Duadan sonra nə üçün əlləri yuxarı qaldırıb üzə sürtürlər?
Müsəlmanlar > Dua-zikr > Fitvalar Tarix: 06 yanvar 2010 Tövsiyə et Çap et
Sual: Namazlardan sonra və ya adi vaxtlarda edilən dualardan sonra əlləri qaldırıb üzə çəkməyin mənası nədir? Dində belə bir şey var?

Cavab: Xəlifə Ömər ibn Xəttabdan (r. a.) rəvayət edildiyinə görə o, belə demişdir:

“Rəsulullah (s. a. v.) dua vaxtı əllərini yuxarı qaldırdıqda üzünə çəkməmiş aşağı salmazdı”. Muhəmməd ibn Müsənna öz rəvayətində bu barədə: “Onları (əllərini) üzünə sürtmədikcə aşağı salmazdı” , – deyə qeyd edib (Tirmizi, Dəavat, 11).

Bu hədisi rəvayət edən Tirmizi isə öz növbəsində aşağıdakı kimi bir şərh gətirmişdir:

Bu hədis səhih qəribdir. Onu ancaq Həmmad ibn İsanın rəvayəti ilə bilirik. Bu da o deməkdir ki, o, bu hədisi tək başına rəvayət edib. Həmin şəxsin hədis rəvayəti azdır. Bəzi adamlar ondan hədis nəql ediblər. Hənzələ ibn Əbu Süfyan onun etibarlı bir kəs olduğunu deyib.

Hədis alimlərindən biri olan İbn Həcər Əl-Əsqəlani isə özünün Büluğul-Məram adlı əsərində Əbu Davudun külliyatında, eləcə də digər bir sıra hədis kitablarında Abdulla ibn Abbasdan buna oxşar başqa bir hədisin də nəql olunduğunu bildirib. Bununla yanaşı, o, qeyd edib ki, bu hədislər ümumilikdə qiymətləndirildiyi vaxt həsən bir hədis olur.1

Yuxarıdakı hədisləri nəzərə aldıqda duadan sonra əlləri üzə sürtməyin sünnə, yəni, müstəhəb əməl olduğunu demək mümkündür.

Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.

  1. Baxın: İbn Həcər Əl-Əsqəlani, Büluğul-Məram, Babu-z-Zikri və-d-Dua (Zikr və Dua fəsli), 1582 və 1583 nömrəli hədislər. []
Facebook'ta PaylaşTwitter'da Paylaş
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Araya vasitəçi qoyub dua etmək düzgündür? 29.06.09 484 dəfə oxundu
2 İstixarə nə deməkdir? 28.03.10 760 dəfə oxundu
3 Dua yazan bir mollanın arxasında namaz qılmaq olar? 29.03.11 327 dəfə oxundu
4 Hər duadan və çörək yedikdən sonra Fatihə vermək nə deməkdir? 07.08.09 711 dəfə oxundu
5 Kənzul-Ərş və Qədəh dualarının dində bir yeri var? 22.02.10 328 dəfə oxundu
6 Duadan sonra nə üçün əlləri yuxarı qaldırıb üzə sürtürlər? 06.01.10 483 dəfə oxundu
7 Camaat halında dua etməyin İslam dinindəki yeri nədir? 28.04.10 329 dəfə oxundu
8 Peyğəmbərə salavat demədən dua etmək olmaz? 22.11.10 524 dəfə oxundu
9 Zikrin fəzilət və faydaları 26.11.10 717 dəfə oxundu
10 Cövşən nədir? 21.01.11 491 dəfə oxundu
11 Səcdədə Azərbaycanca dua etmək olar? 25.01.11 638 dəfə oxundu
12 Duada əlləri aralı tutmaq lazımdır, yoxsa bitişdirmək? 28.01.11 302 dəfə oxundu
13 Bəzi dualarda əlləri niyə tərs tuturlar? 28.01.11 309 dəfə oxundu
14 Toy gecəsinə məxsus bir dua var? 05.02.11 662 dəfə oxundu
15 Cinsi əlaqədən qabaq hansı duanı oxumaq lazımdır? 19.02.11 1.057 dəfə oxundu
16 “La hövlə və la qüvvətə…” duası nə deməkdir? 19.02.11 385 dəfə oxundu
17 “Ya Həyyu, ya Qəyyumu…” duası nə deməkdir? 19.02.11 312 dəfə oxundu
18 Çörək yedikdə arada dua etmək peyğəmbərin sünnəsidir? 20.02.11 276 dəfə oxundu
19 Hilyeyi-şərif nədir? Onu üstümüzdə gəzdirmək savabdır? 08.03.11 233 dəfə oxundu
20 Amin nə deməkdir? Mənşəyi nədir? 11.05.11 363 dəfə oxundu
21 Duada peyğəmbər kimi biz də rəfiqi-ə’lanı diləyə bilərikmi? 01.06.11 189 dəfə oxundu
22 Təriqətə daxil olan insanlar öz üsullarına əsasən zikr edə bilərlər? 20.05.11 197 dəfə oxundu
23 Hansı zikr kıtabını oxumaq lazımdır? 06.07.10 441 dəfə oxundu
24 Zikrli ilahi və kollektiv zikr haqında fikriniz nədir? 11.02.10 366 dəfə oxundu
25 Namazdan sonra cəm halda təsbeh çevirmək bidətdir? 28.04.10 429 dəfə oxundu
26 Rüku və səcdələrdə təsbihatın uzunluğu nə qədər olmalıdır? 04.03.10 810 dəfə oxundu
27 Dua sözünə ibadət mənası vermək olar? 22.06.11 171 dəfə oxundu
28 Zikrin mənası nədir? Bəs zikrin ziddi nədir? 03.07.11 211 dəfə oxundu
29 Allahdan başqasını köməyə çağırmaq 29.06.09 465 dəfə oxundu
30 Hicab duası var? 30.01.12 112 dəfə oxundu