İşim çox olduğuna görə Cümə namazına getməsəm, olar?
Müsəlmanlar > Cümə namazı > Fitvalar Tarix: 05 fevral 2010 Tövsiyə et Çap et
Sual: Mənim bir restoranım var. Müştərilərin əksəriyyəti yaxınlıqdakı ofis və mağazalardan gəlirlər. Günorta vaxtı yeməkxanamızda işlər çox olur. Xüsusilə Cümə namazı vaxtı. Mən restoranın sahibi kimi işimin başında olmalıyam. Vəziyyət belə tələb edir. Digər tərəfdən də Cümə namazını keçirmək istəmirəm. Bu halda, mən nə etməliyəm?

Cavab: Allah Təala Cümə namazının əmr olunduğu ayədə belə buyurur:

“Ey iman gətirənlər! Cümə günü namaza çağırıldıqda dərhal Allahı yad (zikr) etməyə tələsin və al-veri (ticarət) saxlayın! Bilsəniz, bu sizin üçün daha xeyirlidir. Namaz qurtardıqda dərhal yer üzünə dağılışın və Allahın lütfündən istəyin. Allahı çox zikr edin ki, bəlkə, umduğunuza qovuşasınız (nicat tapasınız)” (Cümə, 62/9-10).

Allah Təala bunu buyurduğu vaxt müsəlmanların işinin çox olacağını lap yaxşı bilirdi! Əsas məsələ bu işlərin arasında (nə qədər çox iş olursa, olsun) Allahın dəvətinə cavab vermək, necə deyərlər, onu yerinə yetirməkdir. Heç bir şey Allahın və onun elçisinin (Muhəmməd peyğəmbər) buyuruqlarının qabağına keçməməlidir.  Bir ayədə belə deyilir:

“De ki, əgər atalarınız, oğullarınız, qardaşlarınız, zövcələriniz, yaxın qohumlarınız, qazandığınız mallar, iflasa uğramasından qorxduğunuz al-ver, bəyəndiyiniz məskənlər sizə Allahdan, Onun elçisindən və Allah yolunda cihad etməkdən daha əzizdirsə, Allah Öz əmrini gətirənədək gözləyin. Allah fasiqlər (günahkarlar) dəstəsini hidayətə (doğru yol) çatdırmaz” (Tövbə, 9/24).

Bir müsəlman kimi sizə yaraşan şey Allahın dəvətinə cavab verməkdir. Çünki işlərin o dərəcədə çoxluğuna baxmayaraq sizə: “Ticarəti saxla, namaza gəl!”, – deyən də, sizə ruzi verən də Allahdır.

Azan oxunduğu vaxt məscidə gedin. Qabaqcadan getməyiniz şərt deyil. Namazın fərzi (vacib) başa çatan kimi başqa bir namaz qılmadan işinizə qayıdın. Yuxarıdakı ayələrdən də məlum olduğu kimi, Allahın istəyi budur. Sonra iş yerinizdə imkan tapsanız, 2 və yaxud 4 rükət namaz qıla bilərsiniz; ki, bu da şərt deyil. Bunun xaricində başqa bir iş görməyinizə ehtiyac yoxdur.

Facebook'ta PaylaşTwitter'da Paylaş
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Cümə namazına getmək üçün müdirdən icazə almaq lazımdır? 09.03.10 331 dəfə oxundu
2 Bəzi hallarda Cümə namazını qılmamaq olar? 18.06.11 250 dəfə oxundu
3 Cümə namazından sonra başqa namaz qılmaq lazımdır? 06.07.09 690 dəfə oxundu
4 Cümə namazı qılınan məscid mütləq bağışlanmış olmalıdır? 25.05.11 256 dəfə oxundu
5 İşim çox olduğuna görə Cümə namazına getməsəm, olar? 05.02.10 383 dəfə oxundu
6 Qadınlar və Cümə namazı 26.03.10 1.068 dəfə oxundu
7 Cümə namazı qadınlara fərzdir? 26.03.10 359 dəfə oxundu
8 Cümə namazını xütbə oxuyan pişnamaz qıldırmalı deyilmi? 09.04.10 313 dəfə oxundu
9 Cümə namazında dəstəmazı pozulan adam nə etməlidir? 09.04.10 347 dəfə oxundu
10 Cümə günü xütbə verildiyi vaxt müstəhəb namaz qılmaq olar? 05.05.10 327 dəfə oxundu
11 İş yerində Cümə namazı qılmaq olar? 28.02.11 325 dəfə oxundu
12 Cümə günü xütbədən qabaq oxunan daxili əzana ehtiyac var? 25.03.11 259 dəfə oxundu
13 Qadınlar nə üçün Cümə namazına gedə bilmirlər? 31.03.11 303 dəfə oxundu
14 Cümə namazını qılan əlil vacib borcunu yerinə yetirmiş hesab olunur? 28.06.11 167 dəfə oxundu
15 Qadınlar Cümə günü zöhr namazını qılmamalıdırlar? 10.10.11 178 dəfə oxundu
16 Müsəlman ölkələrində Cümə namazı neçə rükət qılınır? 14.10.11 204 dəfə oxundu
17 Cüməni qıla bilməyən zöhrü necə qılmalıdır? 18.11.11 208 dəfə oxundu
18 Cümə namazının vaxtında məktəbin bufetindən nəsə almaq haramdır? 21.12.11 99 dəfə oxundu
19 Əsgərlikdə olanlar Cümə namazını nə cür qıla bilərlər? 07.01.12 99 dəfə oxundu
20 Dəlillərlə Cümə namazı 12.02.10 338 dəfə oxundu