Aybaşı halında olan qadın qəbir üstünə gedə bilər?
Müsəlmanlar > Aybaşı > Fitvalar > Qəbristan-Qəbir ziyarəti Tarix: 21 yanvar 2010 Tövsiyə et Çap et
Sual: Heyzli bir qadın qəbir üstünə gedib ziyarət edə bilər? Əgər bu mümkünsə, həmin qadın dəstəmaz almaq şərti ilə qəbrin başında Quran oxuya bilər? Orada dua edə bilər?

Cavab: Heyzli olmaq qəbir ziyarətinə maneə təşkil etmir. Belə bir qadın qəbirdə yatan şəxs üçün dua edə bilər. Qurani-Kərimdən dua ayələrini də oxuya bilərsiniz. Biz xüsusilə dua ayələrini deyirik: Bu, qəbirdə yatan şəxsə dua etməyiniz üçündür. Halbuki, Qurani-Kərim oxuyub savabını ölülərə bağışlamaq ilə əlaqədar nə bir ayə var, nə də bir hədis. Quranın savabı ancaq və ancaq onu başa düşərək oxuyan və həyata keçirməyə çalışan şəxsə aiddir. Amma ölən şəxs öz sağlığında başqa bir şəxsə Quran oxumağı öyrədibsə və yaxud onun öyrənməyinə səbəb olubsa, o öyrətdiyi insan hər Quran oxuyanda o şəxsə də savab yazılır. Bu da öz növbəsində gözəl bir işə səbəbkarlıq etməyin savabıdır.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

Facebook'ta PaylaşTwitter'da Paylaş
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Dara düşdüyümüz vaxt qəbirlərdən kömək diləməklə əlaqədar bir hədis var? 10.03.10 837 dəfə oxundu
2 Qəbir ziyarəti 29.06.09 2.378 dəfə oxundu
3 Heyzli qadının qəbir üstünə getməsi 29.06.09 744 dəfə oxundu
4 Ölülərdən kömək istəmək düzgündür? 29.06.09 516 dəfə oxundu
5 Allahdan başqasını köməyə çağırmaq 29.06.09 465 dəfə oxundu
6 Bayram günü qəbir üstünə getmək dini cəhətdən düzgündür? 02.04.10 493 dəfə oxundu
7 Qəbirdən torpaq götürmək və gül-çiçək qopartmaq günahdır? 04.06.10 431 dəfə oxundu
8 Qəbristanlığın yanından keçdikdə musiqiyə qulaq asmaq olar? 14.06.10 502 dəfə oxundu
9 Fatihəni mütləq pirin içində vermək lazımdır? 23.12.10 376 dəfə oxundu
10 Aybaşı halında olan qadın qəbir üstünə gedə bilər? 21.01.10 836 dəfə oxundu
11 Qəbristanlıqda məscid tikmək olar? 03.03.11 261 dəfə oxundu
12 Qəbristanlıq şəhərdə olmalıdır, yoxsa qıraqda? 28.05.11 409 dəfə oxundu
13 Ölülər eşitmirlərsə, biz niyə onlara salam veririk? 24.06.11 331 dəfə oxundu
14 İslamda qəbir evi və qəbristanlıq 25.10.11 249 dəfə oxundu
15 Pir və ziyarətgahlar 07.12.10 662 dəfə oxundu
16 Qəbirlərə şəkil qoydurmaq olar? 10.01.12 190 dəfə oxundu