Cavab: “Televizora baxmaq təhlükəlidir və yaxud deyil” demək olmaz. Əgər bir verilişdə milli-mənəvi dəyərlərimizə, dinimizə, əxlaq anlayışımıza və ailə ədəb-ərkanımıza zidd şeylər varsa, ona baxmaq düz deyil. Bununla yanaşı, televizora baxdıqda heç bir ibadəti keçirməmək lazımdır. Bir sözlə, televizora baxmaq namaz qılmaq və məscidə getməyə mane olmamalıdır. Bunları yerinə yetirmək şərtilə televizora baxmaq olar.
Allah Quranda buyurur:
“Göylərdə və yerdə nə varsa, hamısı Allahındır. Bu, pislik edənləri gördükləri işin müqabilində cəzalandırmaq, yaxşı iş görənləri də daha yaxşısı ilə mükafatlandırmaq üçündür.
Yaxşı əməl sahibləri böyük günahlardan və fahişəlikdən (iyrənc əməllər) uzaq duranlardır. Kiçik qəbahətlər istisnadır” (Nəcm, 53/31-32).
Açıq-saçıq geyinmiş qadınlara, eləcə də erotik səhnələrə baxmaq caiz deyil.
Quranda belə deyilir:
“(Rəsulum!) Mömin kişilərə de ki, gözlərini harama dikməsinlər, namuslarını/məhrəm yerlərini qorusunlar. Çünki bu, onlar üçün daha təmiz bir rəftardır. Şübhəsiz ki, Allah onların nə etdiklərindən xəbərdardır.
Mömin qadınlara da de ki, baxışlarını yayındırsınlar və ədəb yerlərini (zinadan) qorusunlar” (Nur, 24/30-31).
Əlavə olaraq peyğəmbər (s. a. v.): “Gözün zinası baxmaqdır” (Buxari, İstizan, 12) – deyib. Bu ayə və hədis birlikdə nəzərə alındığı vaxt məlum olur ki, baxmaq zinaya yaxınlaşdıran bir ünsürdür. Bu baxımdan müsəlmanlar bu məsələdə seçici olmalıdırlar. Televizora baxarkən bu kimi qeyri-əxlaqi hallara rast gəldikdə kanalı dəyişdirmək və yaxud televizoru söndürmək lazımdır.
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.
Etiketlər: açıq-saçıq səhnələrə baxmaq, erotik səhnələrə baxmaq, islam dininin televizora baxışı, televizora baxmağın hökmü, televizora baxmaq, televizora baxmaq günahdır?
| Sıra     | Sərlövhə | Tarix    | Oxunma     |
|---|---|---|---|
| 1 | Televizora baxmaq | 01.02.10 | 725 dəfə oxundu |