Səhv tərəfə qılınan namaz səhihdir?
Müsəlmanlar > Fitvalar > Namaz Tarix: 07 Fevral 2010 Tövsiyə et Çap et
Sual: Mən işimlə əlaqədar olaraq başqa bir yerə getdim. Bir həftə bəzi namazlarımı səhv tərəfə doğru qılmışam. Qıldığım o namazlar nə olacaq?

“Qibləni bilməyən və yanında soruşmağa adam olmayan bir şəxs araşdırma aparmalıdır. Bəzi işarələrə, günəş və ulduzlara baxaraq qibləni axtarmalı və namazını qənaətə gəldiyi istiqamətə tərəf qılmalıdır. Namazını qılıb qurtardıqdan sonra qibləni müəyyənləşdirməkdə səhvə yol verdiyini başa düşsə, artıq o namazı yenidən qılmağına ehtiyac yoxdur. Lakin qiblənin hansı istiqamətdə olduğunu namazda ola-ola başa düşsə, üzünü o tərəfə çevirib namazını tamamlamalıdır. O namazı təzədən qılmağına ehtiyac yoxdur. Qiblənin hansı istiqamətdə olduğuna dair şübhə istər şəhərdə, istərsə çöllükdə olduğu vaxtda, istərsə də qaranlıq gecədə və gündüz vaxtı yaransın, vəziyyət eynidir. Belə bir şəxs qapıları döyüb qiblənin hansı tərəfdə olduğunu başqalarından soruşmalı deyil”.1

  1. Ömər Nəsuhi Bilmən, Büyük İslam İlmihali, Bilmən nəşriyyatı, İstanbul, 1986, s. 101. []
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Rüku və səcdələrdə təsbihatın uzunluğu nə qədər olmalıdır? 04.03.10 35 dəfə oxundu
2 Qadınlar namazı kişilərdən fərqli qılırlar? 06.08.09 159 dəfə oxundu
3 Camaat namazında cərgələr və qabaq səfdən arxa cərgəyə çəkilmək 14.01.10 49 dəfə oxundu
4 Qaranlıqda namaz qılmaq məkruhdur? 16.01.10 78 dəfə oxundu
5 Namazda İbrahim peyğəmbərə niyə dua edirik? 22.01.10 66 dəfə oxundu
6 Kor bir adam namazda başqalarına imamlıq edə bilər? 06.02.10 52 dəfə oxundu
7 İş yerində namaz qılmağa icazə verilmirsə, nə etmək lazımdır? 06.02.10 73 dəfə oxundu
8 İçki olan bir otaqda namaz qılmaq olar? 07.02.10 95 dəfə oxundu
9 Səhv tərəfə qılınan namaz səhihdir? 07.02.10 49 dəfə oxundu
10 Bir ata öz oğlunun evində səfəri olar? 07.02.10 42 dəfə oxundu
11 Hamilə qadınlar necə namaz qılmalıdırlar? 07.02.10 62 dəfə oxundu