Cavab: Əgər insanlar bu sözü yoxdan var etmək (yaratmaq, ərsəyə gətirmək) mənasında yox, mövcud olana təzədən forma vermək (formalaşdırmaq) mənasında işlətsələr, bunun dini baxımdan bir eybi olmaz. Çünki Allahdan başqa heç kəs yoxdan var çıxarda bilməz. Hər şeyi yaradan Allahdır. İnsanlar ancaq mövcud olanı kəşf edir, icad edir və onu təzədən formaya salırlar. “Yaratmaq” feli Qurani-Kərimdə mövcud olana forma vermək mənasında İsa peyğəmbər (ə. s.) haqqında işlədilib. Əlaqədar ayə belədir:
“İsa elçi sifəti ilə gələcək və belə deyəcək: “Mən sizin yanınıza Rəbbinizin möcüzəsi ilə gəldim. Sizin üçün palçıqdan bir quş heykəli düzəldəcəyəm (yaradacağam). Sonra ona üfürəcəyəm. O da Allahın izni ilə bir quşa çevriləcək. Anadangəlmə kor və cüzam xəstəliyinə tutulanları sağaldacağam. Allahın izni ilə ölüləri dirildəcəyəm. Evlərinizdə nə yediyinizi və nə yığdığınızı (saxladığınızı) sizə bildirəcəyəm. Əgər inansanız, bu, sizin üçün bütöv bir əlamət (möcüzə) olacaq (Ali-İmran), 3/49).
Əlavə olaraq qeyd edək ki, Muminun surəsinin 14-cü ayəsi və Saffat surəsinin 125-ci ayələrində “Allah yaradanların ən gözəlidir” ifadəsi işlədilib. Bu ayələrdə də “xəlq etmək, yaratmaq” sözləri “mövcud olana yeni bir forma vermək” mənasında istifadə edilib.
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.
Etiketlər: dramaturq, heykəltəraş, icad, İsa peyğəmbər, kəşf etmək, memar, mühəndis, rəssam, usta, xəlq etmək, yaradıcılıq, yaratmaq, yazıçı, yoxdan var etmək
| Sıra     | Sərlövhə | Tarix    | Oxunma     |
|---|---|---|---|
| 1 | İnsanlar Adəmin övladlarının bir-biri ilə evlənməsi nəticəsində çoxaldı? | 07.08.09 | 493 dəfə oxundu |
| 2 | Şeytan Adəmlə Həvvanı aldatmaq üçün Cənnətə necə daxil oldu? | 12.05.11 | 312 dəfə oxundu |
| 3 | Yaradılışla əlaqədar ayələrdəki 6 gün məfhumu nəyi bildirir? | 07.07.11 | 164 dəfə oxundu |
| 4 | İnsan nə isə yarada bilər? | 28.12.09 | 655 dəfə oxundu |