Cavab: Dində əsl məsələ hər şeyin mübah1 olmağıdır. Qadağanlar, başqa sözlə, haramlar məhduddur və Allah bunları bizə Qurani-Kərimdə bildirib. Bundan başqa peyğəmbərimiz (s. a. v.) də dini məsələlərdə həm öz sözləri, həm də davranışları ilə bizim üçün ən gözəl nümunə olub. Deməli, Allah və peyğəmbərin (s. a. v.) qadağan etmədiyi hər hansı bir şeyi qadağan etməyə heç kimin səlahiyyəti yoxdur. Musiqi alətlərinə gəlincə, onlar haqqında nə Qurani-Kərimdə, nə də hədislərdə bir dəlil var. Elə buna görə də musiqi alətləri çalmaq yuxarıda da göstərildiyi kimi mübah olub.
İndi isə gəlin, sualınızın ikinci hissəsinə baxaq: O da mübahdır. Ancaq siz xüsusilə bu məsələyə fikir verməlisiniz: Bu günlərdə ilahi adı ilə oxunan mahnılarda çoxlu xurafat elementi var və bunların bəziləri Allaha şərik qoşmağa qədər gedib çıxır. Məhz bu cür şeylərin ilahi kimi (hələ üstəlik bir savab da gözləyərək) oxunması və dinlənilməsi çox təhlükəlidir.
Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.
Etiketlər: dini mahnı oxumaq, dini musiqi, ilahi oxumaq, musiqi alətləri çalmaq, musiqi islam, xalq mahnılarının sözləri dəyişdirilir
| Sıra     | Sərlövhə | Tarix    | Oxunma     |
|---|---|---|---|
| 1 | İslam dinində musiqiyə necə baxılır? | 01.02.10 | 818 dəfə oxundu |
| 2 | Musiqi necə caiz ola bilər? | 01.02.10 | 721 dəfə oxundu |
| 3 | Musiqi alətlərinin müşayiəti ilə dini mahnı oxumaq olar? | 01.02.10 | 778 dəfə oxundu |
| 4 | Qadın səsi | 27.03.10 | 536 dəfə oxundu |