İslam dini asanlıq dinidir. Allah Təala Qurani-Kərimdə belə buyurur:
“Allah heç kimə onun gücünün çatdığından artıq yük yükləməz”.1
Allah Təala insanlara dinin əmr etdiyi məsələlərdə heç bir çətinlik yükləməyib. O, belə buyurur:
“Allah sizi çətinliyə salmaq istəmir, lakin O, sizi arındırmaq (pak və təmiz etmək) və sizə verdiyi nemətini tamamlamaq istəyir. Beləcə bəlkə, şükr edəsiniz”.2
“(Allah) sizə din barəsində heç bir çətinlik yükləməyib”.3
“Kora babal yoxdur, topala babal yoxdur, xəstəyə də babal yoxdur (onlara günah gəlməz)”.4
Namazını ayaq üstə qıla bilməyənlərlə əlaqədar olaraq belə bir hədis var:
İmran ibn Husayndan rəvayət edilir: Məndə hemoroid (babasil) xəstəliyi var idi. Peyğəmbərimizdən soruşdum ki, belə bir vəziyyətdə namazı necə qılım? O, mənə cavab olaraq: “Namazı ayaq üstə qıl. Əgər buna gücün çatmasa, oturub qıl. Buna da gücün çatmasa, böyür üstə uzanıb qıl”5 – dedi.
Siz ancaq əlinizdən gələn və görə bildiyiniz işlərə görə cavabdehsiniz. Namazınızı bacardığınız qədər oturub qılın. Gücünüz buna da çatmasa, hədisdə bildirildiyi kimi uzanıb qılın.
Etiketlər: babasil, bəqərə, çətin vəziyyətdə namaz qılmaq, Fəth, hamilə qadının namazı, hamiləlik vaxtı namaz, hamiləlikdə namaz, hemoroid, həcc, maidə, xəstəlik və namaz qılmaq, xəstələrin namazı
| Sıra     | Sərlövhə | Tarix    | Oxunma     |
|---|---|---|---|
| 1 | Rüku və səcdələrdə təsbihatın uzunluğu nə qədər olmalıdır? | 04.03.10 | 35 dəfə oxundu |
| 2 | Qadınlar namazı kişilərdən fərqli qılırlar? | 06.08.09 | 159 dəfə oxundu |
| 3 | Camaat namazında cərgələr və qabaq səfdən arxa cərgəyə çəkilmək | 14.01.10 | 49 dəfə oxundu |
| 4 | Qaranlıqda namaz qılmaq məkruhdur? | 16.01.10 | 78 dəfə oxundu |
| 5 | Namazda İbrahim peyğəmbərə niyə dua edirik? | 22.01.10 | 66 dəfə oxundu |
| 6 | Kor bir adam namazda başqalarına imamlıq edə bilər? | 06.02.10 | 52 dəfə oxundu |
| 7 | İş yerində namaz qılmağa icazə verilmirsə, nə etmək lazımdır? | 06.02.10 | 74 dəfə oxundu |
| 8 | İçki olan bir otaqda namaz qılmaq olar? | 07.02.10 | 95 dəfə oxundu |
| 9 | Səhv tərəfə qılınan namaz səhihdir? | 07.02.10 | 49 dəfə oxundu |
| 10 | Bir ata öz oğlunun evində səfəri olar? | 07.02.10 | 43 dəfə oxundu |
| 11 | Hamilə qadınlar necə namaz qılmalıdırlar? | 07.02.10 | 63 dəfə oxundu |
| 12 | Qəbir-nur namazı deyilən bir namaz var? | 12.03.10 | 7 dəfə oxundu |