İslam dinində meyyiti yandırmağa necə baxılır?
Müsəlmanlar > Cənazə-meyyit > Fitvalar Tarix: 23 yanvar 2010 Tövsiyə et Çap et
Sual: İslam dininə əsasən meyyiti yandırmaq düzgündür?

İslam dininə əsasən meyyitlər yuyulmalı və kəfənlənib torpağa basdırılmalıdır.

“Qurani-Kərimdə bildirilir ki, bu iş insana Allah tərəfindən öyrədilib. Belə ki, qardaşının (Habilin) meyitini (cəsəd) nə edəcəyini bir qarğanın hərəkətlərindən öyrənən Qabil (Həzrəti Adəmin oğlu, Habilin qardaşı): “Vay mənim halıma! Mən bu qarğa qədər də ola bilmədim… Qardaşımın cəsədini basdırmaqda aciz qaldım!” (Maidə, 5/31), – demişdir və biz bunu Qurandan öyrənirik. Başqa ayələrdə də ölünün dəfn olunmalı olduğuna dair işarə vurulmuşdur.1

Ölünün torpağa verilməsi ətraf mühitin təmizliyi, sağlamlıq, insana olan hörmətin qorunub saxlanılması və ölümü yada salmaq baxımından bir çox hikmətləri ehtiva edir” .2

Bununla yanaşı, peyğəmbərimizdən (s. a. v.) insan cəsədi ilə əlaqədar olaraq (Həzrəti Aişə yolu ilə) belə bir hədis nəql olunmuşdur:

“Ölünün sümüyünü sındırmaq onu diri vaxtı sındırmaq kimidir”.3

Yəni, diri vaxtı kiminsə sümüyünü sındırmaq düzgün olmadığı kimi, ölünün sümüyünü qırmaq da düzgün deyil. Meyyiti yandırmaq da bu cəhətdən qiymətləndirilməlidir.

  1. Taha, 20/55; Mürsəlat, 77/25-26; Əbəsə, 80/21-22. []
  2. Mustafa Uzunpostalcı, “Defin”, Türkiyə Diyanet Vakfı İslam Ensiklopediyası, IX cild, s. 86. []
  3. Muvatta, Cənaiz, 15; Əbu Davud, Cənaiz, 58-60; İbn Macə, Cənaiz, 63. []
Facebook'ta PaylaşTwitter'da Paylaş
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Ölən körpə uşaqlara meyyit namazı qılınmalıdır? 28.06.09 546 dəfə oxundu
2 İslam dinində meyyiti yandırmağa necə baxılır? 23.01.10 320 dəfə oxundu
3 Qadınlar meyyit namazı qıla bilərlər? 16.05.10 338 dəfə oxundu
4 Ölü yerində çörək yemək günahdır? 16.05.10 423 dəfə oxundu
5 Deyilənə görə bəzi adamların bədəni çürümür. Bu düzdür? 16.05.10 357 dəfə oxundu
6 Meyyit basdırıldıqdan sonra molla nəsə deməlidir? 24.11.10 318 dəfə oxundu
7 Ölünü basdırandan sonra namazını qılmaq olar? 14.01.11 249 dəfə oxundu
8 Bir kişi ölən arvadının meyyitini yuya bilər? 03.03.11 482 dəfə oxundu
9 Ölən körpəyə dua 12.03.11 212 dəfə oxundu
10 Başsağlığı vermək üçün kilsədəki cənazə mərasiminə getmək olar? 02.04.11 277 dəfə oxundu
11 Hər şey öyrədilən insan ölü basdırmağı qarğadan öyrəndi? 04.05.11 197 dəfə oxundu
12 Ölülərə tapşırılan Yasinin savabı onlara çatır? 20.05.11 262 dəfə oxundu