Cavab: Elmi-tarixi mənbələrdəki məlumatlara əsasən həzrəti Əlinin xanımlarının və həmin xanımlardan dünyaya gələn övladlarının adları aşağıdakı kimidir:
1) Fatimə (Allah ondan razı olsun): Peyğəmbərimizin (s. a. v.) qızıdır. Xanım Fatimə həyatda (sağ, diri) olduğu müddət ərzində həzrəti Əli başqa bir qadınla evlənməyib. Fatimə anamızdan Həsən, Hüseyn, balaca vaxtı vəfat edən Muhsin, Zeynəb və Ümmü Gülsüm adlı övladları olub.
2) Ümmül-Bənin binti Hizam: Həzrəti Əlinin Abbas, Cəfər, Abdulla və Osman adlı uşaqları bu xanımdan dünyaya gəlib. Abbasın nəsli davam edib.
3) Leyla binti Məsud: Həzrəti Əlinin Ubeydullah və Əbu Bəkr adlı uşaqlarını bu xanımı dünyaya gətirib. Bu uşaqlarının nəsilləri davam etməyib.
4) Hövlə binti Cəfər: Muhəmməd ibn Hənəfiyyə imamın bu xanımından doğulub.
5) Əsma binti Umeys: Yəhya və Muhəmməd adlı uşaqları doğulub. Nəsilləri davam etməyib.
6) Ümmü Həbib binti Rəbia: Ömər və Ruqiyyə bu xanımdan doğulublar.
7) Ümamə binti Əbil-As: Muhəmməd əl-Övsət adlı övladını dünyaya gətirib.
8) Ümmü Səid binti Urvə: Həzrəti Əlinin Ümmül-Həsən və Rəmlə adlı uşaqlarını bu xanım dünyaya gətirib.
Mənbələrdə qeyd olunur ki, həzrəti Əlinin (Allah ondan razı olsun) nəsli oğulları Həsən, Hüseyn, Muhəmməd ibn Hənəfiyyə, Abbas və Ömərin vasitəsilə davam edib.1
Materialdan istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.
Etiketlər: Abbas, Cəfər, Fatimeyi-Zəhra, Fatimə, həzrəti Əli, həzrəti Əlinin xanımları, imam Hüseyn, imam Həsən, imam Əli, imam Əlinin uşaqları, Ümmü Gülsüm, Xanım Fatimə, Zeynəb, zülfiqar, əsədullah
| Sıra     | Sərlövhə | Tarix    | Oxunma     |
|---|---|---|---|
| 1 | Həzrəti Əlinin nəsli | 18.12.09 | 2.183 dəfə oxundu |
| 2 | Həzrəti Əli haqqında əleyhissalam demək olar? | 10.05.10 | 993 dəfə oxundu |