Aşurə günü bazarlıq
Müsəlmanlar > Aşurə günü > Fitvalar > Xurafat-mövhumat Tarix: 28 Aralık 2009 Tövsiyə et Çap et
Sual: Deyilənə görə Aşurə günü bazarlıq etmək ruzi-bərəkəti artırır. Bu düzdür?

Cavab: Aşurə günü bazarlıq etməyin ruzi-bərəkəti çoxaltması, eləcə də həmin gün qüsl edənlərin 1 il ərzində xəstələnməməyi barədə deyilənlər dini cəhətdən heç bir əsası olmayan inanclardır. Bununla əlaqədar hər hansı bir Quran ayəsi və hədis yoxdur. Əshabələr və tabein tərəfindən də belə bir şey nəql olunmayıb. Bir sözlə, bu kimi şeylər qara camaat arasında yayılan, lakin heç bir istinad nöqtəsi olmayan şeylərdir. Belə şeylərin dini baxımdan heç bir qiyməti yoxdur.

Beyhəqi və Təbəraninin əsərlərində Aşurə günü ailəsinə qarşı səxavətli olanlara Allahın da 1 il ərzində səxavət göstərəcəyinə dair bir hədis rəvayət olunur. Həmin rəvayətin bütün istinadları hədis elmində zəif qəbul edilən yollarla nəql edilib. Cəlaləddin Süyuti: “Bu zəif yollar ümumilikdə bir-birini dəstəkləyir və hədisi qüvvətləndirir”, – desə də, İmam Zərkəşi bu barədə: “Əsli yoxdur, əsassızdır, bu söz Muhəmməd ibn Əl-Müntəşirə məxsusdur”, – deyə qeyd etmişdir.1

Zəif olsa da, yəni, bu cür qəbul edilsə belə, nəql olunan bu hədisdən Aşurə günündə bazarlıq etməyin ruzi-bərəkət gətirəcəyinə dair bir qənaətə gəlmək düzgün deyil. Başqa sözlə, buradan belə bir nəticə çıxmır.

Buna oxşar bir rəvayət isə aşağıdakı kimidir:

“Allah İsrail oğullarına ildə bir dəfə oruc tutmağı buyurdu. Həmin gün Aşurə günüdür. O gün Məhərrəm ayının 10-cu günüdür. O gün oruc tutun və ailənizə qarşı səxavətli olun. Çnki Allah həmin gün Adəm peyğəmbərin (ə. s.) tövbəsini qəbul edib”.

Bu hədis uydurmadır.2

Türkiyə Diyanət Vəqfinin nəşr etdiyi İslam ensiklopediyasının “Aşura” bəndində aşağıdakı məlumatlar mövcuddur:

“Aşurə günü oruc tutmağın fəziləti ilə əlaqədar səhih (mötəbər) hədislər var; amma həmin gün yuyunmaq, gözlərə sürmə çəkmək, bəzənib düzənmək, xına qoymaq, bayramlaşmaq, hədik bişirmək, sədəqə vermək, məscidləri ziyarət etmək, qurban kəsmək kimi məsələlərə dair hər hansı bir səhih rəvayətə təsadüf edilməyib. Çox güman ki, hədis kimi təqdim olunan mətnlərin bir çoxu əslində hədis deyil və bunlar Cahiliyyə dövrünün adət-ənənələrinə və Yəhudi mədəniyyət və adətlərinə əsaslanır. Başqa sözlə, öz mənşəyini bu mədəniyyət və adətlərdən alır. Çünki mənbələrdə bu deyilənlərin peyğəmbər (s. a. v.) və əshabələri tərəfindən həyata keçirildiyini göstərən hər hansı bir qeyd və məlumat mövcud deyil. Misal üçün, “Aşurə günü sürmə çəkən həlak olmaz”, “Aşurə günü qüsl alan o il xəstələlik üzü görməz” qəbilindən olan rəvayətlər ancaq son dövr kitablarına daxil edilmişdir. İbn Teymiyyənin ifadəsinə əsasən bu kimi məsələlər Əhli-Beytə nifrət edən, yəni, Əhli-Beyti sevməyən Nasibilər tərəfindən uydurulub”.3

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

  1. Geniş məlumat üşün baxın: Əliyyul-Qari, Əl-Əsrarul-Mərfuə, s. 345-346, hədis nömrəsi: 532; Səxavi, Məqasidul-Həsənə, s. 504-505, hədis nömrəsi: 1193; Əcluni, Kəşful-Xəfa, 2-ci cild, s. 283-284, hədis nömrəsi: 2642. []
  2. Məlumat üçün baxın: Şövkani, Fəvaidul-Məcmuə, s. 96, hədis nömrəsi: 283. []
  3. MƏNBƏ: Yusuf Şevki Yavuz, Türkiye Diyanet Vakfı İslam Ansiklopedisi, 4-cü cild, səhifə 25. []
Facebook'ta PaylaşTwitter'da Paylaş
4.858 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Əlləri torpaqla ovxalayıb yumaq kasıblığa səbəb olur? 16.05.11 2.127 dəfə oxundu
2 Uğurlu-düşərli geyim elementləri və əşyalar ola bilər? 20.08.13 2.129 dəfə oxundu
3 Körpənin göbəyini nə etmək lazımdır? 19.06.11 4.661 dəfə oxundu
4 Xristianlıqda İsa əleyhissəlamın yanında niyə quzu simvolu var? 29.02.16 1.153 dəfə oxundu
5 Körpənin qırxının çıxması məsələsi dində necə qiymətləndirilir? 12.03.10 23.850 dəfə oxundu
6 Qəbirstanlıqlarda radiodan Quranın yayınlanması nə dərəcədə doğrudur? 18.11.16 667 dəfə oxundu
7 Səfər ayında qurulan ailələrin ömrü qısa olur? 12.03.10 2.829 dəfə oxundu
8 Xızır əleyhissəlamın ruhaniyyətindən kömək istənilirmi? 06.03.17 385 dəfə oxundu
9 Ölünün şəklinə baxmaq ona əzab verir? 12.03.10 3.692 dəfə oxundu
10 Cümə günü ölənlərin bir ayrıcalığı varmı? 14.07.17 710 dəfə oxundu
11 Qəbir-nur namazı deyilən bir namaz var? 12.03.10 3.353 dəfə oxundu
12 Rəsulullaha Quran xaricində vəhy gəlibmi? 21.07.17 256 dəfə oxundu
13 Hamilə qadın uşağa süd verə bilər? 21.11.10 7.329 dəfə oxundu
14 Xürafələr nə üçün tez yayılır? 15.12.17 112 dəfə oxundu
15 Hamilə qadın pirə getsə, uşağında xal çıxır? 26.11.10 3.215 dəfə oxundu
16 Gələcək olan Mehdi kimdi? 08.12.17 666 dəfə oxundu
17 Qiyamətə yaxın Dəccal adında bir varlıq çıxacaqmı? 15.04.16 1.580 dəfə oxundu
18 Yasin surəsindəki uğursuzluq nədir? 21.04.14 1.871 dəfə oxundu
19 Oxuyub suya üfürmək, bundan şəfa ummaq olar? 30.05.11 2.559 dəfə oxundu
20 Səfər ayına məxsus bir ibadət var? 27.12.11 2.096 dəfə oxundu
21 Evdə 7 fil oyuncağı saxlamaq bərəkəti artırır? 30.12.11 3.447 dəfə oxundu
22 Hamilə qadın saçını düzəltdirə bilər? 02.11.09 3.161 dəfə oxundu
23 İslam dinində vəfq məsələsinə münasibət 20.03.13 1.635 dəfə oxundu
24 İslam dinində uğursuzluğa necə baxılır? 02.11.09 2.725 dəfə oxundu
25 Kandarda oturmaq günahdır? 12.08.13 1.716 dəfə oxundu
26 Aşurə günü bazarlıq 28.12.09 4.858 dəfə oxundu
27 Ayaqları qibləyə sarı uzatmaq olar? 13.08.13 1.962 dəfə oxundu