Cavab: Bir insanın malını onun icazəsini almadan istifadə etmək dini cəhətdən düzgün deyil.
Simsiz internetə1 parol qoymaq mümkün olduğu halda qoymamaq ondan hamı tərəfindən icazəsiz istifadə üçün açıq qapı kimi qiymətləndirilməməlidir. Başqa sözlə desək, əgər kimsə öz internetinə şifrə qoymayıbsa, bu o demək deyil ki, ondan icazəsiz istifadə etmək olar.
Nəzərə almaq lazımdır ki, internetin yiyəsi parol qoymağı bacarmaya bilər. Əlavə olaraq onun internetindən istifadə etmək internetin sürətinə də mənfi təsir göstərir.
Onun interneti traffikə əsaslanan limitli (kvota ilə işləyən) internet də ola bilər; bu halda başqalarının istifadəsi kvotanın dolmasına səbəb olur. Bu da öz növbəsində internetin sahibinə maddi zərər vurmaq deməkdir.
Bütün bunları nəzərə aldığımız vaxt belə bir nəticə hasil olur: Simsiz interneti sahibindən icazə almamış istifadə etmək düzgün deyil. Əgər sahibini tanımırsınızsa və ya müəyyən edə bilmirsinizsə, o halda həmin internet əlaqəsindən istifadə etməməlisiniz. Siz də adi qayda üzrə ödənişli internetdən istifadə etməlisiniz.
Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.
Etiketlər: bir şeydən icazəsiz istifadə etmək, interneti sahibindən icazə almamış istifadə etmək, internetə parol qoymaq, limitli internetdən istifadə etmək, simsiz internet, wifi, wireless, Беспроводной интернет
| Sıra     | Sərlövhə | Tarix    | Oxunma     |
|---|---|---|---|
| 1 | Bəndə haqqı | 07.07.09 | 402 dəfə oxundu |
| 2 | Oğurluq işıq işlədənlərdən lazımi yerə şikayət etmək lazımdır? | 24.02.10 | 321 dəfə oxundu |
| 3 | Bəndənin haqqı və halallıq almaq dini cəhətdən necə olmalıdır? | 24.02.10 | 373 dəfə oxundu |
| 4 | Yiyəsindən icazə almamış simsiz internet işlətmək olar? | 22.01.10 | 460 dəfə oxundu |
| 5 | Qonşu ilə küsülü qalmaq düzgündür? | 19.03.10 | 298 dəfə oxundu |
| 6 | Oğurluq elektrik enerjisi ilə qızdırılan suyu işlətmək düzdür? | 22.04.10 | 327 dəfə oxundu |
| 7 | Könülsüz halallaşmaq düzdür? | 23.11.10 | 243 dəfə oxundu |
| 8 | Müsəlman olmayanın haqqını yemək | 20.12.10 | 404 dəfə oxundu |
| 9 | Turistlərlə alverdən sonra halallaşmaq olar? | 24.06.09 | 394 dəfə oxundu |
| 10 | Bəndənin haqqı heç vaxt bağışlanmır? | 21.03.11 | 233 dəfə oxundu |
| 11 | İnternetdən kitab yükləmək olar? | 29.05.11 | 268 dəfə oxundu |
| 12 | Həmişə bağışlamaq mənfi nəticələr verir? | 07.04.11 | 267 dəfə oxundu |
| 13 | Yetimin malını yemək | 04.08.09 | 319 dəfə oxundu |