Məni, məzi və vədi nədir?
Müsəlmanlar > Cinsi həyat > Fitvalar > Qüsl Tarix: 27 yanvar 2010 Tövsiyə et Çap et
Sual: Bir kişinin bir şeyə baxmaqla, yaxud arvadına toxunması nəticəsində cinsiyyət üzvündən gələn maye mənidir (sperma)? Bu maye gəldikdə qüsl etmək lazımdırmı?

Cavab: Kişinin tənasül orqanından gələn mayelər üç cür olur:

1) Məni (sperma): Bu, şəhvətlə öz yerindən qopub şəhvətli, yaxud şəhvətsiz olaraq penisdən xaricə çıxan və özünə məxsus iyi olan ağ rəngli qatı bir mayedir.

2) Məzi: Bu, tənasül orqanının böyüməsindən sonra şəhvətsiz olaraq gələn ağ rəngli incə mayedir.

3) Vədi: Bu, sidikdən sonra gələn, iysiz, ağ rəngə çalan bulanıq və yapışqan bir mayedir.

Kişinin cinsiyyət orqanından yuxarıda sadalanan üç növ mayedən sadəcə olaraq sperma gəldiyi vaxt qüsl etmək lazımdır. Digər ikisi isə ancaq dəstəmazı batil edir. Bir nəfərə baxmaq və yaxud toxunmaq nəticəsində əgər şəhvətlə sperma gəlsə, qüsl etmək lazımdır. Siz axan şeyin rəng və iyindən onun nə olduğunu təyin edə bilərsiniz. Əgər axan maye ağ rəngli incə bir mayedirsə, bu, sperma deyil, məzidir. Buna görə də bu halda qüsl etmək lazım deyil. Sadəcə olaraq dəstəmazınız pozulur.1

Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.

  1. Geniş məlumat üçün baxın: Ömər Nasuhi Bilmən, Büyük İslam İlmihalı, Dəstəmaz və Qüsl fəsilləri. []
Facebook'ta PaylaşTwitter'da Paylaş
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Qüsldən sonra namaz qılmaq olar? 11.03.10 823 dəfə oxundu
2 Spermanın yerindən qopmağı qüslü vacib edir. Bu nə deməkdir? 04.03.10 1.139 dəfə oxundu
3 Dişlərdə plomb, dəstəmaz və qüsl 07.07.09 332 dəfə oxundu
4 Cinsi əlaqədən sonra qüslü nə qədər gecikdirmək olar? 27.01.10 1.031 dəfə oxundu
5 Xəstə yaxşılaşana qədər cünub qalsa, günahdır? 27.01.10 827 dəfə oxundu
6 Məni, məzi və vədi nədir? 27.01.10 876 dəfə oxundu
7 Hamamda çox qalmaq günahdır? 27.01.10 361 dəfə oxundu
8 Dişlərə qoyulan plomb qüsl etməyə mane olur? 27.01.10 821 dəfə oxundu
9 Cünub halda geyilən paltarı qüsldən sonra geyinmək olar? 28.01.10 828 dəfə oxundu
10 Dırnaqlardakı lak dəstəmaz və qüslə mane olur? 24.08.09 627 dəfə oxundu
11 Radioterapiya alan bir xəstə qüsl əvəzinə təyəmmüm edə bilər? 27.03.10 388 dəfə oxundu
12 Su imkanı yarandıqda təyəmmüm batil olur? 24.05.10 682 dəfə oxundu
13 Əgər evdə isti su yoxdursa, necə qüsl vermək olar? 23.06.10 580 dəfə oxundu
14 Namaz qılmayan müsəlmanların qüsl etməkləri vacibdir? 03.07.10 680 dəfə oxundu
15 Ginekoloji yoxlamadan sonra qüsl 18.07.10 883 dəfə oxundu
16 Cinsi əlaqədən sonra növbəli qüsl 25.11.10 1.046 dəfə oxundu
17 Cinsi əlaqədən sonra qüsl üçün addımlamaq 25.11.10 583 dəfə oxundu
18 Qüsl vaxtı hörükləri açmaq lazımdır? 25.11.10 587 dəfə oxundu
19 Qüsldən sonra bədəndə quru yer qalıbsa, təzədən yuyunmaq lazımdır? 18.01.11 363 dəfə oxundu
20 Cinsi əlaqə və qüsl 07.07.09 899 dəfə oxundu
21 Qüsl vaxtı ağız və burnu yumaq vacibdir? 21.01.11 544 dəfə oxundu
22 Kişi həkimə gedən qadın sonra qüsl etməlidir? 31.01.11 509 dəfə oxundu
23 İnsan cənabət vaxtı yatdığı yerdə qüsldən sonra yata bilər? 14.02.11 641 dəfə oxundu
24 Qulaqdan çıxan kirlər qüslü batil edir? 14.02.11 380 dəfə oxundu
25 Qüsldə sırğa deşiklərini yumaq lazımdır? 21.02.11 313 dəfə oxundu
26 Dişlərdə plomb və körpü olduğu halda qüsl etmək olar? 07.07.09 432 dəfə oxundu
27 Qüsl etmək üçün dişdəki plombları sökdürmək lazımdır? 07.07.09 375 dəfə oxundu
28 Qadınlar da ehtilam olurlar? 17.03.11 688 dəfə oxundu
29 Təkcə öpüşməklə qüsl vacib olur? 17.03.11 951 dəfə oxundu
30 Namaz ibadətindən məsul olmayan əqli xəstələr qüsl etməlidirlər? 21.03.11 273 dəfə oxundu
31 Cünub şəxsin toxunduğu şeylər murdar hesab olunur? 27.04.11 378 dəfə oxundu
32 Qüsl almağın qaydası 27.05.11 743 dəfə oxundu
33 Peyğəmbər necə qüsl verirdi? 29.05.11 554 dəfə oxundu
34 Qüsl vaxtı hamamda çox qalmaq və vəsvəsə halı 07.07.09 556 dəfə oxundu
35 Qüsldən sonra məni gəlsə, təzədən yuyunmaq lazımdır? 02.09.11 330 dəfə oxundu
36 Sonsuzluğa qarşı peyvənddən sonra qüsl vermək lazımdır? 09.02.12 29 dəfə oxundu