Cavab: Müsəlman bir kişi və qadın ancaq və ancaq Allahın halal hesab etdiyi formada pul qazanmalıdır. Deməli, bir müsəlman qumar oynamaqla, yaxud da qumar oyunu təşkil etməklə, eləcə də içki, donuz əti və sairə kimi haram şeylər sataraq pul qazana bilməz. Eynilə bunun kimi, müsəlman bir insan öz bədəninin başqalarının qabağında açılması qadağan olan naməhrəm hissələrini nümayiş etdirərək pul qazana bilməz. Bu, haramdır!
Buna görə də siz iş təklifini və ailə üzvlərinizin narahatlığını halal-haram baxımından təhlil etdikdən sonra bir qərara gəlməlisiniz. Halal yollarla pul qazanmaq mümkün olduğu halda, əsla Allahın qadağan etdiyi yollardan pul qazanmaq fikrinə düşməyin. Unutmayın ki, naməhrəm yerlərinizi açmadan və açanlarla birlikdə olmadan da işləyə bilərsiniz.
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.
Etiketlər: donuz əti satmaq, halal yemək, haram yemək, içki satmaq, iş təklifi, maneken, manekenlik etmək günahdır?, mannequin, model, modellik etmək, peşə seçmək, pul qazanmaq