Müsəlmanlar

Qaranlıqda namaz qılmaq məkruhdur?

Sual: Qaranlıqda namaz qılmağı qadağan edən hər hansı bir Quran ayəsi və yaxud hədis var?

Cavab: Qaranlıqda namaz qılmağı qadağan edən ayə və ya hədis mövcud deyil. Əksinə, peyğəmbərimizin qaranlıqda da namaz qıldığı rəvayət edilir.

Aişə anamız belə demişdir:

“Mən Rəsulullahın qabaq tərəfində, ayaqlarım onun qibləsinə tərəf (yəni, səcdə edəcəyi yerə) olan formada yatırdım. O, səcdə etdiyi vaxt məni dümsükləyirdi, mən də ayaqlarımı geri çəkirdim. Səcdədən qalxdığı vaxt ayaqlarımı yenə uzadırdım”.

Aişə anamız sözlərinə davam edərək belə demişdir:

“O vaxtlar evlərdə qəndillər (yəni, işıqlar) yox idi” (Buxari, Səlat, 22, 104; Müslim, Səlat, 272; Nəsai, Təharət, 19; Muvatta, Səlatul-Leyl, 2; Əhməd ibn Hənbəl, 6/148, 255).

Bu məsələdə əsas odur ki, səcdə edilən yer namaz qılmaq üçün əlverişli olsun. Bəzi hallarda ola bilər ki, namaz qılınan yerdə namaza mane olan bir nəcasət və yaxud səcdə edildiyi vaxt insana zərər verən şüşə qırıqları, iynə və sairə olsun. Əgər belə bir şey yoxdursa, qaranlıqda namaz qılmağın hər hansı bir eybi yoxdur.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.