Kor bir adam namazda başqalarına imamlıq edə bilər?
Müsəlmanlar > Fitvalar > Namaz > Xəstə və əlillər Tarix: 06 fevral 2010 Tövsiyə et Çap et
Sual: Lazımi qədər bilik və qabiliyyəti olan, amma görmək qabiliyyətindən məhrum olan (kor) bir şəxsin namaz qıldırmağına hər hansı bir maneə var? Bu barədə nə deyərdiniz?

Cavab: İmamlıq etməyə (pişnamaz olmaq) bilik və qabiliyyəti çatan, ancaq gözləri görməyən bir insanın imamlıq etməyində bir qüsur filan yoxdur. Peyğəmbərimiz (s. a. v.) Mədinədən kənara çıxdığı vaxtlarda öz yerinə vəkil və imam kimi kor bir əshabə olan Abdulla İbn Ümmi Məktumu təyin edirdi.

Bəzi Hənəfi fəqihləri korların imamlıq edib namaz qıldırmaqlarını məkruh hesab edirlər. Onlar bunun səbəbini korların gözləri görmədiyinə görə pal-paltarlarını təmiz saxlaya bilməyəcəkləri ehtimalı ilə izah edirlər.

Şafii məzhəbinə əsasən imamlıq məsələsində gözləri görənlə görməyən arasında hər hansı bir fərq yoxdur. Maliki və Hənbəli məzhəbləri də kor bir insanın imamlıq etməyini caiz hesab edir; ancaq təmizliyə lazımi qədər diqqət yetirməsi baxımından sağlam şəxsin imamlıq etməyinə üstünlük verir.1

Deməli, pal-paltarında namaz qılmağa maneçilik törədən bir natəmizlik olmayan və imamlıq bilik və qabiliyyətinə malik olan kor insanların imamlıq edib namaz qıldırmaqlarında heç bir problem yoxdur.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

  1. Ahmet Özel, “A’mâ” bəndi, Türkiye Diyanet Vakfı İslam Ansiklopedisi, İstanbul, 1989, II cild, s. 554. []
Facebook'ta PaylaşTwitter'da Paylaş
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Quranda şikəst doğulmaqla əlaqədar ayələr var? 21.03.11 318 dəfə oxundu
2 Ağıl nədir? İnsan nə qədər ağıllı olmalıdır? 27.12.10 511 dəfə oxundu
3 Namaz ibadətindən məsul olmayan əqli xəstələr qüsl etməlidirlər? 21.03.11 273 dəfə oxundu
4 Kor bir adam namazda başqalarına imamlıq edə bilər? 06.02.10 371 dəfə oxundu
5 Bir qadın ərinin əmisini çimizdirə bilər? 22.04.11 444 dəfə oxundu
6 Radioterapiya alan bir xəstə qüsl əvəzinə təyəmmüm edə bilər? 27.03.10 388 dəfə oxundu
7 Xəstə yaxşılaşana qədər cünub qalsa, günahdır? 27.01.10 827 dəfə oxundu
8 Xəstələr necə dəstəmaz alırlar, yaxud nə cür almalıdırlar? 07.07.09 376 dəfə oxundu
9 Xəstəlik ucbatından pozulan orucun yerinə nə qədər oruc lazımdır? 13.04.11 311 dəfə oxundu
10 Divanda namaz qılan xəstə yastığın üstündə səcdə edə bilər? 05.05.10 415 dəfə oxundu
11 Dul qadınlar və xəstələr zəkat verməlidirlər? 16.04.10 328 dəfə oxundu
12 Xəstəliyimə görə 3 il oruc tuta bilmədim. İndi nə etməliyəm? 07.04.10 404 dəfə oxundu
13 Diş çəkdirdikdə həkim xəstəyə iynə vurur. Bu hal orucu pozur? 06.04.10 543 dəfə oxundu
14 Şəkər xəstələri oruc tutmalıdır? 03.04.10 453 dəfə oxundu
15 Həccə gedərkən xəstələnmək, yaxud da ölmək barədə 06.11.09 323 dəfə oxundu
16 Yaddaş pozğunluğu xəstəsi oruc tutmalıdır? 15.08.11 167 dəfə oxundu
17 Şam qoymaq orucu pozur? 07.04.10 325 dəfə oxundu
18 İmalə orucu pozur? 05.04.10 364 dəfə oxundu
19 İynə vurdurmaq orucu pozur? 06.04.10 672 dəfə oxundu
20 Susuz atılan dərmanlar orucu pozur? 08.08.11 267 dəfə oxundu
21 Təzyiq və miqren xəstələri oruc tutmalıdırlar? 02.08.11 335 dəfə oxundu
22 Burun damcısı orucu pozur? 31.07.11 305 dəfə oxundu
23 Oruc tuta bilməyən xəstə, qoca və zəiflər nə etməlidirlər? 29.07.11 355 dəfə oxundu