Cavab: Bu hədis sənəd (istinad) baxımından səhih (mötəbər) olsa belə, məna baxımından səhih hədis kimi görünmür. Çünki zina etmək və içki içmək Qurani-Kərimin ağır qadağalarındandır. İpək paltar geyinmək isə peyğəmbərimiz (s. a. v.) tərəfindən kişilərə qadağan olunub. İpəyin əl böyüklüyündə olanını geyinməyə icazə verilib.1
Mizmara gəldikdə, onu qadağan edən başqa bir dəlil yoxdur.
İçki içmək və zina etməyi halal hesab edən şəxs kafir olur və buna görə də peyğəmbərimizin (s. a. v.) ümmətindən kənara çıxır. İpəyin qadağan edildiyi hədis isə xəbəri-əhəd yolu ilə gəldiyinə görə onu (ipək paltar geyinməyin qadağan olduğunu) inkar edənin kafir olduğunu demək olmaz.
İpəyin və mizmarın qəti şəkildə haram olduğuna dair hökm verilsə, onları uzaq başı kiçik günahlar kateqoriyasına daxil etmək olar. Belə olan halda da yuxarıdakı hədisdə böyük günahlarla kiçik günahlar bir-birinə qarışdırılmış olur. Allah Təala belə buyurur:
“Əgər sizə qadağan olunmuş böyük günahlardan çəkinsəniz, sizin kiçik günahlarınızın üstünü örtər və sizi şərəfli bir yerə çatdırarıq” (Nisa, 4/31).
“O yaxşılar kiçik qüsur və günahlardan olmasa da, böyük günahlardan və açıq-aşkar həyasızlıqlardan çəkinərlər. Sənin Rəbbinin məğfirəti (bağışlamağı) boldur. O, sizi torpaqdan yaratdıqda və siz hələ analarınızın qarnında döl halında olduğunuz vaxt mayanızın nə olduğunu çox yaxşı bilir. Elə isə özünüzü təmizə çıxartmayın, öyünməyin. Çünki kimin Allahı daha çox sayıb Ona qarşı çıxmaqdan çəkindiyini O (Allah) özü çox yaxşı bilir” (Nəcm, 53/32).
Allah yuxarıdakı ayələrdən də göründüyü kimi böyük günahlarla kiçik günahları bir-birindən ayırd edib. İçki içmək və zina etmək böyük günahlardandır. Halbuki, heç bir mənbədə musiqi alətləri çalmağın böyük günahlardan olduğu bildirilməyib. Peyğəmbərimizin (s. a. v.) də böyük və kiçik günahları bir-birinə qarışdırmaq kimi bir iş görməyəcəyi yaxşı məlumdur. Bundan söhbət belə gedə bilməz.
Allah başqa bir ayədə belə buyurur:
“O, sizə çətinlikdə qaldığınız hallar istisna olmaqla nəyi haram edibsə, onu açıq-aydın izah edib” (Ənam, 6/119).
Peyğəmbərimiz (s. a. v.) də belə deyib:
“Halal məlumdur. Haram da məlumdur”.2
Musiqi və musiqi alətləri haqqında bir neçə başqa hədis də var. İmam Qəzzali, Kəmaləddin ibn Hümam, Əbdülqəni Nəblusi, İbn Abidin, Təqiyəddin Sübki, Rəmli, İbn Həzm və Şövkani kimi bir qrup alim bu kimi hədisləri izah ediblər. Həmin izahlar qısa formada aşağıdakı kimidir:
Hədislərin əsas mövzusunu içkili, qadınlı, içərisində bir çox haram iş görülən meyxana əyləncələri (ləhv) təşkil edir. Bu da istər çalğı alətləri, istərsə digər musiqi alətlərinin haram olması, alətlərin və musiqinin özü ilə əlaqədar bir məsələ olmayıb bunlarla haram iş görülməsi səbəbinə, yaxud da haram iş görülən yerlərdə çalındıqlarına görə belədir. Deməli, bu alətlər halal və mübah əyləncələrdə içərisinə başqa bir haram qarışdırılmadan istifadə edilsə, caizdir. Amma əgər o, onunla birlikdə başqa haram işlər görülürsə, “harama səbəb olan şeyin özü də haramdır” prinsipinə əsasən caiz ola bilməz.3
Saytımızın materiallarından istifadə zamanı mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.
Etiketlər: böyük günahlardan uzaq durmaq, ipək paltar geyinmək, İslamda musiqi, kiçik günahlar, ləhv, mizmar, musiqi alətləri çalmaq, musiqi caizdir?, musiqi haramdır?, nisa, Nəcm, Ənam, əyləncə, əyləncə məclisi
| Sıra     | Sərlövhə | Tarix    | Oxunma     |
|---|---|---|---|
| 1 | İslam dinində musiqiyə necə baxılır? | 01.02.10 | 819 dəfə oxundu |
| 2 | Musiqi necə caiz ola bilər? | 01.02.10 | 722 dəfə oxundu |
| 3 | Musiqi alətlərinin müşayiəti ilə dini mahnı oxumaq olar? | 01.02.10 | 778 dəfə oxundu |
| 4 | Qadın səsi | 27.03.10 | 536 dəfə oxundu |