvalar Tarix: 08 Fevral 2010 Tövsiyə et Çap et
Sual: Bir gəlin qayınana və qayınatasına baxmağa və onların qeydinə qalmağa məcburdur? Dində bu barədə nə deyilir?

Bir övlad ata-anasını ziyarət etməli, onlara tez-tez baş çəkib ehtiyaclarının olub olmadığını soruşmalı, problemlərini həll etməli və beləcə, ürəklərini sevindirməlidir. Bu, onun övladlıq borcudur. Allah belə buyurur:

“Rəbbin ancaq Ona ibadət etməyinizi və ata-ananızla yaxşı dolanmağınızı qəti surətdə əmr etdi. Əgər onların biri və ya hər ikisi sənin yanında yaşlanarsa (qocalıq yaşına gəlmək), onlara: “Uf!” belə demə, üstlərinə qışqırma! İkisinə də gözəl söz de!

Onların hər ikisinə rəhm edib təvazökarlıq qanadının altına al və: “Ey Rəbbim! Onlar məni balacalığımda necə böyüdüb yetişdiriblərsə, sən də onlara (elə) mərhəmət et!”, – deyib dua et”. (İsra, 17/23-24)

Lakin bir gəlin qayınana və qayınatasına baxmaq məcburiyyətində deyil. Dində belə bir şeyi əmr edən hər hansı bir ayə və ya hədis yoxdur. Amma qadının əri qarşısındakı vəzifələrindən biri də onunla yaxşı davranmaqdır. Belə ki, ərinin ata-anası və qohumları ilə yaxşı rəftar etməyən qadın əslində öz ərinə qarşı da pis davranır.

Əlavə olaraq böyüklərə hörmət etmək və onlarla yaxşı rəftar etmək İslam dini tərəfindən tövsiyə edilən yaxşı davranışlardan biridir. Peyğəmbərimiz (s. a. v.) belə demişdir:

“Balacalarımıza mərhəmət etməyən, böyüklərimizə də hörmət etməyən bizdən deyil” (Tirmizi, Birr, 15; Əbu Davud, Ədəb, 58; Müsnəd, 1/257).

Abdulla ibn Amrdan rəvayət edildiyinə görə peyğəmbərimiz demişdir:

“Mərhəmətli olanlara Rəhman (Allah) da mərhəmət edər. Elə isə siz yerdə olanlara mərhəmət edin ki, göydə olan(lar) da sizə mərhəmət etsin” (Əbu Davud, Ədəb, 58).

Gəlinlər öz anaları və özlərini də düşünməlidirlər. Eyni vəziyyətdə onlar olsaydı, özlərinə qarşı necə davranılmağını istəsələr, onların da qayınanalarına qarşı elə davranmaqları lazımdır.

Bu baxımdan müsəlman xanımların himayəyə möhtac olan qayınata və qayınanalarına baxmağı və onların ehtiyacları ilə maraqlanmağı İslam dini tərəfindən məqbul bir iş hesab olunur. Bunun savabı da böyükdür. Amma əvvəl də qeyd etdiyimiz kimi, bu məsələ ilə əlaqədar hər hansı bir əmr yoxdur. Ata-anasına baxmalı olan insanlar onların övladlarıdır. Bu məsələdə kişilər arvadlarına təzyiq göstərməməlidirlər. Əksinə, öz valideynlərinin ehtiyaclarını şəxsən özləri ödəməli, bu məsələdə fədakar olan xanımlarını da təqdir etməli, onların qiymətini bilməlidirlər.

Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Süni mayalanma yolu ilə övlad sahibi olmaq dini cəhətdən qadağandır? 08.03.10 54 dəfə oxundu
2 Bakirəlik 05.07.09 2.564 dəfə oxundu
3 Mən dul bir qadınla evlənmək istəyirəm. Həmin qadın müsəlman deyil. 24.07.09 106 dəfə oxundu
4 Evlilikdən qabaq baş verən cinsi akt və zina məsələsi 24.07.09 254 dəfə oxundu
5 Toy gecəsi aybaşı 24.07.09 2.395 dəfə oxundu
6 İslam dinində qaraçı bir qızla evlənməyə necə baxılır? 24.07.09 277 dəfə oxundu
7 Nişan ləğv edildikdə hədiyyələr qaytarılmalıdır? 24.07.09 82 dəfə oxundu
8 Ağsaqqal və böyüklərə hörmət əlaməti olaraq ata demək 24.07.09 62 dəfə oxundu
9 Bir kişi bir qadını sevə bilər? 24.07.09 114 dəfə oxundu
10 Dayı oğlu ilə xala qızının evlənməyində dini cəhətdən bir problem var? 24.07.09 108 dəfə oxundu
11 İnsanın kiminlə evlənəcəyi o hələ ana bətnində olduqda müəyyənləşdirilib? 24.07.09 176 dəfə oxundu
12 İslama əsasən ər arvadına əmr verə bilər? Bunun sərhədləri nədir? 11.12.09 112 dəfə oxundu
13 Qohum evlilikləri nəticəsində nə üçün qüsurlu uşaqlar doğulur? 22.02.10 55 dəfə oxundu
14 Kəbin, zaqsa getmək, molla kəbini və kəbində ailənin icazəsi məsələləri 14.12.09 223 dəfə oxundu
15 Dinimiz baxımından bakirəliyin əhəmiyyəti nədən ibarətdir? 17.12.09 441 dəfə oxundu
16 Qohumla evlənmək hansı qarına qədər haramdır? 22.02.10 59 dəfə oxundu
17 Ailələrin narazılığına baxmayaraq rəsmi kəbinlə evlənmək olar? 19.02.10 59 dəfə oxundu
18 Nişanlıların Kəbini 14.05.09 304 dəfə oxundu
19 Anamı razı salmaq üçün istəmədiyim bir insanla ailə qurmağım düzgündür? 16.02.10 55 dəfə oxundu
20 Gəlinlər qayınana və qayınataya baxmağa məcburdurlar? 08.02.10 98 dəfə oxundu