Hədislərin sayı ilə əlaqədar namizədlik dissertasiyası yazan və bunu bir kitab halında nəşr edən dosent Mustafa Karataş belə bir nəticəyə gəlib ki, peyğəmbərimizin dövründə rəvayət sahəsindəki hədislərin 5000-dən (500 deyil, 5000) artıq olduğunu demək qeyri-mümkündür. Təbii ki, burada say deyərkən, təkrar edilməyən hədislərin sayı nəzərdə tutulur. Mustafa Karataşın fikrincə, bu rəqəm təkrarlarla birlikdə Kutubu-Tisa1 adlandırılan məşhur 9 hədis kitabında təxminən 10000 qədərdir; əshabələrin və tabeinin sözləri də daxil olmaqla təkrar edilməyən ümumi hədis sayı 30000-dən çox deyil. Sonralar isə müxtəlif rəvayət və yaxud təkrarlanmaq yolu ilə hədislər çoxalmış və hicri 3-cü əsrdə 1500000 ədədə çatmışdır2.
Biz ilk dövrdəki 5000 hədisi müəyyənləşdirən və bunları “səhih hədis (mötəbər)”, “zəif hədis” və “mövzu hədis (uydurma)” formasında qruplaşdıran hər hansı bir tədqiqat aparılıb aparılmadığını bilmirik.
Etiketlər: doqquz hədis kitabı, hədis, hədislərin çoxalması, kutubu-tisa, mövzu hədis, məşhur hədis alimləri, məşhur hədis kitabları, neçə hədis var?, rəvayət, səhih hədis, uydurma hədis