Qadınların ətir vurmağı dini cəhətdən qadağandır?
Müsəlmanlar > Bəzənmək > Fitvalar Tarix: 05 fevral 2010 Tövsiyə et Çap et
Sual: Qadının özünə ətir vurmağının düzgün olmadığını bildirən hədis var. Bunu necə izah etmək lazımdır?

Cavab: Qadının parfümeriyadan istifadə etməyini qadağan edən hədislər bunun mütləq mənada qadağan olduğunu bildirmir. Bir qadın öz evində ərinin, uşaqlarının və dini cəhətdən özünə yad olmayan qohumlarının yanında olduqda ətir vura bilər. Qadağan olan şey bayıra çıxdıqda kişilərə təsir etmək və yaxud təsir edəcək dərəcədə ətir vurub kişilərin diqqətini cəlb etmək və onları təhrik etməkdir. Bir hədis belədir:

Əbu Musa Əl-Əşarinin (r. a.) nəql etdiyinə görə peyğəmbərimiz (s. a. v.) belə buyurmuşdur:

“Hər göz yad bir qadına baxıb göz zinası etmişdir. Bir qadın da gözəl ətirlər vurub kişilərin yanından keçsə, o da eynilə baxan kişilər kimi zina etmişdir”.1

Kişi və qadınların necə ətir vurmalı olduqlarına dair hədislər aşağıdakı kimidir:

Əbu Hüreyrənin (r. a.) nəql etdiyinə görə peyğəmbərimiz (s. a. v.) belə buyurmuşdur:

“Kişilərin vurduqları ətrin iyi (qoxu, rayihə) məlum olur amma rəngi olmur. Qadınların ətrinin isə rəngi olur amma iyi başqaları (kişilər) tərəfindən başa düşülməz olmalıdır”.2

İmran ibn Husaynın (r. a.) nəql etdiyinə görə peyğəmbərimiz (s. a. v.) belə buyurmuşdur:

“Kişilərə məxsus gözəl ətirlərin ən yaxşısı iyi açıq, rəngi gizli olandır. Qadınların ətirlərinin ən yaxşısı isə rəngi açıq olan, görünən və iyi ətrafa yayılmayandır”.3

  1. Tirmizi, Ədəb, 35; Əbu Davud, Tərəccül, 7. []
  2. Tirmizi, Ədəb, 35. []
  3. Tirmizi, Ədəb, 35. []
Facebook'ta PaylaşTwitter'da Paylaş
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Dırnaqlardakı lak dəstəmaz və qüslə mane olur? 24.08.09 627 dəfə oxundu
2 İslam dinində saça rəng qoymağa necə baxılır? 24.08.09 768 dəfə oxundu
3 Kişilərin çeçələ barmaqlarına xına qoymağı haramdır? 22.02.10 337 dəfə oxundu
4 Qadınların bədənlərindəki tükləri aldırmağı düzgündür? 15.01.10 666 dəfə oxundu
5 Bəzək üçün xaç taxmaq olar? 29.06.09 446 dəfə oxundu
6 Qadınların ətir vurmağı dini cəhətdən qadağandır? 05.02.10 539 dəfə oxundu
7 Qaş aldırmaq olar? 18.03.10 633 dəfə oxundu
8 Qulağı bir neçə yerdən deşdirmək olar? 18.03.10 350 dəfə oxundu
9 Saç əkdirmək dini cəhətdən düzgündür? 18.03.10 349 dəfə oxundu
10 Qadınlar evdən kənarda da makiajlı gəzə bilərlər? 22.03.10 428 dəfə oxundu
11 Dırnaq uzatmaq olar? 22.03.10 705 dəfə oxundu
12 Tatuirovka döydürmək olar? 30.06.10 287 dəfə oxundu
13 Mən boynuma üstündə xaç işarəsi olan medalyon taxa bilərəm? 04.08.09 359 dəfə oxundu
14 Aybaşı vaxtı xına qoymaq 21.01.10 766 dəfə oxundu
15 Saça rəng qoymaq orucu pozur? 03.08.10 554 dəfə oxundu
16 Üzüyü hansı barmağa vurmaq olmaz? 15.07.10 779 dəfə oxundu
17 Evlilik üzüyü vurmaq olar? 27.01.11 511 dəfə oxundu
18 Qadın saçını düzəltdirə bilər? 18.02.11 300 dəfə oxundu
19 Tərkibində Lut gölündən çıxan duz olan kremi işlətmək olar? 23.02.11 266 dəfə oxundu
20 Hicablı qadın qızıl dəsti taxa bilər? 13.03.11 513 dəfə oxundu
21 Odekolondakı spirt namaza maneçilik törədir? 23.06.11 447 dəfə oxundu
22 Bədənin hansı hissəsində estetik əməliyyat aparmaq olar? 04.07.11 276 dəfə oxundu