Cünub halda geyilən paltarı qüsldən sonra geyinmək olar?
Müsəlmanlar > Fitvalar > Qüsl Tarix: 28 yanvar 2010 Tövsiyə et Çap et
Sual: Mən cənabət qüslü etdikdən sonra paltarlarımı geyindim. Amma geyindiyim şalvar cənabət halda olduğum vaxt geyindiyim şalvar idi. Şalvarı yumaq imkanı yox idi. Ona görə onu qüsldən sonra da geyindim. Bu halda, mənim qüslüm qəbuldur? Onunla namaz qıla bilərəm? Belə hallarda paltarlarımızı və ya əgər bulaşıbsa, bütün mələfə və yorğan-döşəyi tamamilə yumaq lazımdır?

Cavab: Döşəkağı və mələfə kimi şeylərə sperm kimi hər hansı bir şey bulaşıbsa, onu təmizləmək lazımdır. Bunun üçün onları və ya odeyalı yumaq lazım deyil. Bulaşan hissəni əgər quruyubsa, ovxalamaq və yaxud qaşımaq, əgər islaqdırsa, yumaq kifayətdir. Başqa bir şeyə ehtiyac yoxdur.

Bu məsələlərlə əlaqədar hədislər aşağıdakı kimidir:

Həzrəti Aişə (r. a.) nəql edir:

“Mən Rəsulullahın (Muhəmməd peyğəmbər) paltarına bulaşan mənini təmizləyirdim. O, paltarında nəm hissə (qurumamış) ola-ola namaza gedirdi” (Buxari, Vüdu (Dəstəmaz), 64, 65; Müslim, Təharət (Təmizlik), 108 (289); Əbu Davud, Təharət (Təmizlik), 136; Tirmizi, Təharət (Təmizlik), 85, 86; Nəsai, Təharət (Təmizlik), 187, 188).

Müslimdən nəql edilən başqa bir rəvayətdə belə deyilir:

Həzrəti Aişənin bir qonağı gəldi. Həmin adam səhər tezdən paltarını yumağa başladı. Həzrəti Aişə ona:

“Sənin (məni) bulaşan yeri (əgər gördünsə) yumağın kifayət idi. Görmədinsə, ətrafını yuyardın. Mən Rəsulullahın paltarından (məni bulaşığını) ovuşdurmaqla təmizlədiyimi bilirəm. O, (bir də yumadan) o paltarı ilə namaz qılırdı”.

Başqa bir rəvayətdə belə qeyd edilir:

“Yaxşı bilirəm ki, peyğəmbərin paltarından məni bulaşığını (sperm) dırnağımla qaşıyıb təmizləyirdim” (Müslim, Təharət (Təmizlik), 105, 109 (288, 290).

Yəhya ibn Abdurrahman ibn Hatibdən nəql etdiyinə görə həzrəti Ömər (r. a.) və Amr ibn Əl-Asın da olduğu bir dəstə ilə birlikdə ömrə edib. Səfər vaxtı səhərə doğru həzrəti Ömər su mənbələrindən birinə yaxın olan bir yolda fasilə verdi. Hamı kimi o da yatdı. Birdən ehtilam (cünub olmaq, pollution) oldu. Səhər açıldı. Qafilədə (dəstə) yuyunmağı üçün lazımi qədər su yox idi. Heyvanına minib yaxınlıqdakı suyun başına gəldi. Və dərhal o haldan qalan məni bulaşığını yumağa başladı. Bu dəm hava tamamilə açıldı. Amr ibn Əl-As həzrəti Ömərə belə dedi:

“Səhər açıldı. Bizdə təmiz paltar var. Sən öz paltarını yumağı saxla. Onsuz da gec-tez yuyulacaq”.

Lakin həzrəti Ömər ona belə cavab verdi:

“Ey İbnu-l-As! Heyrət! Belə çıxır ki, sən paltar tapmısan deyə, hamı tapacaq? Allaha and olsun ki, mən sənin dediyini yerinə yetirsəm, həmin iş bir sünnə olar. Xeyr, mən gördüyüm mənini yuyuram və görmədiyimə su çiləyirəm. Beləliklə, onu təmiz hesab edirəm!” (Muvatta, Təharət (Təmizlik), 83).

Materiallardan istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.

Facebook'ta PaylaşTwitter'da Paylaş
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Qüsldən sonra namaz qılmaq olar? 11.03.10 813 dəfə oxundu
2 Spermanın yerindən qopmağı qüslü vacib edir. Bu nə deməkdir? 04.03.10 1.133 dəfə oxundu
3 Dişlərdə plomb, dəstəmaz və qüsl 07.07.09 322 dəfə oxundu
4 Cinsi əlaqədən sonra qüslü nə qədər gecikdirmək olar? 27.01.10 1.011 dəfə oxundu
5 Xəstə yaxşılaşana qədər cünub qalsa, günahdır? 27.01.10 820 dəfə oxundu
6 Məni, məzi və vədi nədir? 27.01.10 853 dəfə oxundu
7 Hamamda çox qalmaq günahdır? 27.01.10 347 dəfə oxundu
8 Dişlərə qoyulan plomb qüsl etməyə mane olur? 27.01.10 818 dəfə oxundu
9 Cünub halda geyilən paltarı qüsldən sonra geyinmək olar? 28.01.10 821 dəfə oxundu
10 Dırnaqlardakı lak dəstəmaz və qüslə mane olur? 24.08.09 618 dəfə oxundu
11 Radioterapiya alan bir xəstə qüsl əvəzinə təyəmmüm edə bilər? 27.03.10 384 dəfə oxundu
12 Su imkanı yarandıqda təyəmmüm batil olur? 24.05.10 656 dəfə oxundu
13 Əgər evdə isti su yoxdursa, necə qüsl vermək olar? 23.06.10 568 dəfə oxundu
14 Namaz qılmayan müsəlmanların qüsl etməkləri vacibdir? 03.07.10 675 dəfə oxundu
15 Ginekoloji yoxlamadan sonra qüsl 18.07.10 874 dəfə oxundu
16 Cinsi əlaqədən sonra növbəli qüsl 25.11.10 1.029 dəfə oxundu
17 Cinsi əlaqədən sonra qüsl üçün addımlamaq 25.11.10 565 dəfə oxundu
18 Qüsl vaxtı hörükləri açmaq lazımdır? 25.11.10 577 dəfə oxundu
19 Qüsldən sonra bədəndə quru yer qalıbsa, təzədən yuyunmaq lazımdır? 18.01.11 356 dəfə oxundu
20 Cinsi əlaqə və qüsl 07.07.09 868 dəfə oxundu
21 Qüsl vaxtı ağız və burnu yumaq vacibdir? 21.01.11 533 dəfə oxundu
22 Kişi həkimə gedən qadın sonra qüsl etməlidir? 31.01.11 506 dəfə oxundu
23 İnsan cənabət vaxtı yatdığı yerdə qüsldən sonra yata bilər? 14.02.11 636 dəfə oxundu
24 Qulaqdan çıxan kirlər qüslü batil edir? 14.02.11 376 dəfə oxundu
25 Qüsldə sırğa deşiklərini yumaq lazımdır? 21.02.11 312 dəfə oxundu
26 Dişlərdə plomb və körpü olduğu halda qüsl etmək olar? 07.07.09 422 dəfə oxundu
27 Qüsl etmək üçün dişdəki plombları sökdürmək lazımdır? 07.07.09 372 dəfə oxundu
28 Qadınlar da ehtilam olurlar? 17.03.11 655 dəfə oxundu
29 Təkcə öpüşməklə qüsl vacib olur? 17.03.11 920 dəfə oxundu
30 Namaz ibadətindən məsul olmayan əqli xəstələr qüsl etməlidirlər? 21.03.11 272 dəfə oxundu
31 Cünub şəxsin toxunduğu şeylər murdar hesab olunur? 27.04.11 372 dəfə oxundu
32 Qüsl almağın qaydası 27.05.11 711 dəfə oxundu
33 Peyğəmbər necə qüsl verirdi? 29.05.11 541 dəfə oxundu
34 Qüsl vaxtı hamamda çox qalmaq və vəsvəsə halı 07.07.09 549 dəfə oxundu
35 Qüsldən sonra məni gəlsə, təzədən yuyunmaq lazımdır? 02.09.11 321 dəfə oxundu