İnternetdə kliklə pul qazanmaq düzgündür?
Müsəlmanlar > Al-Ver > Fitvalar Tarix: 06 Fevral 2010 Tövsiyə et Çap et
Sual: İnternetdən bu cür pul qazanmaq haramdırmı? Bir saytda nəyi isə tıqqıldatdıqda yığılan ballar pula çevrilir. Məsələn, gələn bir e-maili oxuyuruq. Anketlərdə iştirak edirik. Link verildiyi vaxt o adresə daxil oluruq. Sonra onları pula çeviririk. Sayt reklam payından bizə də nəsə ödəyir. Müqavilə bağladığı firmaların saytlarına tıqqıldatdığı vaxt reklam qazanır və o reklam pulunun müəyyən qədərini bizə verir. Bu cür pul qazanmaq dini cəhətdən düzdür?

Firmalar ziyarətçilərinin sayı çox olan internet saytlarına reklam verirlər. Saytın sahibləri isə həmin reklamların baxılma sayına əsasən o firmalardan pul alır. Sonra sayt sahibləri sizə və mail qruplarına elektronik məktub göndərib sizin bu linklərdə göstərilən ünvanlara daxil olmağınızı istəyir və daxil olduğunuz təqdirdə hesabınıza nağd ballar yığılacağını deyirlər. Siz də onların dedikləri yerlərə daxil olursunuz. Beləliklə də, elə görünür ki, o firmaların reklamına çox baxılıb. Sayt sahibi də sizə öz qazandığı puldan nağd ballar verir.

Bu sistem reklam verən firmanı aldatmağa əsaslanan bir sistemdir. Buna görə də sizin də bu sistemdə özünüzə yer tutub həmin çarxa daxil olmağınız caiz deyil.

Dinimizdə nə ziyana məruz qalmaq var, nə də ziyan vurmaq.1

Allah belə buyurur:

“Ey möminlər! Bir-birinizin malını haqsızlıqla yeməyin! Bu, ancaq qarşılıqlı razılıq yolu ilə baş verən alış-satışla ola bilər”.2

  1. Əhməd ibn Hənbəl, 1/313. []
  2. Nisa, 4/29. []
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Borc almaq və onu qaytarmaq barədə 30.07.09 69 dəfə oxundu
2 Eyni malın nağd və nisyə qiymətlərində fərq ola bilər? 30.07.09 64 dəfə oxundu
3 Bir malı nağd qiymətindən artıq qiymətə satmaq olar? 30.07.09 55 dəfə oxundu
4 Alış-satışda gəlirin bir həddi var? 30.07.09 71 dəfə oxundu
5 Peyğəmbər yəhudilərlə al-ver edib? 19.12.09 88 dəfə oxundu
6 İnternetdə kliklə pul qazanmaq düzgündür? 06.02.10 78 dəfə oxundu