Bir qız ögey qardaşlarının yanında başı açıq gəzə bilər?
Müsəlmanlar > Fitvalar > Geyim-kecim > Hicab-təsəttür Tarix: 15 yanvar 2010 Tövsiyə et Çap et
Sual: Anam öldü. Bundan sonra atam ikinci dəfə evləndi. Bizə bir ögey ana gətirdi. Ögey anamızın böyük oğulları və nəvələri var. Bizim onlarla məhrəmiyyətimiz nədir? Mən onların yanında başı açıq gəzə bilərəm?

Cavab: Həmin oğlanlar adət-ənənə baxımından sizin ögey qardaşlarınız hesab edilsələr də, dini cəhətdən həm onlar sizə halal, həm də siz onlara halal olursunuz. Başqa sözlə desək, onlar sizin üçün yad kişi hesab olunurlar. Beləliklə, onların yanında başı açıq gəzməyiniz caiz deyil; dini cəhətdən düzgün qəbul olunmur.

Mömin qadınların öz başlarını kimin yanında aça biləcəkləri məsələsi ayədə izah olunub. Allah Təala belə buyurur:

“Mömin qadınlara de ki, gözlərini haramdan çəkindirsinlər, iffətlərini qorusunlar, öz-özlüyünə görünən hissənin xaricində zinətlərini göstərməsinlər. Baş örtüklərini yaxalarının üstünü də əhatə edən formada taxsınlar. Ataları, qayınataları, oğulları, ərlərinin oğulları, qardaş-bacıları, qardaş-bacılarının oğulları, müsəlman qadınlar, cariyələr (kəniz), kişiliyi qalmamış tabelər (yəni, köməyə möhtac hala düşmüş və kişiliyi qalmamış yoxsul və düşkünlər) ya da qadınların məhrəm yerlərini hələ başa düşmək vaxtına gəlməmiş uşaqlardan başqasına zinətlərini göstərməsinlər. Gizli gözəlliklərinin aşkara çıxması üçün ayaqlarını yerə vurmasınlar” (Nur, 24/31).

Bu ayəyə əsasən müsəlman bir qadın başını ancaq yuxarıda bildirilən şəxslərin yanında aça bilər.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

Facebook'ta PaylaşTwitter'da Paylaş
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Müsəlman bir qadın bədəninin hansı hissələrini örtməlidir? 16.08.09 848 dəfə oxundu
2 Qadınların örtünməyinin səbəbi nədir? 16.08.09 664 dəfə oxundu
3 Qadın küçəyə çıxarkən geyimi necə olmalıdır? 16.08.09 831 dəfə oxundu
4 Müsəlman qadının başı açıq işləməsi 16.08.09 787 dəfə oxundu
5 İslam dininə əsasən qadınlar çadra geyinməlidirlər? 16.08.09 616 dəfə oxundu
6 Qurandakı cəlabib sözünün mənası çadra deməkdir? 16.08.09 601 dəfə oxundu
7 Qadının evdə başı açıq oturması 16.08.09 570 dəfə oxundu
8 Alman məktəblərində müsəlman qızların geyimi haqqında 16.08.09 787 dəfə oxundu
9 Qadınların kişilərin yanında davranışları barədə 16.08.09 573 dəfə oxundu
10 Məhrəm və naməhrəm məsələləri 16.08.09 952 dəfə oxundu
11 Bir gəlin qayınatasının yanında başı açıq dayana bilər? 14.12.09 941 dəfə oxundu
12 Bir qız ögey qardaşlarının yanında başı açıq gəzə bilər? 15.01.10 580 dəfə oxundu
13 Çadra geyinmək ifrata varmaq deməkdir? 08.02.10 892 dəfə oxundu
14 Qadın Quran oxuduğu vaxt başını örtməlidir? 13.03.10 665 dəfə oxundu
15 Oxumaq üçün parik taxmaq və ya başı açmaq dini cəhətdən zərurət hesab olunur? 07.04.10 461 dəfə oxundu
16 Pariklə əlaqədar fikriniz hicaba zidd deyilmi? 07.04.10 493 dəfə oxundu
17 Müsəlman qadının parik taxmağı düzgündür? 07.04.10 509 dəfə oxundu
18 Qohum-əqrəba məhrəmiyyəti məsələsində nəyə fikir vermək lazımdır? 15.04.10 618 dəfə oxundu
19 Reyhanə anamız hicab geyinməyib? 29.11.10 423 dəfə oxundu
20 Gəlin paltarı geyinmək 30.11.10 979 dəfə oxundu
21 Məcbur qalıb başı açmaq 17.12.10 536 dəfə oxundu
22 Şafi məzhəbindən olan qadın əl və üzünü örtməlidir? 06.01.11 343 dəfə oxundu
23 Kişi və qadınların qarışıq olduğu idman zalına getmək olar? 17.01.11 380 dəfə oxundu
24 Qadın çörək yediyi vaxt başını mütləq bağlamalıdır? 08.03.11 325 dəfə oxundu
25 Dikdaban ayaqqabı geyinmək günahdır? 07.04.11 572 dəfə oxundu
26 Qadın təsəttür məqsədilə mütləq niqab taxmalıdır? 13.09.11 254 dəfə oxundu
27 Bir gəlin ögey qayınatasının yanında başıaçıq gəzə bilər? 03.10.11 191 dəfə oxundu
28 Müsəlman qadın paltarlı yatmalıdır? 27.01.12 203 dəfə oxundu
29 Hicab duası var? 30.01.12 112 dəfə oxundu
30 Atamın xəbərdarlığına baxmayaraq başımı açsam, o da günaha batar? 06.02.12 66 dəfə oxundu